Mal-qara oğurluğu etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıb.
Sentyabrın 22-nə keçən gecə Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisindəki fermaların birindən 27 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan tədbirlərlə oğurluğun Sumqayıt şəhər sakinləri olan 3 nəfər tərəfindən törədildiyi qısa zamanda müəyyən edilib.
Sumqayıt ŞPİ-nin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nemət Abbasov, Səyyad Hümbətov və Mahir Aslanov Sumqayıt şəhəri ərazisində saxlanıb.
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə rayon sakini M.Adgözəlovun 16 baş qoyununu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Mirəli Hadıyev saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı