05/07/2020 08:38
728 x 90

Azərbaycan Prezidentinə daha bir kollektiv müraciət - Cəlilabadın Privolnoye kənd sakinləri...

img

Cəlilabad rayonunun Privolnoye kənd sakinləri Azadxanov Vahid Dədi oğlu, Ağayeva Mehriban Əjdər qızı, Məmmədov Mehman Qafar oğlu, Abdullayev Fəxrəddin Xuduş oğlu Prezident İlham Əliyevə yazdıqları məktubda qeyd edirlər ki, onların kəndində sakinlərin əsas məşğuliyyətlərindən biri də əkinçiliklə məhsul bolluğu yaratmaqdır.

“Bununla da həm əhalinin tələbatını, həm də güzəranımızı yaxşılaşdırırıq. Karantin rejimi ilə əlaqədar sərhədlərin bağlanması narahatlığa səbəb olmuşdu. Lakin Sizin tapşırığınıza əsasən Rusiyadan yük maşınlarının Azərbaycana gəlməsinə icazə verilməsi problemimizi həll etdi. İstehsal etdiyimiz kartofu Rusiya bazarına çıxara bildik. Yaxşı qazanc əldə etdik. Hələ də məhsulumuz boldur və hər gün xaricə məhsul göndəririk. Bütün bunlara görə Sizə “çox sağ olun” deyirik, yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Biz Sizi ürəkdən sevir və daim dəstəkləyirik!”-deyə Privolnoye kənd sakinləri  Prezidentə yazdıqları məktubda qeyd edirlər. 

Baki-xeber.com

Son xəbərlər