çərşənbə günü, 25 noyabr 2026
     

38 ədəd SES ekoloji tarazlığa böyük təsir edəcək

Image


Müasir dövrdə iqlimin getdikcə istiləşməsi, səhralaşma prosesinin zaman ötdükcə daha geniş əraziləri əhatə etməsi, bioloji müxtəlifliyin kəskin azalması, ətraf mühitin çirklənməsi ilə əlaqədar müxtəlif xəstəliklərin geniş yayılması bəşəriyyəti narahat edən ən qlobal ekoloji problemlərdir.

İllər keçdikcə sadalanan bu problemlərin həlli üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi daha da aktuallaşır.

Ekoloji problemlərin həll olunması vacibdir

1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilən beynəlxalq konfransda dünyanın gələcək inkişafının, ilk növbədə, ekoloji problemlərin aradan qaldırılmasından asılı olacağı qeyd edilib. Bu toplantıda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilib və mühüm qərarlar, o cümlədən artıq bütün beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilən “Dayanıqlı inkişaf konsepsiyası” qəbul edilib. Adıçəkilən konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, burada üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ilk növbədə, ekoloji problemlərin həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön xəttə çəkilib. Buna nail olmaq üçün iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunması diqqətdə saxlanılıb. Azərbaycanda “Dayanıqlı inkişaf konsepsiyası”nın prinsiplərindən irəli gələn mədələlərin gerçəkləşdirilməsi, iqlim dəyişikliyi ilə əlaqədar layihələrin reallaşdırılması ötən illər ərzində daim diqqətdə saxlanılıb. Bununla bağlı respublika Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanının 19-cu bəndinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram” hazırlanıb və 2003-cü il fevralın 18-də qəbul edilib. Azərbaycanda əvvəllər havanı, suyu və torpağı ciddi çirkləndirən mənbələr, xüsusilə Sumqayıt və Bakıda yerləşən yanacaq-energetika və neft-kimya komplekslərində köhnəlmiş texnologiyaların yenilənməsinə başlanılıb, qəza nəticəsində tez-tez dayanmalar aradan qaldırılıb, ətraf mühitin yaxşılaşdırılması məqsədilə çirkləndirici maddələr istehsalının qarşısı alınıb. Müasir texnologiyaların tətbiqi hesabına yüksək keyfiyyətli sənaye məhsulu istehsalına nail olunub.

Azad rayonlarda Su Elektrik Stansiyalarının sayı 38-ə çatdırılacaq

Ekologiya və ətraf mühitin qorunması çərçivəsində Azərbaycan işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” layihələrinin miqyasını genişləndirir. Bu layihələr çərçivəsində Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün yarımstansiya tikilir. Paralel olaraq “Nobel Energy” şirkəti tərəfindən 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə də start verilib. Yaxın vaxtlarda azad olunmuş ərazilərdə daha 6 kiçik su elektrik stansiyasının (SES) tikintisinə başlanılacaq. Onlardan biri, Sərsəng su anbarı üzərində yerləşən hidroelektrik stansiyadır. Nominal gücü 50 MVt olan bu stansiya hazırda 5-6 MVt rejimində fəaliyyət göstərir. Digər stansiyalar isə əsasən Muxtarçay və Oxçuçay kimi dağ çayları üzərində inşa edilir. Ümumilikdə, azad olunmuş ərazilərdə gücü 276,6 MVt olan 34 KSES istismar olunur. Beləliklə, yeni layihələrinin başa çatması ilə onların sayı 38-ə gücü isə 307 MVt-ə çatdırılıb. O da məlum olub ki, KSES-də faydalı iş əmsalı maksimum 60%, minimum isə 30% təşkil edir. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 500 MVt-a yaxın hidroenerji və 300-400 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur. O da məlum olub ki, Xudafərin və Qız Qalası Su Elektrik Stansiyaları da daxil olmaqla, bölgənin ümumi “yaşıl enerji” potensialı 1 000 MVt-dan artıq qiymətləndirilir. Bu isə 2040-cı ilə qədər regionun enerji tələbatının tam şəkildə bərpa olunan enerji mənbələri hesabına ödənməsinə imkan yaradacaq.

Bütövlükdə, azad olunmuş ərazilərdə bu kimi “yaşıl enerji” layihələrinin həyata keçirilməsi ətraf mühütün mühafizəsində nə kimi rol oynayır?

Belə layihələr həm ekoloji, həm də iqtisadi baxımdan sərfəlidir

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, işğaldan azad edilən ərazilərdə “yaşıl enerji” layihələrinin həyata keçirilməsinin çoxsaylı faydaları olacaq: “Bu, həm ekoloji baxımdan, həm də iqtisadi səmərəlilik baxımından əhəmiyyəti böyük olacaq layihələrdir. Birincisi, bunun sayəsində atmosferə atılacaq zərərli tullantılar azalacaq. İkincisi, əvvəl əgər əsasən istilik elektrik stansiyaları hesabına elektrik enerjisi istehsal olunurdusa, getdikcə su, külək və günəş hesabına əldə edilən enerji artacaq. Bu da qaza qənaət etməyə və bunu ixraca yönəltməyə şərait yaradacaq. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti və quruculuq işlərinin önündə buradakı yeni su elektrik stansiyalarının yaradılması gəlir. Həm Qarabağ, həm də Şərqi Zəngəzurun bol sulu çayları belə stansiyaların qurulması üçün əlverişlidir. Təkcə ötən il burada “AzərEnerji” ASC-nin quraşdırdığı 32 su elektrik stansiyasından 550 milyon kilovat saatadək ekoloji cəhətdən təmiz yaşıl enerji istehsal olunub. Həmin enerjinin üçdə biri, yəni 200 milyon kilovat saata yaxını işğaldan azad edilən ərazilərin enerji tələbatını təmin edib. Qalan hissəsi isə ölkəmizin enerji sisteminə ötürülərək digər rayonların tələbatına yönləndirilib. Nəticədə, 120 milyon kubmetr təbii qaza qənaət edilib, 225 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Göründüyü kimi, Azərbaycanda “yaşıl enerji” layihələri uğurla həyata keçirilir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Tehrandan Vaşinqtona 7 maddəlik ultimatum – şərtlər qəbul edilməsə, müharibə genişlənəcək...

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ