Pandemiya dövründə əhalinin aztəminatlı təbəqəsinə müxtəlif dəstəklərin göstərilməsi, habelə bu qəbildən olan ailələrin övladlarının təhsil haqlarının dövlət hesabına ödənilməsi vətəndaş məmnunluğuna səbəb olub.
Masallı rayonundan Məmmədəliyev İsgəndər Əvəz oğlu Prezident İlham Əliyevə yazdığı məktubda bundan bəhs edir: “... Epidemiya ilə əlaqədar olaraq iş yerlərinin müvəqqəti bağlanmasına görə insanlara dövlət tərəfindən maddi köməyin edilməsi, aztəminatlı ailələrin övladlarının təhsilhaqqının dövlət tərəfindən ödənilməsi, eyni zamanda, işsiz insanlara iki ay müddətinə birdəfəlik ödənişin edilməsi, tibb işçilərinin əməkhaqlarının 3-5 dəfə artırılması, haqqı ödənilən sosial iş yerlərinin açılması Sizin xalqımıza olan sevginizin daha bir göstəricisidir. Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm”.
Baki-xeber.com