Prezident İlham Əliyevin pandemiya dövründə əhalinin təhlükəsizliyi, sağlamlığı və sosial təminatının yüksəldilməsi üçün atdığı addımlar, verdiyi qərarlar Tərtər sakinləri tərəfindən də təqdir edilir.
Öz məktubunda Prezidenti bütün tərtərlilər adından salamlayan Sadiq Quliyev “Bütün dünyanın aciz qaldığı pandemiyaya qarşı mübarizədə Sizin xalqla birlikdə "Biz birlikdə güclüyük!" şüarı altında həmrəy olaraq atdığınız qətiyyətli və humanist addımlar həm xalqın Sizə olan inamını və sevgisini daha da artırdı, həm də Sizin rəhbərliyiniz altında Azərbaycan dünya dövlətlərinə nümunə olaraq rəğbət qazandı. Bu gün Tərtərdə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də mən bütün tərtərlilərin Sizə minnətdarlığını çatdırmağı özümə borc bildim” - deyə yazır.
Baki-xeber.com