Polis əıməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitki aşkar edilərək götürülüb.
Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynovun həyətyanı sahəsindən çəkisi 1 kiloqram 150 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş Zaur Məmmədovun evindən çəkisi 1 kiloqram 760 qram marixuana, habelə Tülü kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Biləcəri qəsəbə sakini Aynur Həsənovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq heroin, metamfetamin, həmçinin 1 ədəd pnevmatik tapança və tərəzi aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı