şənbə günü, 10 oktyabr 2026
     

Dünya Məhəbbətsiz qaldı...

Image


Göylərdə, yerlərdə ilahi bir səs vardı: o səs bizi özümüzə qaytarır, insanı özüylə üzbəüz əyləşdirir, onu öz içərisinə baxmağa vadar edirdi. İnsanı anlamağa, duymağa, haraya yetməyə, ünə çatmağa çağırırdı. O səs zilində, bəmində, sözün gerçək çalarında qiyamət qoparırdı. Qiyamət oxuyurdu Məhəbbət Kazımov. Qeybə çəkildi o səs: göylərin, yerlərin, quşların, ağacların, kəpənəklərin sevdiyi, oxşadığı, nazını, namını çəkdiyi səs...
Məhəbbət Kazımov avazıyla, eşqiylə, dünyaya, təbiətə sevgisi ilə bir məhəbbət obrazı, məhəbbət heykəli yaratdı getdi. Rəssamların fırçası, heykəltəraşların tişəsilə, şairlərin qələmi, bəlkə də Məcnun sevdası ilə də bu məhəbbət abidəyə çevrilməzdi, Fərhad Şirin eşqi ilə öz külüngünü qayalara çırpsa da, bu heykəli Məhəbbət Kazımov üslubunda, ahəngində, ritmində yarada bilməzdi.
Məhəbbət Kazımov da Tanrının bir bəxşişi, bir lütfü idi: onu bənzərsiz, heç kəsə oxşarlığı olmayan bir biçimdə yaratmışdı. Səsi, sözü, özü, ruhu da orijinal təsir bağışlayırdı. Məhəbbətin səsindəki ilahiliyi, insanlara doğmalığı bütün rəngləri ilə təsvir etməkdə çətinlik çəkirəm. Gücümüz sadəcə ona yetir ki, onun ifasını lal bir sükut içərisində dinləyək. Ən əsası onu demək istəyirəm ki, istedadlı müğənni ilk gənclik illərindən ta dünyasını dəyişənə qədər ruhunu, sənətini çirkaba bulaşmaqdan qorudu. O öz üslubunu, səsini və sözünün çəkisini, bütövlükdə mənəvi aləmini bazar uğuru naminə dəyişmədi: nə səsini, nə sözünü, nə sənətini girova qoydu. Girov qalan isə onun düşmən tapdağında inləyən yurdu idi, kəndi idi. Doğma eli, obası, ona səs, ruh verən Laçında, Şuşada qoyub gəldiyi ana təbiəti idi. Ürəyini, gözlərinin kökünü həsrət yaraları sarmışdı: dərd onu həsrətin, hicranın, ayrılığın hədəfinə çevirmişdi. Elə yaralı oxuyurdu, içini yeyən dərdin sanki dadını, tamını çıxarırmış kimi:
Dağlar dağımdı,
Qəm ortağımdı...
...naləsi, fəğanı Məhəbbət Kazımovu külli-Azərbaycana, səsin dilini başa düşən hər kəsə tanıdırdı. "Yaralı durnam"ı da hədsiz bir kədərlə ifa edirdi. Sanki durnaların payız köçünün ağrısını da sinəsinə yığmışdı. Elə özü də bu taleni yaşayırdı. Sinəsində təkcə Qarabağ dərdi yox, Araz dərdi də çağlayırdı, Kürün, Arazın həsrət yaralarına bələnmiş sellər-sular onun sinəsindən qıvrıla-qıvrıla axıb gedirdi...
...Məhəbbət Kazımov haqqında keçmiş zamanda danışmaq ağrı verir. Onunla hər gün görüşür, söhbətləşir, mahnılarını, muğamlarını dinləyirdim. Bu eyni nəslin övladları, yaxın qohum olmağımız səbəbindən deyildi: gəncliyimiz bir yerdə keçib, yeni ərsəyə gətirdiyi mahnının bəlkə də ilk dinləyicisi mən olmuşam. Səsinin məlahəti, şaqraq zəngulələri Qırxqız, Eyvazlı dağlarının min bir rəngli, ətirli çiçəklərindən, Göy bulağın, Layla bulağın, At bulağının duruluğundan, Həkəri çayının yatağına sığmayan hay-harayından, ana laylasına bənzəyən həzinliyindən qaynaqlanmışdı. Onun şəxsiyyətində və sənətində toplanmış bu təbii çalarlar Məhəbbətsevərlərin sayının gündən-günə artmasına səbəb olurdu. Təbriz, Tehran, Ərdəbil, İstanbul, Borçalı, Dərbənd Məhəbbət Kazımovu - bu ilahi səsin sahibini tanıyırdı. Şuşanın, Laçının çal-çağırlı günlərində, ağrılı zamanlarında el-obasına baş çəkər, kömək durmağa, təsəlli verməyə çalışardı. Vətən sevgisi onun ürəyində gənclik illərindən yuva salmışdı. Sonralar bu sevgi həsrətə, intizara döndü. Bir çox məclislərdə Şuşalı, Laçınlı günlərdə Məmməd Arazın sözlərinə bəstələnmiş "Salamat qal" mahnısı oxumağını xahiş etsələr də, o əsəbiləşir, axı biz kimdən, hansı şəhərdən, hansı kənddən, hansı dağdan, buluddan ayrılırıq ki, onlara "salamat qalın" deyək?!"...
Amma tale elə gətirdi ki, işğaldan sonra Məhəbbət Kazımov bu mahnını ürək yanğısı ilə oxumağa başladı. Mahnıya həm öz ağrısını, həm də böyük şair Məmməd Arazın dünyəvi kədərini köçürmüşdü. "Salamat qal" bir daha Məhəbbət Kazımovun ifasında Azərbaycan-türk dünyasını gəzib dolaşdı. Unudulmaz müğənni həqiqətən möcüzə oxuyurdu: o, insanın qoyub gəldiyi keçmişi ayaq üstə qaldırmağı bacarırdı. Xatirələrdə itmiş, çəhlimlərdə, cığırlarda solub getmiş izlərə hərarət gətirir, sanki onların üzünə dirilik suyu çiləyirdi. Ötən günlərə yenidən yaşamaq haqqı bəxş etmək Məhəbbətin hobbisi idi.
Rəhbərlik etdiyi "Laçın" ansamblını dəfələrlə Şuşaya gətirmiş, Cıdır düzündə açıq havada konsert vermişdi. Səsinin qüdrəti, qəlbinin dərinliklərindən çağlayıb gələn ümman eşqi quşqonmaz qayalara səs salır, laçınlara, tərlanlara, zirvələrdə şığıyan şahinlərə acıq verirdi.
Onun sükuta, mənəvi ətalətə meydan oxuyan səsi ana tərəfdən Şuşaya bağlılığı, dünyaca məşhur olan Xan əmiylə uzaq qohumluq əlaqələrinə arxalanırdı bəlkə də. Səsinə qənaət etməməsini irad tutanlara gənclik illərimdə yazdığım bir şeirimin misralarını söylərdi:
Burda igidlərin pələng nərəsi,
Burda təbiətin ətri, nəfəsi,
Burda məsgən salıb musiqi səsi,
Şuşa Qaryağdının zilinə düşüb...
...deyər, mənə müraciət edərdi: "Əmioğlu, mənim səsimin Cıdır düzünün bu qranit vallarına yazılmasının nə qəbahəti: inanmırsınızsa, qulaqlarınızı söykəyin bu mərmər, qranit qayalara. Onda Keçəçi Məhəmmədin, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin, Seyidin ilahi səslərini eşidəcək, Üzeyir bəyin "Koroğlu" uvertürasını dinləyəcəksiniz".
Hər şairə, hər bəstəkara müraciət etməzdi, sonaladığı, sevib-seçdiyi ruhu axtarırdı hər zaman. Xalq mahnılarına çox üz tuturdu. Məmməd Araz yaradıcılığına söykənmişdi. Yuxarıda dediyim kimi, mənim yazdıqlarımın da qəlbinə yaxın olanını toylarda, məclislərdə oxuyurdu.
Günün əyilən vaxtında,
Sözün deyilən vaxtında,
Narın yeyilən vaxtında,
Qarşıma niyə çıxmısan?
Dünyanın faniliyinə aid, dağların qüdrətini, əzəmətini ifadə edən poeziya nümunələrinin vurğunu idi. "Dağlar"dan çox oxuyurdu. Dağlara aid şeirimi əzbər bilir, mahnı kimi, segah, təsnif kimi məqamında səsləndirirdi:
Səndə yazım, qışım qalıb,
Sevgisində naşım qalıb,
Düz on səkkiz yaşım qalıb,
O günləri mənə qaytar.
Qayıt dediyi çoxlu arzuları, istəkləri var idi: əfsus ki, bu istəklər ondan gen, qərib düşmüşdü. Elə hey haraylayır, "qayıt gülüm, qayıt gülüm, qayıt gəl", desə də nakam köçdü Məhəbbət. Əlləri, arzuları, ümidləri uzalı qaldı Laçına, Şuşaya, bizə qol-qanad vermiş daha neçə-neçə doğma diyarımıza.
Çox yaşamaq hünərdi, ləyaqətini qoruya-qoruya yaşamaq isə qəhrəmanlıq, igidlikdir. 60 il yaşadı Məhəbbət. Son gününə, son anına qədər ləyaqətini qorudu.
Üzüldük, çox üzüldük Məhəbbətin vaxtsız itgisinə. Ekrandan, efirdən, gerçək həyatımızdan bir yarpaq da qondu: torpağa düşdü, torpağa döndü bir sənətkar ömrü, bir ürəyi qubarlı Vətən aşiqi. Qeyrət, təpər sultanı Məhəbbət sevgisini dağlara-daşlara, qəlblərə, sənətin əbədi qalan səhifələrinə yazdı, köçürdü, özü isə şimşək kimi çaxdı getdi. Qürur, vüqar atına minmişdi. Dayanmadı, bu bivec dünya onu əyləmədi, çapdı getdi...
...Tanrıya uzanan yol idi Məhəbbət: əfsus ki, çoxları bu yolu görmədi.





VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ