çərşənbə günü, 28 oktyabr 2026
     

Paşinyanın “qara bazar”da qanunsuz ticari fəaliyyəti ortaya çıxdı - Rusiya Ermənistanı ucuz silah alışından məhrum edə bilər...

Image


Məlumdur ki, Ermənistanın çox aşağı maddi imkanları bu ölkəyə yalnız Rusiyadan silah almağa imkan verir. Amma Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyadan daxili qiymətlərlə aldığı silahı üçüncü ölkəyə ötürməsi artıq tamam fərqli bir vəziyyət yaratmaq üzrədir. Gözlənir ki, yaranmış durumda Rusiya artıq Ermənistana daxili qiymətlərlə silah satışına son qoyacaq. Artıq bu xüsusda Ermənistanın özündə belə çoxsaylı xəbərdarlıqlar edilir.

Bu barədə danışmazdan öncə xatırladaq ki, Paşinyanın silah alveri barədə ilkin məlumatlar Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan tərəfindən açıqlanıb. O bildirib ki, Ermənistan Rusiyadan aldığı silahları üçüncü ölkəyə satır və ölkə beynəlxalq silah ticarətində “qara bazar”da iştirak edir. Onun sözlərinə görə, bu fonda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat şöbəsinin keçmiş rəhbəri, baş nazir Nikol Paşinyanın hazırkı müşaviri general Arşak Karapetyan Rusiya Müdafiə Nazirliyində vəzifəli şəxslərlə danışıqlar aparmaq üçün gizli şəkildə Rusiyaya göndərilib. Minasyan ölkəsinin təhlükəsizlik məsələlərini nəzərə alaraq tam açıq danışa bilmədiyini və diqqətli olacağını qeyd edib:“Nikol Paşinyan siqaret və brilyant qaçaqmalçılığı ilə bağlı qalmaqaldan sonra Ermənistanı beynəlxalq silah ticarətinin “qara bazar”ına cəlb edib. Ermənistan Rusiyadan daxili bazar qiymətlərinə silah və sursat almaq hüququna malikdir. Ermənistan Respublikası və Rusiya ordusu Federasiya istehsalçılarından silah və döyüş sursatlarını eyni qiymətlərlə ala bilər. Bu qiymətlər beynəlxalq qiymətlərdən 65 faizə qədər fərqlənir”. O deyib ki, N.Paşinyan bu işi biznesmen David Qalstyana həvalə edib:“Nikol Paşinyan ona Müdafiə Nazirliyi vasitəsilə Ermənistan Respublikası adından şərti olaraq 100 növ silah sifariş vermək imtiyazını verir. Bunun 60 növünün pulunu Ermənistan offşor təşkilatlarda ödəyir. 40 növünü isə Rusiyadan birbaşa üçüncü ölkəyə, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə göndərir. Oradan da silahlar 4-cü ölkədə meydana çıxa bilər". Keçmiş səfirin sözlərinə görə, Ermənistanla münasibətləri korlamamaq üçün Rusiya, Nikol Paşinyan istisna olmaqla, bu mafiozları cəzalandırmaq qərarına gəlib. Belə ki, rəsmi Moskva David Qalstyanı arzuedilməz şəxs  elan edib və onun 10 il ərzində Rusiyaya girişi qadağan olunub. David Qalstyanın Rusiya ərazisinə 2029-cu ilə qədər girməsi qadağandır.

Amma Kreml məsələyə təkcə bununla son qoymağa hazırlaşmır. Ermənistan Milli Təhlükəsizlik Dövlət İdarəsinin keçmiş rəisi David Şahnazaryan bildirib ki, nəticələr Ermənistan üçün daha ağır olacaq:“Rusiya tərəfindən Ermənistan hakimiyyətinə böyük inamsızlıq var, Ermənistan artıq hər hansı ölkə üçün etibarlı tərəfdaş deyil və bu, ikitərəfli hərbi-texniki sövdələşmələr sahəsində nəzərə çarpır: ümumiyyətlə, bütün ölkələrlə münasibətlərimiz tarixi minimumdadır və Ermənistana etimad səviyyəsi heç vaxt bu qədər aşağı olmayıb”. O qeyd edib ki, beynəlxalq silah satışı bazarının öz qaydaları var və Ermənistanın son addımları - Rusiyadan daxili qiymətlərlə silah almaq və onu kənara çıxarmaq bütün razılaşmaların pozulmasıdır:“Bundan sonra həmin tərəfdaşla əməkdaşlığı davam etdirmək çətindir. Bu silah Ermənistandan Liviyaya baş nazirin birbaşa əmri və müdafiə nazirinin bilgisi ilə gedib”.

Amma Paşinyanın qanunsuz alver məsələsinə görə təkcə Rusiya ilə problemi yaranmayıb. Gürcüstanla da artıq müəyyən problemlər üzə çıxır. Belə ki, Minasyanın Gürcüstan adı altında Abxaziyaya ixrac olunan erməni siqaretləri ilə bağlı açıqlaması Gürcüstan mətbuatında yayılaraq geniş müzakirə mövzusuna çevrilib. “Commersant.ge” saytı Minasyanın sözlərini sitat gətirərək qeyd edib ki, Nikol Paşinyanın ailəsi işğal olunmuş Abxaziya vasitəsilə Rusiyaya qanunsuz yolla siqaret tədarükü ilə bağlı qalmaqalda iştirak edib. Sayt Gürcüstan tərəfinin bu qalmaqala sərt reaksiya verəcəyini yazır. Ermənistanın “politik.am” nəşrinin baş redaktoru Boris Murazi isə gürcü portalına bildirib:“Paşinyanın siyasəti barədə danışarkən nəzərə almaq lazımdır ki, Ermənistanda heç bir inqilabi dəyişiklik baş verməyib. Paşinyan əvvəlki sistemin dövründə formalaşan bir fiqur kimi keçmiş sistemin dilini mənimsəyib. Bu qaçaqmalçılıq hadisəsi Paşinyan və komandasının hərəkətlərinin korrupsiya xarakterli olduğunu göstərir. Məsələn, Paşinyanın həyat yoldaşı korrupsiya olayları ilə tanınmış iş adamları və yüksək vəzifəli məmurlar tərəfindən ianələr köçürülən iki fond yaradıb. Güman etmək olar ki, həmin insanlar bu köçürmələri gələcəkdə digər ümidlərini qarşılamaq üçün edirlər”.Murazinin sözlərinə görə, hökumətin səssizliyi də qəribədir. Gürcüstan qanunlarına əsasən işğal olunmuş ərazilərlə hər hansı şəkildə münasibətlərin qurulmasının qadağan edildiyi, belə olan halda tütün ixracatının Ermənistan-Gürcüstan münasibətlərinə təsiri barədə suala cavabında Boris Murazi belə deyib:“Hazırda bununla bağlı daha hansı məsələlərin ortaya çıxacağı bilinmir. Ancaq Ermənistanın səhiyyə naziri Arsen Torosyanın Gürcüstanla bağlı verdiyi son açıqlamaları nəzərdən keçirdikdə məlum olur ki, bu insanlar qonşuları ilə münasibət qaydalarını da bilmirlər”. Bu çərçivədə Murazi, Gürcüstanın Ermənistan üçün əhəmiyyətini nəzərə alaraq, bu hadisənin Ermənistan-Gürcüstan münasibətlərinə mənfi təsir göstərdiyi halda çox ağrılı olacağını qeyd edib.

Onu da xatırladaq ki, silah məsələsi ilə yanaşı, Minasyan Paşinyanı qanunsuz brilyant ticarəti ilə əlaqəli mafiya sistemi yaratmaqda da ittiham edib. O bildirib  ki, Hindistandan qanunsuz yolla gətirilən brilyantlar 2-3 fabrikə göndərilir. Orada məhsullara "erməni istehsalı" adı qoyulur və heç bir gömrük ödəməsi olmadan xaricə çıxarılır. Xatırladaq ki, Minasyana qanunsuz yolla var-dövlət əldə etmək, çirkli pulların yuyulması, gəlir hesabatında saxta məlumatlar verməsi ilə bağlı cinayət işi açılıb. Məhkəmə Minasyanın həbsinə qərar verib, lakin o, hazırda Ermənistandan kənarda olduğu üçün barəsində axtarış elan edilib.
Nahid SALAYEV

 

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ