şənbə günü, 10 oktyabr 2026
     

Aşıq Ədalət Nəsibovun Surqutda yaşayan mənəvi şəyirdi nələrdən danışdı?

Image


Solo ifaçılıq məktəbinin gənc nümayəndəsi Niyaməddin Məzəmli "Bakı-Xəbər"də

"Məqsəd odur ki, sazımız vasitəsilə tariximizi, musiqi mədəniyyətimizi, ulularımızdan qalan adətləri Rusiyada təbliğ edək"


Milli ənənələri və qədim bir sənəti yaşatmaq hər gəncə nəsib olmur. Gənclərin xeyli hissəsi milli musiqiyə elə də maraq göstərmir, onları müasir dövrdə populyar olan nümunələr maraqlandırır. Populyar olan musiqinin isə nə fəlsəfi qatı var, nə də müsbət mənada təsir imkanı, böyük əksəriyyəti bədii zövq aşılamaqdan uzaqdır. Yəqin ki, mənimlə razılaşarsınız. Azərbaycan musiqi mədəniyyəti bir neçə formada təzahür edir.
Əski musiqidən danışanda aşıq sənəti və muğam yada düşür. Xalqın kökünü, mədəniyyətini bu sahələr özündə geniş şəkildə təcəssüm etdirir.
Azərbaycanda aşıq sənəti son illər özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu da o deməkdir ki, artıq aşıq sənəti özünün ikinci həyatını yaşayır. Fərəhləndirici haldır ki, gənc nəslin aşıq sənətinə, saza marağında oyanma gedir və gənclər saza diqqət ayırır. Elə bir dövrdə yaşayırıq ki, xalqın özünü xalq kimi qorumasına böyük ehtiyac var. Xalqın varlığı, diri və duru qalması milli musiqinin yaşaması və təbliği ilə də sıx bağlıdır.
Aşıq sənətinə meyl edən gənclərdən dəfələrlə yazmışam və onların saza bağlılığı haqqında fikirlərimi bölüşmüşəm. Gənc bir aşıq var, Azərbaycandan uzaqda yaşayır. Saza sığınıb yaşadığı üçün marağımı çəkdi. Bu gənc solo saz ifaçısı, 2005-ci ildə "Pöhrə" müsabiqəsinin, 2007-ci ildə isə Mədəniyyət və Turizm Nazirliyinin Şirvan şəhərində keçirdiyi "Simli alətlər ifaçılığı" müsabiqəsinin qalibi, 2012-ci ildə isə "Lider" Televiziyasının keçirdiyi "Yarışma 3" müsabiqəsinin iştirakçısı Niyaməddin Məzəmlidir. Niyaməddin Məzəmli 1991-ci ildə Qazaxın Məzəm kəndində doğulub. Qazaxlı olduğu üçün saza maraq göstərməsi təbiidir. Hər bir qarabağlının könlü muğam üstündə kökləndiyindən, hər qazaxlı sazla bağrıbadaş doğulur. Niyaməddin Məzəmli solo saz ifaçılığı sahəsində gənc olsa da, özünəməxsus ifa tərzi var və onun çaldığı hər bir hava ürəyə yatımlıdır. Əsas odur ki, sazın başına oyun açmır, sazı saz kimi, könüllər dostu, dilmancı kimi təqdim edə bilir. Onun ifasında canlı olaraq bir neçə havanı dinləmişəm. Niyaməddinin ifasında "Dilqəmi", "Ruhani" kimi havalara qulaq asdım, xoşuma gəldi.
Rusiyanın Surqut şəhərində yaşayan, hazırda Vətəndə olan aşıq Niyaməddin Məzəmli mənimlə söhbətində bildirdi ki, 7 yaşından saza maraq göstərib. Atasının evə saz alıb gətirdiyini deyən Niyaməddinin sözlərinə görə, peşəkar qarmon ifaçısı olan atası Bəkir Məzəmli həvəskar saz ifaçısı olub və sim tərpətməyi ondan öyrənib: "Atam saza böyük maraq göstərdiyimi görüb məni Qazax rayonu 2 saylı musiqi məktəbinin saz sinfinə qoydu. Burada ilk ustadım dövrünün tanınmış aşığı, Kamandar Əfəndiyevin şəyirdi olan Səid Rəhimov oldu. Səid Rəhimovun saz dərsləri çox maraqlı keçirdi və o burada bizə həm saz ifaçılığını, həm oxumağı, həm də dastanları öyrədirdi. Bilirsiz ki, mənim meylim daha çox solo saz ifaçılığına olduğundan, özümü bu sahəyə həsr etdim. Sonra Sumqayıtda Soltan Hacıbəyov adına Musiqi Kollecinin saz sinfinə qəbul olundum. Burada isə müəllimim tanınmış xanım aşığımız Ulduz Sönməz oldu. Ulduz xanımdan da sazın sirlərini öyrəndim. Açığı, müsabiqəyə qatılmaq fikrim yox idi. "Lider" Televiziyasının keçirdiyi "Yarışma" layihəsinə dostum Elşən Qaraxanlını aparmışdım. Seçim turlarını müşahidə edib gördüm ki, ora qatılanların heç birindən zəif deyiləm. Rəhmətlik aşıq İslam Rzaoğlunun təkidi ilə mən də yarışmaya qatıldım. İslam Rzaoğlunun qrupunda təmsil olundum. Bu müsabiqədə iştirakım əslində tam təsadüfi olub. O yarışmadan əvvəl iki müsabiqənin qalibi olmuşdum".
SMS-lə keçirilən müsabiqələrin aşığın deyil, qalibin taleyində rol oynadığını deyən Niyaməddin Məzəmli bildirdi ki, aşığın taleyinə SMS müdaxilə edə bilməz":Aşığın istedadı, ifaçılığı, biliyi SMS-dən çox üstündür. Müsabiqələr gənc aşıqların, gənc ifaçıların reklamına hesablanan layihələrdir. "Yarışma 3"də 5-ci yerə qədər gəldim".
N.Məzəmlinin özünü daha çox solo ifaçılıq sahəsində göstərdiyi bəllidir. Aşıq sənətini izləyənlərə bu gənc aşığın barmaqları yaxşı tanışdır. İmrandilli ana sazımız Niyaməddinin barmaqlarında ayrı cür danışır. Təbii, hər aşıq sazda öz ürəyini danışdırır. Bilirik ki, Azərbaycan aşıq sənətində solo ifaçılığın tarixi elə də qədim deyil. Sonradan yaranan bu ənənə son zamanlar özünü doğrultmaqdadır. Bir məqamı qeyd edim ki, Azərbaycan saz sənətində solo ifaçılığın əsasını görkəmli aşıq, virtuoz sənətkarımız aşıq Əmrah Gülməmmədov qoyub. Onun ardıcılları olan sənətkarlar bu gün sənət aləmində öz sözünü deyir. Təbii, bu sahədə görkəmli aşığımız, Prezident təqaüdçüsü, müasir aşıq sənətinin atası Ədalət Nəsibovun adını çəkməsəm günah olardı. Aşıq Ədalət aşıq sənətinin, sazın mahir bilicisidir və "Yanıq Kərəmi" havası ilə ürəklərdə özünə əzəmətli bir heykəl ucaldıb. Ədalət əminin yetirmələri, mənəvi şəyirdləri bu gün yetərincədir. Niyaməddin Məzəmli də aşıq Ədalət Nəsibovun mənəvi yetirmələrindəndir. Sazı Vətən boyda bir sevdaya çevirən Ədalət Nəsibovdan bu gün də öyrənilir, sabah da öyrəniləcək. Solo ifaçılığa meyl etməsinin səbəbindən danışan Niyaməddin Məzəmli bildirdi ki, özünü bu üslubda daha yaxşı ifadə edə bilir":Allah hər insana bir keyfiyyəti daha üstün verir. Mən solo saz ifaçılığına maraq göstərdim. Amma sizə deyim ki, 2005-ci ildə keçirilən "Pöhrə" müsabiqəsində oxumaq üzrə qalib oldum. "Gəraylı" havasını çalıb oxudum. Solo saz ifaçılığının çağdaş dövrümüzdə ən böyük ustadı Ədalət Nəsibovdur, bütün solo ifaçılar ondan bəhrələnib. Mən aşıq Ədalət Nəsibovu özümə mənəvi ustad hesab edirəm. Etiraf edək ki, Ədalət Nəsibov havaları püxtələşdirdi. "Aşıq gördüyünü çağırar", solo ifaçılar Ədalətin ifasını görüb solo ifaçılığa könül veriblər. Evimizə saz alınanda atam aşıq Ədalətin kasetlərini alıb gətirdi ki, ona qulaq asıb çalaq".
O, Rusiyada aşıq sənətini təbliğ edir və tez-tez məclislərdə, şənliklərdə, bayramlarda iştirak edir: "Mübaliğəsiz deyərdim ki, bu gün Rusiya məkanında aşıq sənətinə, saza böyük maraq var. Orada sazın təbliği üçün məclislər var, sazı istəyən adamlar var. Elə bir toy yoxdur ki, aşıqsız keçsin. Bilirsiz, orada nə qədər azərbaycanlı yaşayır. Azərbaycan toyları da milli ənənələr üstündə keçirilir. Deyərdim ki, orda saza tələbat daha böyükdür. Elə məclisə gedirsən ki, orada saz biliciləri əyləşir. Bəzən adamdan elə hava, elə söz soruşurlar ki, məətəl qalırsan. Çalışıram ki, onların tələbatını ödəyim. Azərbaycanın hər yerindən mən yaşadığım şəhərdə ailələr çoxdur. Bu məclislər aşıqların sınağa çəkilməsi üçün çox münbit yerdir. Rusiyada yaşayan azərbaycanlılar arasında o qədər saz biliciləri var ki...Elə gün olur ki, yalnız Surqut şəhərində bir gün ərzində 5-6 azərbaycanlı toyu olur. Görün, bu nə deməkdir. Bu məclislərdə də Azərbaycan musiqisi səslənir. Toylar sırf milli adətlərdə olur. Konsertlərdə də iştirak edirəm. Milli bayramlarımızda yerli diaspor təşkilatının təşəbbüsü ilə bayram tədbirləri keçirilir, orada ana sazımız tamaşaçıların zövqünü oxşayır. Məqsəd odur ki, sazımız vasitəsilə tariximizi, musiqi mədəniyyətimizi, ulularımızdan qalan adətləri Rusiyada təbliğ edək. Azərbaycan mədəniyyəti, musiqisi rusiyalı tamaşaçıların böyük rəğbətini qazanıb".




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ