05/07/2020 08:17
728 x 90

Prezident İlham Əliyev Tərtər rayonunda… - FOTO / YENİLƏNDİ

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə gəlib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

  • Dövlət Rəmzləri Muzeyinin açılışında…

Prezidenti İlham Əliyev Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib. Dövlət başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

  • Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolu yenidənqurmadan sonra istifadəyə verildi

Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu da yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

  • Tərtər Olimpiya İdman Kompleksinin açılışı oldu

Prezidenti İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında da iştirak edib. Dövlət başçısı kompleksdə yaradılan şəraitlə tanış olub.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev bir qrup idmançı ilə görüşüb.

  • “Tərtər” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib

110/35/6 kilovoltluq “Tərtər” elektrik yarımstansiyası da yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına elektrik yarımstansiyasının fəaliyyəti barədə məlumat verib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

  • “Azərxalça” ASC-nin Tərtər filialı açıldı

Daha sonra Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edib.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Son xəbərlər