05/07/2020 08:08
728 x 90

AŞPA-nın Azərbaycana münasibətində əsl insan haqları ilə heç bir bağlılıq yoxdur – Prezident AŞPA-nı çətin sualla ifşa etdi....

Azər Həsrət: “Bu o deməkdir ki, qurum insan haqları məsələsində riyakar və ikili standartlardan çıxış edir”

img

Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meylləri, azərbaycanafobiya hökm sürür. Bunu Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaqdır:“Ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meylləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Biz bütün bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki, bu məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil”.

Həqiqətən də AŞPA-nın insan hüquqları ilə bağlı sərgilədiyi siyasət riyakar xarakterlidir. Belə olmasaydı, o zaman qurum ədalətli mövqe ortaya qoyardə və bütün ölkələrə münasibətdə obyektiv mövqedən çıxış edərdi.

  • “Koronavirus pandemiyası dövründə belə, Avropada insanlara qarşı polis zorakılığı müşahidə edilməkdədir”

Məsələyə münasibət bildirən ekspert Azər Həsrətin sözlərinə görə, Prezident İlham Əliyevin AŞPA ilə bağlı səsləndirdiyi tənqidi fikirlər reallığı əks etdirir:“Ölkə başçısı istər beynəlxalq təşkilatların, istərsə də dünyada fikir, ictimai rəy yaradan qurumların nə ilə məşğul olduğunu bizim hamımızdan yaxşı bilir və daha dəqiq təsbit edir. Bu baxımdan AŞPA ilə bağlı dediyi fikirlər təsadüfü deyil. Həqiqətən də Prezidentin bu məsələyə diqqət çəkməsi indiki zamanda yerinə düşür. Məsələ ondadır ki, istər Avropa ölkələrində, istərsə də dünyanın başqa ölkələrində insan haqları ilə bağlı ciddi problemlər yaşanmaqdadır. Koronavirus pandemiyası dövründə belə, Avropada insanlara qarşı polis zorakılığı müşahidə edilməkdədir. Belə bir şəraitdə AŞPA bütün ölkələrdə, xüsusən də Avropa ölkələrindəki vəziyyətə bərabər münasibət bəsləməlidir. Ancaq deyildiyi və göründüyü kimi, bu münasibəti müşahidə edə bilmirik. Azərbaycanda adicə bir problem olanda az qala ordu ilə üstümüzə gəlirlər. Lakin tutaq ki, Almaniyada, Fransada bu cür hadisələr baş verəndə AŞPA susur. Bu o deməkdir ki, AŞPA insan haqları məsələsində riyakar və ikili standartlardan çıxış edir. İkinci bir tərəfdən də hər zaman deyilir ki, Avropanın öz həqiqəti var. Bu nədən ibarətdir? Bu ondan ibarətdir ki, əgər insan haqları pozuntusu Avropada baş verərsə o qanunidir, bənzər hadisə Azərbaycan kimi ölkələrdə baş verirsə qanunsuzdur. Həmin ölkələr tənqid edilməlidir. Bax, budur AŞPA-nın riyakar, ədalətsiz yanaşması. Ona görə də Prezident İlham Əliyevin qurumla bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir”.

Vidadi ORDAHALLI

Son xəbərlər