15/07/2020 05:08
728 x 90

Erasmus çərçivəsində Fransada oxuyan ADA univetsitetinin bir qrup tələbəsi prezident Əliyevə müraciət etdi...

img

“Biz, ADA universitetinin Biznesin idarə edilməsi fakültəsinin 2-ci və 3-cü kurs tələbələriyik, “Erasmus+” proqramında iştirak edərək 2020-ci ilin yanvar ayından Fransada təhsil almağa başlamışıq. Aprel ayının 30-da təhsilimiz başa çatmalı və biz Azərbaycana qayıtmalı idik. Dünya ölkələri üçün böyük təhlükə hesab olunan COVID-19 virusunun yayılması nəticəsində planlarımıza dəyişiklik etmək məcburiyyətində qaldıq. Təhsilimizin qalan hissəsini evdə qalmaqla onlayn davam etdirdik. Fransada qalma müddətimiz başa çatanda ölkəmizə qayıda bilmədiyimiz və maddi sıxıntımız olduğu üçün çox ciddi narahatlıq keçirirdik. Xaricdə yaşayan Azərbaycan vətəndaşları Sizin sayənizdə hər zaman dövlətimizin qayğısını hiss edir, ən çətin şəraitdə belə dövlət tərəfindən müdafiə olunurlar. Biz də öz növbəmizdə, dövlətimizin qayğısını hiss etdik. Sizin tapşırığınıza əsasən, mütəmadi olaraq problemlərimizlə maraqlanır, bizə həm maddi, həm də mənəvi dəstək göstərirlər”.

Bu sözləri Prezident İlham Əliyevə Parisdən məktub yazan ICD Biznes Məktəbində təhsil alan azərbaycanlı tələbələr Allahverdiyev Xəzər Ayaz oğlu, Zeynallı Elvin Vəli oğlu, Sadibəyli Ceyhun Gəray oğlu bildirib.

Tələbələr, həmçinin, onlara göstərilən dövlət qayğısına görə, Prezident İlham Əliyevə təşəkkür edirlər. “Güclü Azərbaycanımızla, güclü dövlətimizlə qürur duyuruq. Bizə göstərdiyiniz diqqətə görə təhsil aldığımız sahə üzrə peşəkar mütəxəssis olmağa, dövlətimizə fayda verməyə və etimadınızı doğrultmağa çalışacağıq. Bir daha Sizə dərin təşəkkürümüzü bildiririk”- deyə tələbələr vurğulayırlar.

Baki-xeber.com

Son xəbərlər