Bazar ertəsi günü, 26 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 25.12.2015 / 01:28
Bölmə: İqtisadiyyat
Danılmaz faktdır ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan sosial-iqtisadi islahatlar ölkə Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilərək uğurla davam etdirilir. Bu baxımdan Azərbaycan Respublikasının inkişaf tempinə görə dünyanın lider dövlətləri sırasında olması tamamilə qanunauyğundur. Artıq keçid dövrünün başa çatdığı indiki şəraitdə ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub.
İndi sosial-iqtisadi sahədə yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə və dünya sisteminə səmərəli inteqrasiyasına nail olmaq, davamlı sosial-iqtisadi inkişafa yönələn antidevalvasiya mexanizmlərinin işləkliyini təmin etməkdən ibarətdir.
Qeyd edək ki, mövcud inkişafın ölkə iqtisadiyyatına 60 milyard dollardan artıq zərər vuran işğal şəraitində baş verməsi həm də müxtəlif müddətdə dövlət proqramlarının vaxtında və layiqincə yerinə yetirilməsindən xəbər verir. İnkişafın Azərbaycan modelini reallaşdıran bu proqramlardan regionların, Bakı şəhəri və onun rayonlarının tərəqqisinə yönələn dövlət proqramlarını xüsusilə qeyd etmək lazımdır. Sözsüz ki, bu proqramların icra olunmasında inzibati ərazi vahidi kimi Nizami rayonunun da əməyi böyükdür.
Nizami rayonu hazırda Bakı şəhərinin inkişaf etmiş sosial-iqtisadi, biznes, təhsil, inzibati mərkəzlərə və müxtəlif təyinatlı infrastruktura malik ərazi vahidlərindən biridir.
Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-in apardığı məqsədyönlü siyasətdir.
Rayonun iqtisadiyyatının formalaşmasında istehsal sahələri və xidmət sektoru mühüm rol oynayır. Hazırda burada "Bakı Yağ Qida" fabriki, dəmir-beton məmulatları istehsal edən "Azərtunelmetrotikinti" SC-nin DBK zavodu, "Körpü Tunel" ATSC, neft məhsulları istehsal edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, müxtəlif növ şokolad məmulatları istehsal edən "Ulduz" şokolad fabriki, "Peyk" zavodu, "Evropean Tobakko-Baku" ASC və s. istehsal müəssisələri fəaliyyət göstərir.
Bakı şəhəri və rayonların hərtərəfli inkişaf etdirilməsi üzrə dövlət proqramlarını uğurla həyata keçirən Nizami Rayon İcra Hakimiyyətinin fəaliyyəti əsasən sosialyönlüdür. Fəaliyyətini bu istiqamətdə quran Nizami RİH, keçən illərdə olduğu kimi, bu ilin 9 ayı ərzində də yeni uğurlara imza atıb. Belə ki, cari ilin yanvar-sentyabr aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 346,9 milyon manat dəyərində məhsul istehsal edilib ki, bunun da 24,8 faizi özəl sektorun payına düşüb. İstehlakçılara 364,4 milyon manatlıq məhsul göndərilib. Rayonda cari ilin 3 rübündə 1847 yeni iş yeri açılıb. I Avropa Oyunları ərəfəsində Bakı Olimpiya Stadionunun istifadəyə verilməsi isə Nizami rayonu sakinləri üçün yaddaqalan hadisə kimi artıq tarixə düşüb.
9 ay ərzində M.Əliyev küçəsinin M.Abbasov küçəsi ilə Babək prospekti arasında yerləşən yolun bir hissəsinin təmiri yekunlaşıb. Burada yolun hərəkət hissəsinin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Küçənin 36500 kvadratmetr sahəsinə ikiqat olmaqla asfalt-beton döşənib, küçə boyu müasir işıqlandırma sistemi quraşdırılıb. Yağış sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub. Piyadaların təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə 1,5 metr enində yeni piyada səkilərinə 2700 p/m xüsusi daşlar düzülüb. Hazırda burada təmir-abadlıq illəri davam etdirilir. Qeyd edək ki, rayonun B.Çobanzadə küçəsinin M.Abbasov və R.Rüstəmov küçələri arasında uzunluğu 924 metr, eni isə 15 metr olan hissəsində də təmir-tikinti işləri aparılır. Nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti üçün B.Çobanzadə küçəsinin 5 metrə yaxın genişləndirilməsi istiqamətində işlər görülür. Bu küçədə sərnişin avtobusları üçün 2 ədəd xüsusi "Cib"li dayanacaqlar inşa ediləcək. Təmir-tikinti işləri rayonun M.Əliyev küçəsinin Babək prospektinə doğru istiqamətində də aparılır.
Rayonun daxili imkanları hesabına Keşlə qəsəbəsində şəhidlər xiyabanında qəbirüstü daşlar dəyişdirilib.
2014-cü ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında əsaslı təmir, yenidənqurma işləri, eləcə də həmin obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi uşaq və gənclərin dünyagörüşünün formalaşdırılması, asudə vaxtın səmərəli və maraqlı təşkili, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm işlər görür. Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə sıx əlaqə qurub.
Rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzi və Əmək Yarmarkası sakinlərin işlə təmin olunmasında müəyyən uğurlar qazanıb. Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial-məişət xidməti sektorunda tənha və kimsəsiz qocalara, əlillərə evlərində mütəmadi sosial və məişət xidməti göstərilir. Təqdirəlayiq haldır ki, bu xeyirxah işdə yerli bələdiyyələr də fəal iştirak edir.
Hər il 1 oktyabr tarixində isə bilavasitə rayon İH-nin təşkilatçılığı ilə Heydər bağı park-bulvarda Beynəlxalq Ahıllar Günü münasibətilə ahıllar arasında stolüstü oyunlar keçirilir, iştirakçıların hamısı mükafatlandırılır.
Bu il rayonun tədris müəssisələrində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müəllim-şagird heyətinə optimal şəraitin yaradılması, təhsilin keyfiyyətinin artırılmasında da uğurlar qazanılıb. 220 saylı məktəb-lisey Avropa Şurasının ölkələrarası əməkdaşlıq layihəsində iştirak edir.
Rayon ərazisində yerləşən tibb müəssisələri davamlı olaraq əhaliyə tibbi xidmət göstərir ki, bu da bir sıra infeksion xəstəliklərin sayını kəskin surətdə azaldıb. 2013-cü ilin noyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fond tərəfindən E.Süleymanov küçəsi 120 a ünvanında inşa edilən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılması isə rayonun ictimai həyatında mühüm hadisələrdən biri kimi yadda qalıb.
Rayonda su, qaz, kanalizasiya, işıq və istilik təsərrüfatlarının işi yaxşılaşdırılıb.
Ordu sıralarına çağırışın vəziyyəti və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı görülən işlər, hər il olduğu kimi, bu il də rayon İH-nin daim nəzarəti və diqqət mərkəzindədir. Belə ki, hesabat dövründə çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayonu idarəsinə verilən plan-tapşırıq müvəffəqiyyətlə yerinə yetirilib.
Vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etməsi üçün "qaynar xətt" - 422-10-01 nömrəli telefondan istifadə olunur. RİH-nin elektron saytı bu əlaqələrin daha da genişləndirilməsinə şərait yaradıb. Bununla yanaşı, İH sakinlərin qəbuluna da xüsusi diqqət ayırır. Mövcud problemlərin, sakinlərin sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq yerlərdə RİH başçısının sakinlərlə səyyar görüşləri keçirilir. Buna misal olaraq 03 oktyabr 2015-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun R.Rüstəmov, E.Süleymanov küçələri və digər ünvanlarda rayon sakinləri ilə növbəti görüşünü qeyd etmək lazımdır.
Nizami RİH ölkə KİV-i ilə sıx əməkdaşlıq edən azsaylı yerli icra orqanlarından biridir. Bunu İH-nin "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda keçirilən konfransları və son illərdə KİV DF ilə birgə jurnalistlər üçün keçirdiyi mütəmadi müsabiqələri də sübut edir.
Problemlər...
Beləliklə, Nizami RİH-nin cari ilin son 9 ayında fəaliyyəti göstərir ki, bu müddət ərzində İH dövlət əhəmiyyətli sosial-iqtisadi layihələr üzrə mühüm işlərə imza atıb. Ərazidəki park, istirahət yerləri, yaşıllıq zolaqları, abadlıq-quruculuq işləri sakinlərlə yanaşı, biz jurnalistləri də sevindirir. Təqdir olunası haldır ki, rayon rahbərliyi görülən işlərlə kifayətlənməyib, hər hesabatında problem və nöqsanların həll edilməsi yollarını gəstərir. Biz artıq hər hesabatdan sonra bu nöqsanların həll olunduğunu görürük. Ərazini gəzərkən bu nöqsan və problemlərin bəziləri ilə biz də əyani tanış olduq. Belə ki, Keşlə qəsəbəsinin P.Fərzəliyev küçəsində (bura xalq dilində "Şanxay" məhəlləsi də deyilir) dəmir yolu yaşayış evlərinin iki addımlığından keçir. Bu isə insan həyatı üçün çox təhlükəlidir.
Lakin bu və digər problemlər RİH-nin məqsədyönlü, davamlı fəaliyyətinə, görülən abadlıq-quruculuq işlərinə heç vəchlə kölgə sala bilməz. Şübhəsiz ki, həlli vacib olan bu məsələləri hamıdan daha çox rayon rəhbərliyi görür, bilir və ümidvarıq ki, İH yaxın vaxtlarda bu problemləri də uğurla həll edəcək. Bu inam RİH-nin yaxın perspektivdə hədəflədiyi işlərə start verməsindən doğur.
Perspektivlər...
RİH bu ilin sonuna qədər qarşıya qoyulan vəzifələrin icrası istiqamətində işləri yekunlaşdırmaq üzrədir. Qeyd edək ki, bu işlərin bəziləri ümumşəhər infrastrukturu ilə əlaqəlidir.
Məsələn, yaxın gələcəkdə ölkə neftayırma sənayesinin flaqmanı Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun paytaxtdan köçürülməsi həm Bakı şəhərinin, həm də Nizami rayonunun ekologiyasına müsbət təsir göstərəcək.
Rayonun Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əhaliyə müxtəlif növ sosial xidmətlərin təqdim edilməsi istiqamətində gördüyü tədbirlər də tamamlanmaq üzrədir.
Beləliklə, Nizami rayonundakı sosial-iqtisadi inkişafla əyani tanışlığımız, rastlaşdığımız problemlərin İH-nin diqqət mərkəzində olması və perspektivə hədəflənən səylər göstərir ki, bu rayon müstəqil Azərbaycanın inkişafı naminə layiqli töhfələr verəcək. Və jurnalist olaraq biz də əminik ki, Nizami Rİh neftin qiymətinin kəskin aşağı düşməsi və manatın məzənnəsinin ucuzlaşmasına baxmayaraq, keçən illərdə olduğu kimi, bu il də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək. Bu məsul işlərlə yanaşı, Rayon İcra Hakimiyyəti hazırda Prezident İlham Əliyevin tapşırığı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən görüləcək işlərlə məşğuldur. Bu şərəfli vəzifənin yerinə yetirilməsində Rayon İcra hakimiyyətinə uğurlar arzulayırıq.
Vaqif CƏLİLOĞLU,
tex.e.üzrə fəlsəfə doktoru
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
Tarix: 23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..
Tarix: 23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...
Tarix: 23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq
- xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...
Tarix: 23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə
- gəlirlər və xərclər açıqlandı...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir -
ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi
20 DƏFƏ ARTIRILIR...
Tarix: 21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu -
"tranzitlərin rekordu"...
Tarix: 21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...
Tarix: 21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər
- Aİ-dən TƏKLİF...
Tarix: 21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır
- Aİ hesabatı
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
Tarix: 22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…
Tarix: 22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...
SON XƏBƏRLƏR
26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir
26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür
26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib
- FOTO
26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...
26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır
26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi...
İnanaq?
26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...
26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...
26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"
26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır"
- Prezidentin köməkçisi
26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"
26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir"
- Hikmət Hacıyev
26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"
26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir"
- Hikmət Hacıyev
26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"
26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb"
- Hikmət Hacıyev
26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı...
114 vəzifəli həbs olundu...
26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...
26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir"
- Ceyhun Bayramov
26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- FOTO
26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri
26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi
- FOTO
26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək
26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi
26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı
- əsaslandırılmış sənəd gətir…
26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi
- FOTO
26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…
26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı
- təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…
26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi
- FOTO
26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?...
AMİP iddialara cavab verdi
26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək?
- AÇIQLANDI...
26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi
– onlar yalan danışırlar…
26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi
26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu
- öz ölkənizin problemləri ilə məşğul olun...
26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...
26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib
26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...
26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…
26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi
- VİDEO
26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi
26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə...
Kimlərə nə qədər ödənilir?
26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi
25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı
- Vaşinqton narahatdır...
25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...
25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü...
- VİDEO
25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi
25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...
25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür
- AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...
25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi
25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı
25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi
- "kəpənək adamların" xatirinə...
25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu
25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...
25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi
- anası yaralandı...
25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...
25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər”
- Mask Ukraynanı günahlandırdı...
25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...
25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri -
analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir
25.10.2026 / 11:12
Obama Trampı ələ saldı -
"Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"
25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi
25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...
25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib
- FOTO
25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...
25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...
25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür
25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb
25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi
25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi
- FOTO
24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...
24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi"
- Vüqar Rəhimzadə
24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər
- FOTO/YENİLƏNDİ
24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik
- ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...
24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı
- VİDEO
24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı
- Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...
24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...
24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...
24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...
24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...
Tarix: 28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya...
- VIDEO
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
XƏBƏR ARXİVİ