15/07/2020 06:11
728 x 90

Kiyevdə oxuyan bir qrup azərbaycanlı tələbənin Prezidentə məktubu... Məmmədov Murad, Manafov Elnur və digərləri...

img

Ukraynanın Kiyev şəhərində təhsil alan azərbaycanlı tələbələr - Məmmədov Murad Əlövsət oğlu, Manafov Elnur Namiq oğlu, Zeynalov Nicat Rasim oğlu, Qasımov Sərxan Sarıbala oğlu və başqaları da Prezident İlham Əliyevə müraciət edib.

“Dünyada COVID-19 pandemiyasının yayılması səbəbindən sərhədlərin bağlanması nəticəsində vətənə dönə bilməyən Ukraynada təhsil alan azərbaycanlı tələbələr adından bizə göstərdiyiniz dəstək və yardıma görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin uzaqgörən və çevik qərarlarınız sayəsində ölkəmizdə COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə atdığınız addımları, xalqımızın sağlamlığının qorunması və rifahının daha da yaxşılaşdırılması uçun verdiyiniz mühüm qərarları, hazırda ölkə xaricində qalan biz azərbaycanlıları diqqət mərkəzində saxlayaraq hər cür yardımların göstərilməsinə dair göstəriş verməyinizi yüksək qiymətləndiririk. Bu çətin vaxtda atdığınız məqsədyönlü addımlar bir daha sübut edir ki. Siz daim xalqın yanındasınız. Qərib ölkədə qaldığımız müddətdə bizə göstərdiyiniz maddi və mənəvi dəstəyə, əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə hər birimizin adından Sizə və Mehriban xanım Əliyevaya öz minnətdarlığımızı bildiririk”- deyə tələbələr Prezidentə müraciətlərində qeyd edirlər.

Baki-xeber.com

Son xəbərlər