Cümə günü, 30 oktyabr 2026
     

Ermənistan savaşla bağlı son xəbərdarlıqlar qarşısında…İrəvanın beynəlxalq ictimaiyyəti aldatma cəhdlərinin bumeranq effektini görməyə başlayır…

Image


Ermənistan tərəfinin Şuşada təşkil etdiyi qondarma “andiçmə” ilə bağlı proses İrəvanın Dağlıq Qarabağ münaqişəsinin çözümündə siyasi həll yolundan hələ də uzaq olduğunu göstərir. Ekspertlər hesab edir ki, “andiçmə” şousu Qarabağ münaqişəsinin həllinə dair danışıqlara böyük zərbədir. Bu bir daha təsdiq edir ki, Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil.

Digər tərəfdən, bu fakt Ermənistanın sülh danışıqlarında beynəlxalq ictimaiyyəti aldatmağa yönələn cəhdlərində də özünü göstərir. Belə ki, düşmən danışıqlar aparmaq istədiyini desə də, zəbt edilmiş ərazilərdə atdığı addmlarla, əslində sülh prosesini ciddi sual altına alır. Hesab edilir ki, bu səbəbdən dünya dövlətləri, eləcə də beynəlxalq təşkilatlar Ermənistana qarşı daha ciddi təzyiq və sanksiyalar tətbiq etməklə onu beynəlxalq hüquq normalarına hörmətlə yanaşmağa məcbur etməlidir. Əks təqdirdə Azərbaycanın bunu güc yolu ilə etməsi qaçılmaz sayılır. Azərbaycan ordusunun düşməni lərzəyə salan son hərbi təlimləri fonunda bunu rusiyalı politoloq Vitali Arkov da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Azərbaycan öz ərazisində, Ermənistanın bütün narahatlıqlarına rəğmən, hərbi təlim keçirmək hüququna malikdir:"Əgər bu beynəlxalq hüquq normalarına zidd deyilsə, Azərbaycan öz ərazisində hərbi təlim keçirmək üçün tam suveren hüquqlara malikdir. Mayın 18-dən başlayan hərbi təlimlər də heç bir beynəlxalq hüquq normalarına zidd deyil. Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ regionunda hərbi təlimlər keçirməsi isə beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Bununla təkcə ATƏT-in Minsk Qrupu deyil, digər beynəlxalq təşkilatlar da məşğul olmalıdır. Əks təqdirdə Ermənistanın çox narahat olduğu və dünya ictimaiyyətinin istəmədiyi savaş başlanacaq. Çünki Azərbaycana başqa çıxış yolu qoyulmur".

Erməni siyasi ekspert Aram Amatuni də etiraf edir ki, Bakı savaşa başlasa, hadisələr Ermnənistan üçün proqnozlaşdırıla bilinməyən bir istiqamətdə cərəyan edə bilər:“Azərbaycan Qarabağ məsələsində mütləq şəkildə nəticəyə nail olmaq istəyir. Bunun üçün də lazımı hazırlıqlar aparır. Məsələn, Naxçıvanda və Qarabağ istiqamətində genişmiqyaslı hərbi təlimə başlayan Azərbaycan muxtar bölgəyə yeni raketlərin yerləşdirildiyini və İrəvanı hədəf aldığını elan edir. Bu açıqlama Qərb ekspert strukturları formatında verilib. Eyni zamanda, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minsk Qrupu həmsədrləri ilə videokonfrans keçirib, həmin görüşdə nizamlama prosesində epidemiya aradan qaldırıldıqdan sonra hansı addımların atılmalı olduğu barədə danışıqlar aparıb. Həmsədrlər epidemiyanın zəiflədiyi zaman iki nazirin görüşünün təşkilindən danışıblar. Burada çox incə məqamlar var. Belə ki, Azərbaycan hərbi dillə diplomatik danışıqlarda iştirak edir. Bakının yurisdiksiyasında olan Naxçıvanın geosiyasi şantaj mənbəyinə çevrilə biləcəyi və ilk hədəfinin Ermənistan ola biləcəyi unikal bir vəziyyət yaranır”.

Rusiyalı politoloq Yevgeni Mixaylov da qeyd edir ki, indiki halda Ermənistan yanlış addımlar atmaqla savaşa rəvac verir və bu zaman o, çox ehtiyat etdiyi Naxçıvan istiqamətindən də ciddi zərbə ala bilər: “Ermənistanın baş naziri Nikol Paşinyanın bu fonda son vaxtlardakı addımlarını başa düşmək çox çətindir. Belə ki, münaqişəni daha da qızışdırmaq istəməyən dövlət başçılarının tanınmamış qurumun başçılarının “andiçmə” mərasiminə gəlməyəcəkləri əvvəlcədən bəllidir. Eyni zamanda, Paşinyan bu hərəkətlərlə sülh prosesinə zərbə vurulduğunu da bilir. O halda Dağlıq Qarabağdakı qondarma qurumun başçısı Arayik Arutyunyanın “andiçmə” şousunu təşkil etməyə nə ehtiyac var idi?.

Fikrimcə, Nikol Paşinyan Qarabağdakı klanı yola gətirərək öz kürsüsünü qorumağa çalışır. Qarabağdakı dəstə Paşinyanla birgə gələn siyasətçilərin son vaxtlar Azərbaycan ərazilərini azad etməklə bağlı məsələni daha çox gündəmə gətirən Rusiya ilə qarşıdurmaya getdiyini görür. Paşinyan etdiyini edir və etdikləri də tam mənasızdır. Bakının hansısa mənfi addımına ümid edirsə, bu gülüncdür, çünki Bakıda Paşinyanın kim olduğunu artıq anlayırlar. Paşinyanın sona yaxınlaşdığı göz qabağındadır. Mövcud iqtisadi tənəzzül də, koronavirusa qarşı görülən tədbirlər də, Rusiya ilə münasibətlərin kəskin soyuması da xalqın narazılığına səbəb olur”. Ekspertin fikrincə, Rusiyasız Paşinyan da, bütövlükdə Ermənistan da hər şeyini, o cümlədən dövlətçiliyi də itirəcək:“Bütün səyləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə yönəltməyin zəruri olduğu, Rusiyanın da mərhələli planı irəli sürdüyü bir vaxtda Paşinyan bütün bunları, o cümlədən Moskvanın mövqeyini də qulağardına vurur. Moskvada belə bir davranışı bəyənəcəkləri ağlabatan deyil, amma Paşinyanın, deyəsən, bunlar vecinə deyil. Moskva ona bir çox məsələlərdə səhv etdiyinə dair çoxdandır mesaj göndərib. Paşinyanın bu kimi hərəkətlərinin axırı yoxdur. Ermənistan dalana dirənib. Artıq çarəsiz qalan ətrafdakı qonşular hazırkı böhrandan çıxmağın yollarını göstərsələr də, Ermənistan “ulu və qədim” olduğuna inandığı üçün hamıya şərt qoya biləcəyini zənn edir. Amma səhv edirlər və zaman kimin haqlı olduğunu göstərəcək”. Elə politoloq Vitali Arkov da bildirir ki, Paşinyan Bakı ilə yanaşı, Moskvanı da çox qəzəbləndirir:“Burada bir məsələ dəqiqdir ki, münaqişənin sülh yolu ilə çözümündə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir. Hazırki Ermənistan hakimiyyəti bu prosesə başlamaqdan imtina etməklə cəbhədə gərginliyi artırmaq məqsədi güdür”. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində hazırda top İrəvanın tərəfindədir:"Məhz İrəvan, hazırda hakimiyyətdə olan Nikol Paşinyan və onun komandasının simasında bu məsələdə Ermənistan daha əvvəllər Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş rayonları Azərbaycana geri qaytarmaq prosesinə başlamaqdan imtina edir. Bu gün Dağlıq Qarabağın gələcək statusu dialoq predmetidir. Burada həm ikitərəfli formatda, həm də beynəlxalq vasitəçilər cəlb etməklə müxtəlif variantlar müzakirə oluna, danışıqlar aparılar bilər. Lakin işğal altındakı rayonların qaytarılması artıq həll olunmuş məsələdir. Ermənistan tərəfi bu addımı atmasa, danışıqların gələcəyi mümkün deyil. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etməsi onu göstərir ki, hazırkı Paşinyan hökuməti konfrontasiyaya meyllidir. Təəssüflər olsun, ancaq güc nümayişi ilə külü soyutmaq mümkündür. Hazırkı Ermənistan rəhbərliyi qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar törədərək Azərbaycan tərəfini cavab tədbirləri görməyə sövq edir". Ekspert hesab edir ki, bu durumda savaşın başlanması Ermənistanın tam məğlubiyyəti ilə nəticələnəcək. Bu fonda ən yaxşı yol BMT qətnamələrinə uyğun olaraq ərazilərin azad olunmasıdır: “Amma Ermənistan hələ də BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni həyata keçirməkdən imtina edir. Azərbaycan ərazilərinin mərhələli şəkildə işğaldan azad olunması həmin tələblərdən yaranıb. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münaqişənin mərhələli həllindən danışdı. Ermənistan nəticəsi bəlli olan savaşı istəmirsə, tədricən torpaqlardan çıxmalıdır”.

Ümumiyyətlə, faktdır ki, Ermənistanın, bölgənin təhlükəsizliyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən, ermənilərin qonşu dövlətlərə qarşı məntiqsiz iddialardan əl çəkməsindən keçir. Azərbaycan torpaqlarının azad edilməsi, həm də ermənilər üçün  xeyir gətirəcək. Onda bu ölkə sponsorların və dünya ermənilərinin ianələrinə möhtac qalmayacaq. Qarabağ münaqişəsinin həlli bölgədə yeni, daha təhlükəsiz, etibarlı şərait yaradar. Bunu İrəvanda da gözəl anlayırlar. İndi Ermənistanda vəziyyət qeyri-müəyyəndir. Ermənistanda çıxan “İrates” qəzeti də yazır ki, Qarabağ münaqişəsinin davamı İrəvan üçün böyük problemlər yaratmaqda davam edir:“Paşinyan keçmiş hakimiyyət nümayəndələrinin son qəpiyini müsadirə etməklə vəziyyətdən çıxmağa çalışır. Ermənistan baş nazirinin yaxın günlərdə keçmiş vəzifəlilərə qarşı yeni cinayət işi başladacağı gözlənir. Amma nə qədər ki, Ermənistan regionda transmilli layihələrin iştirakçısı olmayacaq, o qədər də iqtisadi problemlər ölkəni izləyəcək. Bu məsələdə Qarabağ münaqişəsinin Ermənistana ciddi əngəllər yaratdığı artıq açıq deyilməlidir. Üstəlik, münaqişə davam etdikcə müharibə təhlükəsi də həmişə qalacaq”.

Burada düşmən mütləq nəzərə almalıdır ki, Azərbaycan tərəfi öz ərazisində daha bir erməni dövlətinin yaranmasına imkan və icazə verməyəcəyini dəfələrlə açıqlayıb. Bakı onu da bildirib ki, münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdır. Bunun üçün indiyə qədər diplomatiyadan istifadə edən Azərbaycan artıq beynəlxalq ekspertlərin Ermənistana xəbərdarlıq etdikləri kimi güc faktorunu da işə salmağa hazırdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ