02/07/2020 23:23
728 x 90

“Şəhid atası olaraq Prezidentdən niyə razıyam” - Kürdəmirdən Paşayev Bahadur yazdı...

img

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinin sosial rifah halının yüksəldilməsi ilə bağlı həyata keçirilən bütün tədbirlər şəhid ailələri tərəfindən təqdir edilir.

Kürdəmir şəhərindən şəhid atası Paşayev Bahadur Şıxəli oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bu qəbildən olan ailələrə qayğı və diqqət göstərdiyi üçün ölkə başçısına təşəkkür edir. “Şəhid ailəsi olaraq biz dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşuq. Şəhidlərin ruhuna böyük ehtiram bəslənilməsi, onların ailələrinə qayğı ilə yanaşılması indiki gənc nəslin vətənpərvərlik ruhuna da müsbət təsir göstərir. Gənclər, Vətən yolunda şücaət göstərən şəxslərin heç vaxt unudulmadığını görür və bütün bunlardan ibrət götürürlər. Sizin göstərişlərinizə uyğun olaraq, mənim ailəm üçün hazırda ev tikilir. Şəhid ailəsi adından bir daha Sizə minnətdarlığımı bildirirəm” - deyə şəhid atası qeyd edir.

Baki-xeber.com

Son xəbərlər