05/07/2020 07:21
728 x 90

İslahatlara bölgələrin reaksiyası - Yardımlının Qabaqdibi kənd sakini Prezidentə nə yazdı...

img

Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən antivirus tədbirləri və islahatlar prosesi Azərbaycanın bölgələrində də vətəndaşlar tərəfindən birmənalı olaraq dəstəklənir.

Yardımlı rayonunun Qabaqdibi kənd sakini Sarıyev Rüfət Hafiz oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bu məsələlərdən bəhs edir: “Hazırda dünyamız böyük çətinliklə üzləşib. Bütün dünya ölkələri COVID-19 pandemiyası ilə mübarizə aparırlar. Bir çox ölkədə vəziyyət çox acınacaqlı olduğu halda, Azərbaycan vətəndaşı nisbətən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir Azərbaycan vətəndaşı kimi daim Sizin siyasətinizi və apardığınız islahatları dəstəkləyirik və Sizinlə qürur duyuruq”.

Baki-xeber.com

Son xəbərlər