çərşənbə günü, 25 noyabr 2026
     

Neft bazarında böyük qeyri-müəyyənlik - Azərbaycan üçün də təhlükəli vəziyyət yarana bilər...

Image


Geosiyasi gərginliklər dünya iqtisadiyyatına, o cümlədən də neftin qiymətinə getdikcə daha çox təsir etməkdədir. Prosesdən neftin qiymətinin aşağı olmasında maraqlı olan ABŞ da ciddi əziyyət çəkir. Belə ki, ABŞ-da neft şirkətləri “qara qızıl”ın qiymətlərinin aşağı olması səbəbindən qazma qurğularını dayandırır və işçilərini ixtisar edir.

“The New York Times” yazır ki, son iki ayda neftin qiyməti orta hesabla 60 dollar səviyyəsində qalıb. Nəşr bu azalmanın iki əsas səbəbini göstərir: ABŞ prezidenti Donald Trampın başlatdığı ticarət müharibəsinin qlobal iqtisadiyyata təsiri və OPEC+ ölkələrinin neft hasilatını artırması. Neft nəhəngləri “Chevron” və “ExxonMobil” xərclərini azaltmağı planlaşdırmasalar da, onlarla kiçik şirkət ilkin planlarından əl çəkməyə məcburdur. Qəzetin proqnozuna görə, bu il ABŞ-da neft hasilatı çətin ki, ciddi artım göstərsin, hətta əvvəlki səviyyədə qalsın. Proses Azərbaycanda da xüsusi diqqət mərkəzindədir. Niderlandın ən böyük bank qrupu olan “ING Group”un son yenilənmiş proqnozlarında deyilir ki, neftin orta illik qiymətində hər bir dollar Azərbaycan üçün təxminən ildə 300 milyon ABŞ dolları ixrac gəlirini və 150 milyon ABŞ dolları büdcə daxilolmalarını təmin edir. Bank qlobal iqtisadi çağırışları və neft qiymətlərinin azalmasını nəzərə alaraq bəzi MDB ölkələri üçün proqnozları yenidən nəzərdən keçirib. Hesabata görə, Azərbaycanın 2025-ci ildə neftin orta qiymətinin 5 dollar və 2026-cı ildə 11 dollar azalmasından itkiləri iki il ərzində ÜDM-in 2 %-nə qədər ola bilər. Qazaxıstan üçün oxşar qiymət azalması büdcə kəsirinin və cari hesabın ÜDM-in 0,3-0,6 faiz bəndi artmasına səbəb ola bilər. Neftin qiymətində hər bir dollar ölkəyə ildə 550 milyon ABŞ dolları ixrac gəliri və 150 milyon ABŞ dolları fiskal daxilolmalar gətirir. Məsələ ilə bağlı millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirir ki, yay aylarında dünya üzrə neftə tələbatın artması müşahidə olunur: “Bu, birbaşa iri ölkələrdə, xüsusilə də ABŞ-da səfərlərin sayının çoxalması ilə bağlıdır. Səfərlərin çoxalması avtomobillərin yanacağa olan tələbatını artırır ki, bu da öz növbəsində neftə olan ümumi tələbin yüksəlməsinə səbəb olur. ABŞ isə dünya neft tələbat baxımından aparıcı ölkələrdən biri olduğu üçün bu, prosesə birbaşa təsir göstərir”. Deputat qeyd edib ki, bu fonda OPEC+ tələbat və təklif balansına uyğun şəkildə hasilat kvotalarına yenidən baxır və dəyişikliklər edir: “Təbii ki, hasilatın artırılması neft qiymətlərinə təsir göstərən əsas faktorlardan biridir. Lakin OPEC+ çalışır ki, təklifi elə tənzimləsin ki, qiymət çərçivəsindən kənara çıxmasın. Bu baxımdan, hasilatın artmasının qiymətlərə təsiri birbaşa tələbatın dəyişməsindən asılı olacaq”. Ekspert əlavə edib ki, 2025-ci ildə neftin dünya bazar qiymətinin yüksək olacağı proqnozlaşdırılmır: “Ötən beş ay ərzində də neftin qiymətində azalmalar müşahidə etdik. Bu kontekstdə neft bazarı ilə bağlı proqnozlar qiymət artımı istiqamətində olmasa da, sabit tələbat mövcuddur. Bu da “Brent” markalı neftin qiymətinin orta hesabla 65 dollar ətrafında dəyişməsinə səbəb olacaq”. Vüqar Bayramov onu da vurğulayıb ki, neft bazarı eyni zamanda siyasi faktorlarla tənzimlənir: “Əgər siyasi müdaxilələr artsa, bu, neftin qiymətində əlavə enişlərə səbəb ola bilər. Amma hələlik tələb və təklif balansına baxdıqda, bazarın verdiyi mesaj odur ki, mövcud tarazlıq 65 dollar ətrafında formalaşıb”. Deputat Azərbaycanın neft ölkəsi kimi optimal qiymətlərdə maraqlı olduğunu da qeyd edib: “Neft ixrac edən ölkələr üçün optimal qiymət təxminən 70 dollar səviyyəsində nəzərdə tutulur. Azərbaycanın dövlət büdcəsində də neftin qiyməti 70 dollar olaraq götürülüb. Bu baxımdan bizim üçün illik orta qiymətin 70 dollar ətrafında olması daha məqsədəuyğundur. Hazırda neftin qiymətinin nisbətən aşağı olması Azərbaycan iqtisadiyyatına ciddi təsir etmir. Lakin istənilən halda, neft gəlirləri və neftin qiyməti ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir”.

Bu durumda bəzi OPEC+ rəsmiləri açıqlayıblar ki, qurum tərəfindən gündəlik neftin 411 min barrel artırılması Səudiyyə Ərəbistanının son aylarda hasilatı geridə qoyan Qazaxıstan və İraq kimi kvotalarından artıq hasil edən ölkələri “cəzalandırmaq” cəhdidir. Bu arada, Rusiya, Əlcəzair və Oman kimi ölkələr həddən artıq tədarüklə bağlı narahatlıqlar fonunda hasilatın artırılmasını dayandırmaq istəyir. Avqust hasilatının gələcəyini müəyyən etmək üçün növbəti OPEC+ iclası iyulun 6-da keçiriləcək. Bu, qlobal neft qiymətlərinə böyük təsir göstərə biləcək böyük hadisə ola bilər. Neft qiymətlərinə tələb və təkliflə yanaşı, geosiyasi gərginliyin artması kimi bir sıra amillər də təsir edir. Məsələn, bu günlərdə Ukrayna Rusiya ərazisinin dərinliklərində bir sıra cəsarətli hücumlar həyata keçirərək, Sibirə qədər strateji hava bazalarına hücum etmək üçün yük maşınlarında gizlədilmiş dronlardan istifadə edib. Buna cavab olaraq Moskva paytaxt Kiyevə bir neçə saatlıq pilotsuz təyyarə və raket hücumu həyata keçirib. Analitiklər deyirlər ki, cavab tədbirləri dünyanın ikinci ən böyük neft ixracatçısı olan Rusiyadan neft hasilatını və nəqlini dayandıra bilər . Gərgin müharibə təkcə hasilatla bağlı narahatlıqları artırmır, həm də neft bazarının həmişə çox həssas olduğu geosiyasi risk hallarını artırır. Yaxın Şərqdə İranla gərginlik də neft bazarını sarsıdıb. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın zənginləşdirilmiş uran ehtiyatının nüvə silahı istehsal etmək üçün lazım olan həddi aşaraq rekord həddə çatdığını göstərən hesabat yayıb. İran dərhal hesabatı pisləyərək, bunun siyasi motivli olduğunu və reallığı əks etdirmədiyini bildirib. Bu inkişafın ABŞ və İran arasında nüvə danışıqlarını daha da ləngitməsi gözlənilir, yəni İran neftinin ixracına qarşı sanksiyaların tezliklə aradan qaldırılması ehtimalı azdır. İran qlobal neft bazarına qayıda bilməsə, xüsusilə OPEC+-ın digər üzvlərinin hasilatın artımını məhdudlaşdırması kontekstində qlobal təchizat daralmağa davam edəcək. Neftin bahalaşmasına təkcə OPEC+ və geosiyasət deyil, həm də təbii fəlakətlər səbəb olur. Ölkənin neft qumları istehsalının böyük hissəsinin yerləşdiyi Kanadanın Alberta əyalətində baş verən meşə yanğınları bir çox neft və qaz yataqlarında hasilatı müvəqqəti olaraq dayandırıb. “Reuters”in hesablamalarına görə, gündə 344000 bareldən çox neft və ya Kanadanın xam neft hasilatının təxminən 7%-i təsirə məruz qalıb. Dünyanın dördüncü ən böyük neft istehsalçısı olaraq, orada hər hansı bir pozulma sürətlə qlobal bazarlarda əks-səda verir. Bundan əlavə, neft qiymətlərinə bazar əhval-ruhiyyəsi və texniki göstəricilər də təsir edir. Bununla belə, investorlar çox optimist ola bilməzlər. Neft qiymətləri 2025-ci ilin əvvəlindən bəri hələ də təxminən 15% ucuzlaşıb. Bu, əsasən dünyanın iki ən böyük enerji istehlak edən iqtisadiyyatı olan ABŞ və Çin arasında davam edən ticarət müharibəsinin nəticələrinə görədir. Cavab tarifləri idxal və istehsala tələbi zəiflədir və qlobal enerji istehlakı ilə bağlı narahatlıqlara səbəb olur. İndi bütün diqqətlər iyul ayında keçiriləcək OPEC+ görüşündədir, burada investorlar istehsal strategiyasının hər bir əlamətini və geosiyasi dalğalanmalara reaksiyaları yaxından izləməyə davam edəcəklər. Bu arada, neft idxalından asılı olan istehlakçıların, neft emalı müəssisələrinin və iqtisadiyyatların qeyri-sabit yaya hazırlaşmaqdan başqa seçimi yoxdur.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ