Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 15-də H.Mənsimovun “Mercedes” markalı avtomobilindən 2500 manatını oğurlamaqda şübhəli bilinən Samux rayon sakini Mirhəşim Seyidov saxlanıb.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları isə oktyabrın 3-də rayon sakini A.Salmanovanın “Nissan” markalı avtomobilindən 45 manatını və mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Elməddin Əmiraslanovu saxlayıb.
Faktlarla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı