05/07/2020 07:54
728 x 90

“Prezidentin “Biz birlikdə güclüyük" çağırışı zəfər simfoniyamız olacaq”… Bakıdan Mehriban Mirzəyeva Prezidentə yazır...

img

Bakı şəhər sakini Mirzəyeva Mehriban Raqib qızı Prezident İlham Əliyevə yazdığı məktubda qeyd edir ki, Prezidentin xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüyü bütün işləri alqışlayır, yorulmaz fəaliyyətinə görə ölkə başçısına minnətdarlığını bildirir.

“Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. İnsanların sağlamlığının qorunması məqsədilə Sizin tapşırığınızla hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz daim xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız” - deyə o, məktubunda vurğulayır.

O, həmçinin, yazır ki, Prezidentin “Biz birlikdə güclüyük!” çağırışı uzun illər ölkəmizin zəfər simfoniyası olacaq.

Baki-xeber.com

Son xəbərlər