çərşənbə günü, 28 oktyabr 2026
     

“Ermənistan dövləti tarixi Azərbaycan əraziləridir” - Ermənistan təcavüzünün ifşasında Prezident Əliyevin bəyanatının gücü...

Image


Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündə çıxışı zamanı indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılmasından danışıb:

"İndiki Ermənistan ərazisində tarixi Azərbaycan adları, şəhərlərin, kəndlərin adları dəyişdirilib. Bu adlar neçənci ildə dəyişdirilib? Ona görə biz deyəndə ki, indiki Ermənistan tarixi Azərbaycan torpağında yaradılıb, tam həqiqəti deyirik. Biz yaxşı bilirik ki, ermənilər bizim torpağımıza, o cümlədən indiki Ermənistan ərazisinə XIX əsrin əvvəllərində köçürülüblər, Rus-İran müharibəsindən sonra. Tərtərlilər yaxşı bilirlər və Azərbaycan xalqı da bilir ki, 1978-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəki kəndlərin birində ermənilərin bu bölgəyə gəlməsinin 150 illiyini əks etdirən abidə ucaldılıb. 1978-ci ildən 150 ili çıxın, deməli 1828-ci ildə gəliblər. Müharibə başlayan kimi o abidəni dağıdıblar, amma onun qalıqları qalıb və indi istənilən adam gedib baxa bilər. Onun şəkillərini də göstərmək lazımdır. Onlar gəlmədirlər, Şərqi Anadoludan və İrandan bizim torpaqlarımıza köçürülüblər. Bu proses XIX əsrin əvvəllərindən başlanmışdır və sonralar daha geniş vüsət almışdır. Mən deyəndə ki, İrəvan bizim qədim torpağımızdır, tam həqiqəti deyirəm. Bunu hər kəs bilir. Əgər belə olmasaydı, Azərbaycan Demokratik Respublikası nə üçün onda qərar qəbul edib ki, İrəvanı Ermənistana versin, bağışlasın. Özü də nə vaxt? Müstəqillik elan olunandan bir gün sonra. Müstəqillik 1918-ci il mayın 28-də elan edilib. 1918-ci il mayın 29-da isə qərar qəbul edilib, özü də yekdilliklə yox. Bu qərarın əleyhinə çıxanlar da olubdur, amma onların rəyi nəzərə alınmayıb. Azərbaycan Demokratik Respublikası tərəfindən qərar qəbul edilib ki, İrəvan Ermənistana bağışlansın, verilsin. Bunu unutmaq olmaz və bunu bağışlamaq da olmaz. Hər kəs bunu bilsin. Guya ki, bundan sonra Ermənistan Azərbaycana qarşı digər iddialarından əl çəkəcəkdi. Amma əl çəkdimi? Yox! Bizim qədim diyarımız Zəngəzur da Ermənistana verildi. Zəngəzurun verilməsi ilə böyük türk dünyasında coğrafi parçalanma baş verdi, Azərbaycanın əsas hissəsi Türkiyə ilə sərhəddən məhrum edildi. Bizim Türkiyə ilə sərhədimiz yalnız Naxçıvan Muxtar Respublikasındadır. İrəvan onlara veriləndən sonra ermənilər öz iddialarından əl çəkdilərmi?

Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib bu işi görüb. Qoy desin. Ona görə, bilirsiniz, mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarix kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.

Göründüyü kimi, artıq necənci dəfədir ki, Prezident Ermənistan dövlətinin  tarixi Azərbaycan ərazilərində yaradıldığını konkret faktlarla sübut edir. Ermənistan təcavüzünün ifşasında Prezident Əliyevin bu yöndə olan bəyanatının gücünü necə qiymətləndirmək olar?

Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısı bu ciddi mövzuya necənci dəfədir müxtəlif  tədbirlərdəki çıxışları zamanı toxunur:“Hazırkı Ermənistanın tarixi Azərbaycan torpaqlarında qurulmuş dövlət olması elementar tarixi bilikləri olan adam üçün də aydındır. O qədər də uzaq keçmişi əhatə etməyən bu reallığı təkzib etmək mümkün deyil. Prezident İlham Əliyev bundan əvvəlki çıxışlarında da qeyd etmişdi ki, bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bu hər bir azərbaycanlının bilməsi vacib olduğu tarixi gerçəkliklərdəndir. Prezidentin İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasının vacibliyini bildirməsi hər bir azərbaycanlını, planetin harasında yaşamasından asılı olmayaraq, bu istiqamətdə koordinasiyalaşmış şəkildə fəaliyyət göstərməsini zəruri edir.

Ermənistanın ərazisi tarixi Azərbaycan dövlətləri və xanlıqlarının  tərkibinə daxil olub. Bu dövlətlərə nəzər salarkən İrəvan şəhərinin və ətraf ərazilərin etnik tərkibinin hansi qruplardan ibarət olması, orada yaşayan əhalinin hansı dinə qulluq etməsi və danışdıqları dil heç kimdə şübhə oyatmır”.

Tarixçi alimin sözlərinə görə, ermənilər hər yerdə olduğu kimi, bu istiqamətdə də tarixin saxtalaşdırılmasına çalışırlar:“2018-ci ildə İrəvan şəhərinin 2800 illiyini qeyd etmələri onların növbəti tarixi uydurmalarından biridir. Bununla da onlar növbəti dəfə özlərinin guya qədim dövlətçilik ənənələrinə və mədəniyyətə sahib olduqlarını bildirmək istəyirlər. Bununla da ermənilər dünyaya bəyan edirlər ki, İrəvan şəhəri, hətta qədim Romadan da 30 yaş "böyük" imiş.  Bütün bunlar bir daha sübut edir ki, ermənilər saxtakarlıqla, kimlərəsə arxalanaraq özlərinə dövlət yaradıblar. Məhz həmin irsin davamı olaraq onlar sonra da zaman-zaman Azərbaycan torpaqlarını ilhaq ediblər. Onların tarixi işğalçılıq, saxtakarlıq sifətlərini dünyaya çatdırmaq baxımından Prezidentin çıxışını çox əhəmiyyətli sayıram. Prezidentin bu yöndə olan çıxışını biz bir tezis olaraq dünyada təbliğ etməliyik”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ