çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Azərbaycan Gürcüstana satdığı qazı bahalaşdırsınmı?

Image


İlham Şaban: "Mən hesab etmirəm ki, Gürcüstan hökuməti Azərbaycanın yürütdüyü enerji və tranzit haqları siyasətindən narazıdır"

"Fikir verin, bu məsələni ən çox qabardan Rusiya mətbuatıdır"

Gürcüstan hökumətinin Azərbaycanın bu ölkənin energetika bazarındakı iştirakını məhdudlaşdırmaq üçün Rusiya, eləcə də İranla iş aparmasına dair məlumatlar var. Ötən ay Tiflisdə İran ətrafında gedən proseslərə, bu ölkə ilə Qərb arasındakı nüvə anlaşmasına və sanksiyaların ləğvindən sonra hadisələrin necə cərəyan edəcəyinə dair qapalı konfrans olub.
Konfransda İran qazının Gürcüstana nəqli imkanları da müzakirə edilib. Həmin qapalı konfrans barədə məlumatı xarici işlər nazirinin müavini David Dondua "Azad demokratlar" parlament fraksiyasının üzvləri ilə görüşündə açıqlayıb. David Dondua deyib ki, Gürcüstan hazırkı mərhələdə ABŞ-ın xahişi ilə İranla tammiqyaslı əməkdaşlıqdan çəkinir.
"Biz amerikalı partnyorlarımızla daimi təmasdayıq. Onlar xahiş edirlər ki, İran Vyana razılaşmasında üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməyənə qədər bu ölkə ilə tammiqyaslı əməkdaşlıqdan çəkinək. Bu öhdəliklərə əməl edilməsi üçün son müddət dekabr ayıdır"- deyə nazir müavini bildirib.
Bununla belə, xarici işlər nazirinin müavini bildirib ki, Gürcüstana İranla münasibətlərdə bir qədər sərbəst məkan lazımdır. Çünki İran mühüm regional iqtisadi tərəfdaşdır.
"Biz amerikalılardan xahiş edirik ki, regionun spesifikasını nəzərə alaraq bizə bir qədər məkan ayırsınlar. Sentyabr ayında Tiflisdə keçirilən qapalı konfransda biz İranla bağlı prosesləri müzakirə etdik. İranın üzərindən sanksiyaların götürülməsi bizim Azərbaycandan aldığımız qazın qiymətini dəyişdirə bilər. Bu, eyni zamanda, bizim tranzit potensialımıza da təsir edəcək. İran tezliklə təcrid vəziyyətindən çıxacaq və bunun həm müsbət, həm də mənfi təsirləri olacaq. Biz də buna hazır olmalıyıq"- deyə Dondua bildirib.
Gürcüstanın energetika naziri Kaxa Kaladze də jurnalistlərə açıqlamasında İrandan qaz alınmasına dair intensiv işlər getdiyini deyib. Kaladze təsdiq edib ki, "Qazprom"la Gürcüstanın qazla təchizatına dair danışıqlar gedir. "Gürcüstanın kommersiya müəssisələri istəsələr "Qazprom"la anlaşıb qaz ala bilərlər"- deyə Kaladze bildirib.
K.Kaladze deyib ki, istənilən inkişaf etmiş ölkə enerji mənbələrini diversifikasiya etməyə çalışır. Gürcüstan da istisna deyil.
"Gürcüstanın qazla təchizatında əsas pay Azərbaycana aiddir. Lakin biz təchizat mənbələrimizi diversifikasiya etməliyik. Bu məqsədlə İran və Rusiya ilə danışıqlar aparırıq"-deyə Kaladze bildirib.
Bəs Gürcüstan İran qazını necə ala bilər? Bu ölkənin İranla birbaşa sərhədi olmadığından, hökmən üçüncü ölkə üzərindən tranzit barədə düşünmək lazım gəlir. Belə ölkə isə ya Azərbaycan, ya Ermənistan ola bilər. Azərbaycanın Gürcüstandakı iqtisadi maraqlarını nəzərə alsaq, birinci variantı ağlabatan hesab etmək olmaz. Digər tərəfdən, bu halda Gürcüstan öz qaz təchizatı marşrutlarını şaxələndirmiş olmazdı. Deməli, mümkün variant Ermənistan ola bilər. Ermənistan çoxdandır İran qazının üçüncü ölkələrə tranzitini həyata keçirmək ideyası üzərində baş sındırır. Bu baxımdan istisna deyil ki, Gürcüstanda İran qazına çıxış barədə müzakirələr apararkən Ermənistan üzərindən tranzit imkanlarını nəzərdən keçirirlər.
Azərbaycan onsuz da qazı Gürcüstana ucuz satır. Gürcüstan milli statistika agentliyi "Geostat"ın məlumatına əsasən 2014-cü ildə Gürcüstan "Şahdəniz-1" yatağından min kubmetri 55 dollardan olmaqla 250 milyon kubmetr, "Şahdəniz-2" yatağından isə min kubmetri 64 dollardan olmaqla 500 milyon kubmetr qaz alıb.
Bundan əlavə, 2008-ci ildə bağlanmış müqaviləyə əsasən, Gürcüstan Azərbaycandan güzəştli qiymətə daha 500 milyon kubmetr qaz alır. Əhali üçün nəzərdə tutulan bu qazın min kubmetrinə görə Gürcüstan 189 dollar ödəyir. Həmçinin 2014-cü ildə Gürcüstan Azərbaycandan kommersiya qiymətinə (min kubmetri 240 dollardan) 400 milyon kubmetr qaz alıb.
Beləliklə, Azərbaycanın Gürcüstana satdığı qazın min kubmetrinin orta qiyməti cəmi 131,25 dollar təşkil edib (Azərbaycan əhalisinə qazın min kubmetri 100 manatdan satılır).
Belə olan halda, Gürcüstan hökumətinin Azərbaycandan daha çox güzəşt qoparmaq niyyəti iki ölkə arasında münasibətlər və Bakının çətin məqamlarda Tiflisə verdiyi dəstək baxımından anlaşılmaz qalır.
Gürcüstan hökumətinin Azərbaycanın güzəştli enerji təminatına rəğmən alternativ axtarışına çıxması ölkəmizi alternativ addımlara sövq edə bilərmi və real vəziyyətdə həmin ölkəyə ucuz satılan qazın qiymətinə dəyişiklik etməyə dəyərmi?
Enerji məsələləri üzrə ekspert İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələ ətrafında bir qədər süni ajiotaj yaradılıb: "Mən hesab etmirəm ki, Gürcüstan hökuməti Azərbaycanın yürütdüyü enerji və tranzit haqları siyasətindən narazıdır. Fikir verin, bu məsələni ən çox qabardan Rusiya mətbuatıdır. Onlar ustalıqla Gürcüstanı Azərbaycandan narazı obrazda təqdim etməyi bacarıblar. Bu ab-hava yersiz söhbətlərin ortaya çıxmasına səbəb oldu. Gürcüstan mediası və rəsmiləri bu məsələdə çox çevik tərpəndilər. Onlar Rusiyanın ucuz qaz sata biləcəyinə etiraz etmədilər. Aydındır ki, Rusiya qaz satışı ilə siyasi məqsədlərini də ustalıqla həyata keçirir. İndiyə qədər praktikada belə hala rast gəlinməyib ki, Rusiya onunla siyasi münasibətləri gərgin olan hansısa ölkəyə qaz satsın. Bu məsələdə siyasi istəklər aydın büruzə verilir. Rusiya bu cür taktika ilə Gürcüstanla Azərbaycanın münasibətlərinə soyuqluq gətirmək istəyir. Gürcüstan da Azərbaycandan aldığı ucuz tarif qiymətlərini gözə soxmaqla Rusiyaya bunun mümkün olmayacağını bildirir.
Gürcüstan üçün bizim variantdan sərfəlisi yoxdur. Mən Gürcüstana satılan qazın qiymətinin artırılmasını istəməzdim. Birincisi, dünyada neft və qazın qiymətlərində artma deyil, enmə müşahidə edilir. İkincisi isə, bu addım bizimlə həmin ölkə arasında siyasi gərginliyə səbəb ola bilər ki, bu da real vəziyyətdə Azərbaycana lazım deyil. Təbiidir ki, Azərbaycan tərəfdən edilən güzəştlərdə müəyyən siyasi məqsədlər də nəzərə alınıb ki, bunu da emosiyaya qapılaraq korlamaq olmaz".
Məhəmmədəli QƏRİBLİ





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ