05/07/2020 07:10
728 x 90

Salyan Mərkəzi Xəstəxanasının həkimi Aygün Salmanova Prezidentə yazdı…

img

“Bütün bəşəriyyətin ağır pandemiya ilə mübarizə apardığı bir dövrdə Sizin insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin bariz nümunəsidir. Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər, təbii ki, Sizin adınızla bağlıdır və Sizin təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut edir. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ağır nəticələrindən xilas etməkdədir.

Mən həkimlik borcumu yerinə yetirmək üçün Astara və Masallı rayonlarına ezam olunmuş həkim kimi virusa yoluxmuş xəstələri müalicə edən zaman Sizin biz həkimlərə və xəstələrə göstərdiyiniz diqqətin, qayğının bir daha şahidi oldum. Bununla yanaşı, pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrinə belə böyük faciə yaşatdığını da müşahidə etdik. Lakin Sizin uzaqgörənliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tədbirlər sayəsində ölkəmiz bütün dünyaya virusla ən uğurlu mübarizə modellərindən birini göstərdi. Bu bir vətəndaş və bir həkim olaraq məni sevindirməyə bilməz”.

Bu fikirlər Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Salmanova Aygün Telman qızının Prezident İlham Əliyevə ünvanladığı müraciətdə əksini tapıb.

Baki-xeber.com

Son xəbərlər