çərşənbə günü, 28 oktyabr 2026
     

Bakı İrəvan üzərində daha bir mühüm üstünlüyə imza atır – Rusiya-Ermənistan münasibətlərinin pisləşməsi Azərbaycan üçün “yaşıl işıq” ola bilər...

Image


Rusiya və Ermənistan arasında yaşanan ziddiyyətlərin Dağlıq Qarabağ münaqişəsinə mümkün təsiri Ermənistanda yenidən əsas müzakirə mövzularından birinə çevrilib. Burada indiki məqamda, Azərbaycan hərbi əməliyyatlara başlayacağı təqdirdə, bunun İrəvan üçün böyük bir zərbə olacağına dair həyəcan təbili çalınır. Baş verənlərlə bağlı “lragir.am” nəşri yazır ki, Azərbaycanın istənilən an savaşa başlaması tamamilə gözləniləndir və onu heç kim dayandıra bilməyəcək.

Nəşr onu da vurğulayır ki, indi Bakının Moskva üçün əhəmiyyəti Ermənistanla müqayisədə xeyli yüksəkdir:“Hadisələrin inkişafı getdikcə dramatik xarakter alır. Azərbaycan tərəfi açıq bəyan edir ki, Ermənistan-Rusiya münasibətlərindəki problemlər Azərbaycan üçün hərbi bir şansdır. Qeyd etmək lazımdır ki, bu yanaşma təkcə Azərbaycana xas deyil. Bir sıra erməni dairələri də bu mövqedədir”. Bununla yanaşı qeyd olunur ki, Ermənistan-Rusiya münasibətlərinin problemləri həqiqətən Azərbaycan üçün yaşıl işıq ola bilər:“Ermənistan üçün indiki Azərbaycanla savaşmaq elə də asan deyil. Bu, Ermənistan ordusuna, erməni silahlı qüvvələrinə, zabit və komandirlərə hörmətsizlik kimi dəyərləndirilsə də, reallıq budur. Əlbəttə ki, Rusiyanın Qafqazda müharibəni dayandırmaq üçün əhəmiyyətli bir funksiyası və qabiliyyəti var. Həm də mühüm məqam Ermənistan ordusunun və dövlətinin müqavimət, müdafiə, döyüş hazırlığı qabiliyyətinə sahib olması və Rusiyanı regional müharibəni cilovlamaq funksiyasını yerinə yetirməyə məcbur etməsidir. Əslində, bu məsələ daha dərindir və ümumiyyətlə geosiyasi məsuliyyət kontekstində Rusiya Ermənistanı qorumaq üçün bu funksiyanı öz üzərinə götürməyib. Rusiya bu rolu öz müdafiəsi üçün üzərinə götürüb, çünki regional müharibə ilk növbədə Rusiya üçün təhdiddir. Amma Ermənistan hakimiyyətinin gedişləri Rusiya üçün daha böyük təhdidə çevrilib. Bu mənada Rusiya, Azərbaycan savaşa başlayacağı halda, onu dayandırmayacaq. Ermənistan üçün əsl təhlükə məhz budur”.

Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də xüsusi vurğulayır ki, məhz Azərbaycan Qafqazda Rusiyanın əsl strateji tərəfdaşı olduğunu praktiki nümayiş etdirib:“Ölkələrimiz arasında strateji tərəfdaşlıq təkcə iqtisadiyyat sferası ilə məhdudlaşmır. Halbuki, bu sahədə də böyük nailiyyətlər var. Digər istiqamətlərdə də dərin əməkdaşlıq qurulub. Məsələn, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılandan bəri ən müxtəlif əməkdaşlıq sahələrində 300-ə yaxın ikitərəfli sənəd imzalanıb. Bu sənədlər siyasətdən və iqtisadiyyatdan başlamış yüksək texnologiyalar və mədəniyyət sahəsinə qədər ən müxtəlif məsələləri əhatə edir. Bizim bir dövlət çərçivəsində mövcud olduğumuz ortaq tarixi dövrdən miras qalmış, müstəqillik illərində daha da inkişaf etmək üçün əlavə imkanlar qazanmış ortaq dil, təhsil və mədəniyyət məkanı buna çox kömək edir. Bu gün Azərbaycanda rus dilinə tələbat çoxdur. Respublikada Rusiyanın aparıcı ali məktəblərinin filialları fəaliyyət göstərir, bizim mütəxəssislər rus dili müəllimlərinin hazırlanmasının və təkmilləşdirilməsinin təşkilində azərbaycanlı həmkarlarına kömək edirlər”. O bildirir ki, strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan üçün çox mühüm olan Qarabağ problemindən yan keçmək olmaz. Bu münaqişənin həlli barədə Rusiyanın mövqeyi artıq prinsipial xarakter daşıyır:“Bizim ölkəmiz ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi qətiyyətlə və ardıcıl olaraq bunun tərəfdarıdır ki, Qarabağ problemi siyasi yolla, beynəlxalq hüququn prinsipləri əsasında nizamlanmalıdır. Bu il aprel ayında Rusiya XİN-in rəhbəri Sergey Lavrov “Kazan formulası”nı reallaşdırmağın zəruri olmasını növbəti dəfə bəyan etdi. Bu variantın birinci mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır. Bu məsələdə Rusiyanın mövqeyi dəyişməyib, çünki Azərbaycan o ölkədir ki, Rusiya onunla strateji tərəfdaşlıqda Qafqaz regionunda sülhü və təhlükəsizliyi təmin edir. Şəxsən mən hesab edirəm ki, Azərbaycanın işğal edilmiş əraziləri hər hansı əlavə şərtlər irəli sürülmədən ən qısa müddətdə azad edilməlidir. Münaqişənin bu həlli həm Azərbaycan torpağına çoxdan gözlənilən sülh gətirəcək, həm də Ermənistan xalqının çoxdan gözlədiyi iqtisadi problemlərin çoxunu həll edəcək”.

Həqiqətən də bu gün iki ölkə arasında mövcud olan münasibətlər keyfiyyət və mahiyyətcə yeni səviyyəyə qaldırılıb. İndi Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətlərini, eləcə də irimiqyaslı hərbi-texniki əməkdaşlığı əhatə edir. İki dövlət arasında olduqca intensiv siyasi dialoq mövcuddur. Dünya arenasında, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə effektiv əməkdaşlıq edir və qarşılıqlı maraqları nəzərə alır. Amma Rusiyanın Ermənistanla münasibətlərində bunun əksi qeydə alınır. Belə vəziyyətdə Azərbaycan üçün prioritet məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Moskavanın imkanlarını səfərbər etməsidir.  Ermənistanın işğalçı siyasətinə son qoyulması istiqamətində Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi fəaliyyəti Azərbaycan üçün indi xüsusi əhəmiyyət kəsb edir. Burada Rusiya tərəfinə o da bəllidir ki, Azərbaycanın ən mühüm strateji prioriteti Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir.  Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Bunu artıq Rusiya da xarici siyasətində nəzərə alır.

Ümumiyyətlə, indiki məqamda məhz Qarabağ məsələsinin həlli Bakı-Moskva münasibətlərinin strateji şəklini tam formada tamamlamaq iqtidarındadır. Çünki reallıqda Rusiyanın Azərbaycanla əməkdaşlığı siyasi, ticari-iqtisadi və humanitar xarakterli məsələlərin tam spektrini əhatə edir. Ticari-iqtisadi əlaqələrin həcminə görə Rusiya Azərbaycanın beş əsas xarici tərəfdaşı sırasına daxildir. Qeyri-neft sektoru sahəsində isə Rusiya Azərbaycanın bir nömrəli tərəfdaşıdır. Yuxarıda qeyd olunduğu kimi, Rusiya və Azərbaycan hərbi-texniki sahədə də fəal əməkdaşlıq edir və qarşılıqlı hərbi əlaqələri dəstəkləyirlər. Bir-birinin müstəqilliyinə və müstəqil siyasət aparmaq hüququna hörmət etmək hər bir ölkəyə beynəlxalq məkanda öz rolunu oynamağa imkan verir. Bu fonda Azərbaycanın müstəqil siyasətinin incə detallarının anlayışla qəbul edilməsi baxımından da indi Rusiyada hansısa problem yaşanmır. Yalnız və yalnız Qarabağ məsələsinin həlli burada müəyyən problem kimi özünü göstərir. Burada Azərbaycanın Rusiyadan əsas istəyi imkanları daxilində Ermənistana təsir edib münaqişənin həllini tezləşdirməkdir. Məhz bu halda Azərbaycan-Rusiya münasibətləri, heç şübhəsiz, daha möhkəm özüllər üzərində qurulacaq.

Məsələ ilə bağlı “lragir.am” portalı yazır ki, Rusiyanın Qarabağ məsələsində Azərbaycana əsas köməyi prosesə münasibətdə tam neytral qalmasıdır. Məhz bu vəziyyətdə Ermənistan çətin duruma düşəcək. Bunu rusiyali hərbi ekspert Vladimir Yevseyev də xüsusi olaraq vurğulayır:“Azərbaycan Qarabağ münaqişəsinə bütün kənar müdaxilələri neytrallaşdırmağa çalışır. Burada əsas etibarı ilə Rusiyadan söhbət gedir. Çünki indiki halda belə müdaxilə imkanlarına malik ölkə məhz Rusiyadır. Amma o, artıq kənarda durmağa çalışır. Əsas səbəb Azərbaycanla münasibətlər və Ermənistan hakimiyyətinin yanlış siyasətidir. Bu xüsusda onu da xatırladım ki, bir müddət bundan öncə Azərbaycan-Ermənistan cəbhə xəttində “gərginlik” yaşanıb. Məlumata görə, Ermənistanın hərbi texnukası vurulub. Azərbaycan tərəfi bənzər addımlarla erməni tərəfinin müdafiəsini yoxlayır”. Vladimir Yevseyev qeyd edib ki, bunun döyüş kəşfiyyatı olduğunu düşünmür, lakin Azərbaycan tərəfindən aprel ssenarisinin təkrarlanmasını da istisna etmir:“Hansısa hərbi uğurdan sonra Azərbaycan döyüş əməliyyatlarına başlamaq üçün artıq hazır olan daha ciddi qüvvələrini işə sala bilər. Buna görə də cəbhə xəttində istənilən qızışdırma münaqişənin eskalasiyasına hamilədir”. Rusiyalı hərbi ekspert bildirib ki, bu zaman Moskvanın məsələyə münasibətdə neytral bir mövqe tutması gözləniləndir və bu da Bakının uğuru hesab edilə bilər.

Hazırda rəsmi Moskvanın İrəvanla deyil, məhz Bakı ilə strateji əməkdaşlıq məsələlərinə önəm verməsi işğalçı ölkənin regiondan çıxdaş olması ərəfəsində qaldığını sübut edən amillərdən sayıla bilər. Əlbəttə ki, bütün bu reallıqlar bilavasitə Azərbaycanın diplomatik qələbəsi və xarici siyasətinin danılmaz uğurudur. O cümlədən, bu reallıqlar kontekstində dayanan digər faktor işğalçı Ermənistanın həyata keçirdiyi qeyri konstruktiv siyasətinin nəticəsidir. Bu ölkə artıq tamamilə nüfuzdan düşüb, hətta ona tərəfdaş olan dövlətlərin də etibarını itirib. Bütün bunlar isə, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi dairələrdə və arealdakı artan nüfuzunun məntiqi göstəricisidir. Belə vəziyyətdə Qarabağ münaqişəsinin həllinin tezləşməsi də tamamilə gözləniləndir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.             

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ