Cümə günü, 30 oktyabr 2026
     

Ermənistan əsas zərbəni Naxçıvandan gözləyir – İrəvan panik durumda...

Image


Azərbaycan Ordusunun mayın 18-dən başlanan və bu ayın 22-nə qədər davam edəcək genişmiqyaslı əməliyyat-taktiki təlimi Ermənistanda getdikcə daha böyük xof yaradır. Xatırladaq ki, təlimlərə 10 min hərbi qulluqçu, 120 ədəd tank və digər zirehli texnika, 200 ədəd müxtəlif çaplı raket və artilleriya stansiyaları, minaatanlar, eləcə də 30 ədəd aviasiya vasitələri, müxtəlif təyinatlı PUA-lar cəlb olunub. Bu, cari il ərzində Azərbaycan Silahlı Qüvvələrinin ikinci genişmiqyaslı hərbi təlimidir, birinci genişmiqyaslı hərbi təlim mart ayında olub. Birinci hərbi təlimin xarakteri haqqında məlumat verilməsə də, istifadə olunmuş silah növlərindən çıxış edərək ehtimal etmək olar ki, hərbi təlim hücum xarakterli daşıyıb. Elə indiki təlimlərdə istifadə edilən silahlar da eyni qənaəti bölüşməyə əsas verir.  

Təlimlərin gedişinə bu yaxınlarda orduya yeni hərbi əməliyyatlara hazır olmaq barədə əmr verən müdafiə naziri, general-polkovnik Zakir Həsənov birbaşa nəzarət edir. Yeri gəlmişkən qeyd edək ki, genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində cəbhə bölgəsində olan müdafiə naziri və nazirliyin digər rəhbər heyəti səhra şəraitində ərazidə açılmış komanda idarəetmə məntəqəsində olublar. Qoşunların döyüş fəaliyyətinin təşkilini yoxladıqdan sonra müdafiə naziri əməliyyatların planlaşdırılması, təminat, döyüşü idarəetmə, artilleriya, kəşfiyyat, hava hücumundan müdafiə və digər qoşun növlərinin idarəetmə qruplarına baş çəkib, idarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müvafiq göstərişlər verib. Bütün bunları isə ermənilər özləri üçün böyük təhdid sayır. Erməni hərbi ekspert Davit Camalyan bildirir ki, Azərbaycan tərəfindən hücum xarakterli hərbi təlimlərin keçirilməsinin yalnız bir məqsədi var:“Aydındır ki, Azərbaycan tərəfi aktivləşib. Çünki görür ki, Ermənistan hakimiyyəti danışıq platformasında vəziyyəti o nöqtəyə çatdırıb ki, Bakı ya danışıqlarda erməni tərəfindən istədiyini alacaq, ya da güc yolu ilə məqsədinə nail olacaq”. “News.am” saytı isə iddia edir ki, Azərbaycan mümkün müharibədə Ermənistan ordusunun hərəkətini yayındırmaq və Qarabağdakı hərbi birləşmələrlə əlaqəsini kəsmək üçün paytaxt İrəvanı hədəfə ala bilər. “Azərbaycan sərhədlərinə yerləşdirilən raket sistemlərinin belə bir imkanı var. “Pələng” sistemlərinin Naxçıvana yerləşdirilməsi də bu cür ehtimalları gücləndirir”.

Yeri gəlmişkən qeyd edək  ki, bu mövzuya ABŞ-ın “Ceymstaun” Araşdırma Fondu da xüsusi olaraq toxunub. Burada qeyd edilir ki, Bakı Naxçıvandakı qüvvələrini gücləndirmək üçün genişmiqyaslı səylərə hazır olduğunu nümayiş etdirir. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Pələng” 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Həmin silahlar Azərbaycan Müdafiə Nazirliyinin “YouTube” kanalında yerləşdirilmiş və Naxçıvan qarnizounda silahların, hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjetində gözə dəyir. Fond qeyd edir ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Pələng” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Pələng” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Pələng” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Pələng” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300-millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. İndiki halda “Pələng” raketlərinin Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilməsi, şübhəsiz ki, Naxçıvanda dislokasiya olunmuş ordu hissələrinin döyüş qabiliyyətini daha da gücləndirmiş olur. O da mühüm faktdır ki, “Pələng” raketlərinin hər iki variantı, paytaxt İrəvan da daxil olmaqla  Ermənistan ərazisindəki strateji hədəflərə birbaşa zərbə endirməyə imkan verir. O cümlədən “Kasırğa” raket sistemləri də bu imkanı Azərbaycan ordusuna yaradır. Digər tərəfdən Naxçıvanda, “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla, digər reaktiv sistemlər də yerləşdirilib. O cümlədən, Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat- taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur.

Ümumiyyətlə, Naxçıvan ərazisində hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, silah-sursat, ən müasir döyüş texnikası, aviasiya və artilleriya qurğuları ilə komplektləşdirilməsi Azərbaycanın bu bölgəyə strateji baxımdan nə qədər önəm verdiyini əyani sübut edir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin təchiz edildiyi yüksək dəqiqliyə və çox böyük məhvetmə gücünə malik müasir silahları, döyüş və nəqliyyat helikopterləri, təyyarələri, hava hücumuna qarşı ən müasir qurğuları, zirehli maşınları, tankları və artilleriya qurğuları var. Onların bir hissəsi məhz Naxçıvanda yerləşdirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Naxçıvanda yerləşdirilmiş “Smerç” raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir. “Smerç” sistemi dördoxlu MAZ-543M  yük avtomobilinin üzərində yerləşdirilmiş 300 millimetrlik  12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Tərkibində dörd “Smerç” sistemi olan batereya 48 ədəd raketlə sahəsi 64 min kvadratmetr olan ərazini tamamilə kül edə bilir. Altı ədəd “Smerç”dən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür. Azərbaycanda 30 belə sistem olduğu məlumdur və onların bir hissəsi də məhz Naxçıvanda yerləşdirilib. Yuxarıda qeyd olunduğu kimi  Naxçıvanda yerləşdirilmiş "Smerç” raket sistemləri təkbaşına düşmən ərazisindəki istənilən hədəfi məhv etməyə qadirdir. Ekspertlər hesab edir ki, 90 kilometrlik məsafədə hədəfi vurmaq qabiliyyətinə malik “Smerç”lərin Naxçıvanda saxlanılması təsadüf deyil. Naxçıvanla İrəvanın arası 80 kilometrdir. Ermənilər onu da bilir ki, bu silah nüvə silahından sonra dünyanın ən təhlükəli silah hesab edilir. İndi düşməni lərzəyə salan həm də o faktdır ki, “Smerç”lərlə yanaşı, Azərbaycan həm də “Pələng” raketlərini Naxçıvana yerləşdirib. Bu silahlar qısa zamanda Ermənistanda bütün hərbi hissələri məhv edə bilər. Bu isə o deməkdir ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli zamanı düşmən qısa müddətdə bütün istiqamətlərdə məhv ediləcək.  

Elə bu fonda “Ceymstaun” Araşdırma Fondu bildirir ki, Naxçıvan Qarabağda alovlana biləcək mümkün irimiqyaslı hərbi əməlyyatlar zamanı hücum üçün ikinci istiqamət rolunu oynaya bilər. Belə ki, bu hücum iki mümkün variantda baş verə bilər. Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordusu Qarabağ istiqamətində erməni qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı İrəvan istiqamətində hücuma keçə bilər. İkinci variant isə odur ki, hücum Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsməyə hesablanar. Fond ekspertlərinə görə, 2016-cı ilə qədər belə ssenarilər olduqca az ağlabatan sayılırdı. Lakin həmin ilin aprelində baş vermiş ciddi toqquşmalardan sonra Azərbaycan ordusu sübut etdi ki, 1990-cı illərin əvvəllərinə nisbətən indi daha effektiv hücum həyata keçirilməsini təmin edə bilər. Bu ssenarilər baxımından Türkiyədən alınan reaktiv yaylım atəşi sistemləri Naxçıvan istiqamətindən Ermənistan paytaxtına, yaxud daha düşünülmüş variantda Ermənistanı Dağlıq Qarabağla birləşdirən şosseyə zərbə endirmək üçün tətbiq edilə bilər. O da xatırlanır ki, Türkiyə ordusu TRG-300 “Pələng” reaktiv yaylım atəşi sistemlərini Suriyanın şimalında apardığı hərbi əməliyyatlarda uğurla tətbiq edib. İlin əvvəllərində Türkiyə ordusunun “Pələng” raketləri ilə endirdiyi zərbələr Suriya ordusunun mövqelərini darmadağın etmişdi. Azərbaycanın da analoji təcrübədən istifadə ehtimalı kifayət qədər yüksəkdir. Erməni hərbi-siyasi analitik Mqer Hakobyan da bunu istisna etmir: “Azərbaycan ordusu növbəti genişmiqyaslı hərbi təlimlərini keçirir. Bu durumda  Ermənistan ciddi müharibə zərbələri gözləyə bilər. Özü də nəzərə almaq lazımdır ki, Azərbaycan Türkiyədən aldığı yüksəkdəqiqlikli silahları bizdən çox da uzaqda olmayan Naxçıvanda da yerləşdirir. Mən düşünürəm ki, bu, ciddi müharibə müqəddiməsidir. Mənə elə gəlir ki, bizi həm də birbaşa şəkildə psixoloji şantaj edirlər”. Hakobyan qeyd edib ki, Qarabağ münaqişəsi prosesində gərginliyin artması və zəifləmələr müntəzəm xarakter daşıyır: “Bu, yenilik deyil. Amma təbii ki, bütün xidmətlərimiz gərgin şəkildə işləməlidir”.

Erməni hərbi-siyasi analitik onu da bildirib ki, indiki halda Azərbaycan hərbi cəhətdən üstünlüyünü sürətlə artırır. Bu vəziyyətdə o, Qarabağ münaqişəsinin hərbi həllinin Ermənistan üçün ciddi təhdidlər yaratdığını da etiraf edir.

Tahir TAĞIYEV

Yazə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vazitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:18
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ