05/07/2020 09:09
728 x 90

“Cənub Qaz Dəhlizi”nin tikintisində Asiya Bankının Avropa banklarını qabaqlamasının səbəbləri...

“Cənub Qaz Dəhlizi”nin tikintisində Asiya Bankının Avropa banklarını qabaqlamasının səbəbləri...

img

x“Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi”. Bunu Prezident İlham Əliyev Asiya İnkişaf Bankının rəhbərliyilə keçirilən görüş zamanı bildirib.

Ölkə başçısının sözlərinə görə, AİB “Cənub Qaz Dəhlizi” layihəsinə kredit verən ilk böyük beynəlxalq banklar arasında birinci olub: “Sizin çox mühüm və vaxtında göstərdiyiniz dəstək bizə, həmçinin, çox geniş kreditorlar qrupu yaratmağa kömək etdi. Bildiyiniz kimi, “Cənub Qaz Dəhlizi” tamamlanmağa çox yaxındır, 3 layihə artıq tamamlanıb. Dördüncüsü - Trans-Adriatik boru kəməri 95 faizdən çox tamamlanıb. Bu, həqiqətən də əməkdaşlığın çox yaxşı əlamətidir. Çünki mən xatırlayıram ki, 5-6 il bundan əvvəl bizim maliyyə dəstəyinə ehtiyacımız olanda Asiya İnkişaf Bankı çox tez reaksiya göstərdi. Həqiqətən də bu, mənə çox xoş təsir bağışladı və mən bir daha çox vaxtında göstərilmiş dostcasına yanaşmaya görə minnətdarlığımı ifadə etmək istəyirəm. Biz bunun əməkdaşlığın çox yaxşı əlaməti olduğunu nəzərə aldıq. “Cənub Qaz Dəhlizi” layihəsini ilk dəstəkləyən siz oldunuz. Yeri gəlmişkən, biz “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının illik toplantılarını təşkil edirik. Mən xatırlayıram, bəzi başqa banklar layihəyə maliyyə öhdəliyini nəzərdən keçirdiyi vaxtda qeyd etdim ki, “Şahdəniz”dən hasil olunan qaz Avropaya nəql ediləcək. Lakin Avropa banklarında hələ proses getdiyi halda, Asiya İnkişaf Bankı artıq maliyyələşməni təmin etdi”.

Bütün bu deyilənlərin fonunda, AİB-in Azərbaycanın sözügedən layihəsinə hamıdan əvvəl dəstək verməsi nə ilə bağlıdır? Bu məsələdə İlham Əliyevin dövlət başçısı kimi dünyadakı nüfuzu, ölkəmizin imici necə rol oynayıb? Ümumiyyətlə, AİB-in sözügedən məsələdə belə təşəbbüskar mövqedə dayanmasının səbəbi nədir?

  • “AİB fərqindədir ki, Azərbaycan etibarlı tərəfdaş və üzərinə düşən öhdəliklərə yüksək səviyyədə əməl edən dövlətdir”

Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, bütün bunların kökündə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət dayanır: “Rusiya və İran bir sıra parametrlərə görə Azərbaycandan böyük dövlətdirlər. Ancaq bu iki dövlət uğurlu xarici siyasət apara bilmir. Azərbaycan isə uğurlu balanslaşdırılmış siyasət yeridərək əlverişli vəziyyətdədir. Qarabağ probleminin həll edilməməsinə baxmayaraq, beynəlxalq maliyyə qurumları bizim meqalayihələrə dəstək verirlər. O cümlədən, Asiya İnkişaf Bankı həvəslə Azərbaycandakı layihələrə kredit verir. Eyni zamanda, “Cənub Qaz Dəhlizi”nə vəsait ayırır. Çünki AİB fərqindədir ki, Azərbaycan etibarlı tərəfdaş və üzərinə düşən öhdəliklərə yüksək səviyyədə əməl edən dövlətdir. Ölkədə ən vacib infrastruktur layihələri həyata keçirilir. Bütün bu məsələlərin başında Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. Onun siyasi nüfuzu, tarazlaşdırılmış siyasəti nəticəsində sözügedən nailiyyətlər əldə edilir. Azərbaycan ərazisində münaqişə zonası olmasına baxmayaraq, beynəlxalq maliyyə qurumları bizim layihələrə sərmayə qoymağı risq hesab etmirlər. Hesab edirəm ki, bu, unikal göstəricidir”.

Vidadi ORDAHALLI

Son xəbərlər