26/05/2020 13:38
728 x 90

Balakəndən bir qrup Vətən müharibəsi veteranı Prezidentə məktub yazdı - Abdullayev, Anayev, Eminov, Qımrıyev, Balayev…

img

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Balakən rayon şöbəsinin üzvləri adından A.Abdullayev, R.Anayev, M.Eminov, Ş.Qımrıyev və R.Balayev də Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

“Sizin uğurlu daxili və xarici siyasətiniz sayəsində dövlətimiz güclənməklə yanaşı, öz müsbət imicini gündən-günə daha da artırır. Planetimizə qatı duman kimi çökən koronavirusla mübarizə tədbirlərinin səmərəli təşkili və məqsədyönlü fəaliyyətiniz bu istiqamətdə növbəti addım oldu. Bu işləri biz zabitlər də yüksək qiymətləndiririk. Hər bir göstəriş və çıxışlarınız alqışlayırıq. Siz hər bir vətəndaşa doğma və dayaq olduğunuzu bir daha sübut etdiniz. Siz xalqımızın sağlamlığı naminə ölüm kabusu ilə çarpışan həkimlərimizin əməyinə layiqli qiymət verdiniz. Siz, eyni zamanda, ordumuzun güclənməsi, ehtiyatda olan veteranların və əlillərin, şəhid ailələrinin sosial ehtiyaclarının həlli üçün çox çalışırsınız. Biz Sizinlə birgə koronavirus, eləcə də torpaqlarımıza soxulan erməni virusu üzərində parlaq qələbə qazanacağıq” - deyə məktub müəllifləri qeyd edirlər.

Baki-xeber.com

Son xəbərlər