Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədi rayonunda səfərdə olub.
Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev Ağcabədi rayonunun Hindarx qəsəbəsində fermer Nizami Hüseynovun əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.
Dənli bitki toxumlarının emalı zavodu istifadəyə verildi
Ağcabədi rayonunda dənli bitki toxumlarının emalı zavodu istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib. Kənd Təsərrüfatı naziri İnam Kərimov dövlətimizin başçısına müəssisə barədə məlumat verib.
Ağcabədidə “ASAN xidmət” mərkəzi...
Prezident İlham Əliyev Ağcabədidə “ASAN xidmət” mərkəzinin açılışında da iştirak edib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat veriblər.
Dövlət başçısı mərkəzin açılışını edib.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşüb.
Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri də istismara verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.