05/07/2020 08:34
728 x 90

İmişlidən dövlət qulluqçusu Şəmsiyyə Rəhmanovanın Prezidentə yazdıqlarından...

img

İmişli rayonunun Yuxarı Qaralar kənd sakini, dövlət qulluqçusu Şəmsiyyə Rəhmanova da Prezident İlham Əliyevə məktub yazıb.

“Mən bir Azərbaycan vətəndaşı, gənc nəslin nümayəndəsi və dövlət qulluqçusu kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan gənci kimi dünyada, eləcə də Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Hələ koronavirus infeksiyasının dünyanı bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inkişaf etmiş ölkəsi üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq” - deyə bildirən Ş.Rəhmanova, həmçinin, qeyd edir ki, Azərbaycan vətəndaşları hər zaman, eləcə də pandemiya dövründə Prezidentin dəstəyini öz üzərlərində hiss edirlər. Həmişə Prezidentin fəaliyyətini dəstəklədiyini yazan məktub müəllifi bildirir ki, vətəndaşlar ölkə başçısına inanır və güvənirlər.

Baki-xeber.com

Son xəbərlər