24/04/2019 02:32
728 x 90

Maştağa, Bakıxanov və Buzovnada narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan şəxslər saxlanıb - FOTO

img

Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər  saxlanıb.

Əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Maştağa qəsəbə sakini Mütəllim Babayev saxlanıb. Onun üzərinə baxış zamanı 5,695 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq M.Babayevin yaşadığı evin həyətindəki yardımçı tikiliyə baxış zamanı əlavə olaraq oradan 3 kiloqram 200 qram narkotik vasitə olan heroin,104,17 qram marixuana, həmçinin elektron tərəzi və bir ədəd müvafiq sənədləri olmayan “Magnum” markalı ov tüfəngi aşkar edilib. Saxlanan şəxs ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiyini bildirib,

Sabunçu RPİ əməkdaşları tərəfindən həyata keçirilən daha bir uğurlu əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Rəfael Hüseynov Bakıxanov qəsəbəsində tutulub. Polis əməkdaşları onun əlindəki idman çantasına baxış keçirən zaman 5 kiloqram 150 qram qurudulmuş marixuana aşkar edərək götürüblər. Saxlanan şəxs narkotik tərkibli bitkiləri Buzovna qəsəbəsində əkdiyini, daha sonra satmaq məqsədilə qurutduğunu bildirib.

Qeyd edilən hər iki faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər