Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktik tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olub.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı