04/07/2020 14:31
728 x 90

Bakıdakı Elitar gimnaziyanın müəlliməsi Sədaqət xanım Həsənova Prezidentin koronavirus əleyhinə fəaliyyətini əvvəldən diqqətlə izlədiyini yazdı…

img

“Artıq uzun müddətdir ki, koronavirus adlanan qorxunc düşmən dünyanın ən nəhəng dövlətlərini belə diz çökdürüb. Bu xəstəlik bizim ölkəmizdən də yan keçməyib. Lakin bu virusun dünyaya yayıldığı ilk günlərdən Sizin səyləriniz nəticəsində bu bəlaya qarşı kəskin mübarizə başlandı. Azərbaycanımızda ilk olaraq bu bəlanın qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiniz. Azərbaycan ilk olaraq ÜST-ə 5 milyon dollar maliyyə yardımı etdi. Ölkə daxilində bütün xəstəxanalar hazır vəziyyətə gətirildi. Əlavə olaraq, xüsusi təyinatlı xəstəxanalar tikildi. Bu iş indi də davam etdirilir. Sizin gördüyünüz tədbirlər nəticəsində yüzlərlə vətəndaşımız sağalaraq normal həyata qayıdıb. Bu günə qədər dünya ölkələri sırasında ən az itki verən dövlətlər sırasındayıq.

Xaricdə yaşayan soydaşlarımızın çoxu dərhal ölkəmizə gətirildi. Aztəminatlı ailələrə maddi və ərzaq yardımları edildi. Bu işlər hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı ölkə iqtisadiyyatının ayrı-ayrı sahələri işləyir, yaşayış üçün heç bir çətinlik yoxdur”. Bu fikirlər Bakı şəhəri, İ.Əfəndiyev adına Elitar gimnaziyanın ibtidai sinif müəllimi Sədaqət Həsənovanın Prezident İlham Əliyevə yazdığı məktubda öz əksini tapıb.

O, həmçinin qeyd edir ki, məktəblər müvəqqəti bağlansa da, müəllimlər xüsusi proqramlarla dərsləri davam etdirir və bu işləri axıra kimi görəcək.

Baki-xeber.com

Son xəbərlər