DİN-in “102 – Zəng Mərkəzi”nə müraciət edən Sumqayıt sakini olan bir qadın şəhər ərazisindəki bankomatların birində hesabından 440 manatının çıxarılaraq oğurlandığını bildirib.
Məlumatla əlaqədar Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən qadın saxlanıb. Araşdırmalarla onun Təzə Kotec qəsəbə sakini N.Hüseynova olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı