çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Azərbaycanla Avropanın arasında "2 milyard avro, 3 il vaxt"... Bolqarıstan da qoşulsa...

Image


Bu günlərdə Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms arasında keçirlən görüşdə Almaniyanın enerji sahəsində diversifikasiya, rəqabət qabiliyyətli qiymətlərin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi siyasəti, eləcə də Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi istiqamətində həyata keçirdiyi kurs çərçivəsində tərəfdaşlığa dair müzakirələr aparılıb.

Alman şirkətlərinin Azərbaycanda təxminən 20 layihə üzrə əməkdaşlıq planlarının olduğu, bunların bir qisminin enerji sahəsini əhatə etdiyi qeyd olunub. Kiçik miqyaslı bərpaolunan enerji layihələri, enerji səmərəliliyi, enerji tələbatının idarə olunması istiqamətləri ilə yanaşı, dənizdə külək enerjisinin inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və yaşıl enerji tədarükü üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bildirilib ki, hazırda Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “Yaşıl Enerji Dəhlizi” ilə elektrik enerjisindən əlavə, növbəti mərhələdə “yaşıl hidrogen”in nəqli də nəzərdə tutulur. Bu dəhlizlə ixrac olunacaq həcmlər gələcəkdə Almaniyanın enerji tələbatını qarşılamaq üçün də istifadə oluna bilər.

Söhbət zamanı hazırda icra olunan digər yaşıl enerji interkonnektorları, dünyada “yaşıl texnologiyalar” və hidrogen sənayesinin inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə indi Avropada böyük ümidlə yanaşırlar. Bu strateji enerji layihəsi təkcə Azərbaycanın bərpa olunan enerji potensialının inkişafını nəzərdə tutmur, eyni zamanda Avropanın enerji təhlükəsizliyinə və yaşıl enerji keçidinə mühüm töhfə verir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaradılan enerji dəhlizi Avropa İttifaqının enerji strategiyası ilə üst-üstə düşərək, Avropanın enerji təchizatında diversifikasiyanı təmin etməyə və Rusiyadan asılılığı azaltmağa imkan verəcək. Bundan əlavə, bu layihə Bolqarıstanın da daxil edilməsi ilə regional əməkdaşlığın genişlənməsinə şərait yaradır. Bolqarıstanın enerji layihəsinə qoşulması onun Aİ-nin enerji şəbəkəsinə inteqrasiyasını gücləndirəcək və yaşıl enerji tədarük zəncirini daha da möhkəmləndirəcək. Macarıstanın MVM şirkətinin rəhbəri Karoli Matrai bildirir ki, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” qlobal xarakter daşıyan enerji nəqli layihəsidir: “Bu layihənin texniki-iqtisadi əsaslandırılması cari ilin üçüncü rübündə hazır olacaq”. O bildirib ki, texniki-iqtisadi əsaslandırma ilə bağlı sənədi CESI şirkəti hazırlayır: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin reallaşması üçün 2 milyard avro sərmayə lazım olacaq. Layihə region ölkələri ilə yanaşı Şərqi və Mərkəzi Avropa dövlətləri üçün də səmərəlidir. Bu layihə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək. Layihə çərçivəsində tikinti işləri 3 il davam edə bilər. Dünyanın bir sıra regionlarında bənzər layihələr həyata keçirilib”. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, respublikamızın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Yaşıl enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir. Bu göstəricilər xarici strateji investorların Azərbaycanın enerji bazarı üçün maraqlı olmasını deməyə əsas verir. Hazırda ölkəmizdə alternativ enerji strategiyasının uğurla icra olunmasına başlanılıb ki, bu da Azərbaycanın bərpa olunan enerji mənbələri potensialını maksimum dərəcədə reallaşdırmaq və regionda yaşıl enerjinin aparıcı istehsalçılarından birinə çevrilmək məqsədini daşıyır. Bu strategiya həm ekoloji dayanıqlılığı təmin etmək, həm də enerji təhlükəsizliyini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Macarıstanın “Con Lukacs” İnstitutunun Strateji Proqnozlar Proqramının rəhbəri Demko Attila qeyd edir ki, “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyi və yaşıl keçid baxımından strateji əhəmiyyətə malikdir:

“Yaşıl enerji bütün Avropa qitəsi üçün strateji zərurətdir. Qlobal enerji mənzərəsi dayanıqlılığa doğru irəlilədikcə, Azərbaycan Avropaya yaşıl enerjinin əsas təchizatçısına çevrilməyə hazırdır. Qara dəniz, Rumıniya və Macarıstandan keçən enerji dəhlizi ilə Azərbaycanın geniş bərpa olunan enerji potensialı qitənin enerji təhlükəsizliyinə və diversifikasiyasına əhəmiyyətli dərəcədə töhfə verə bilər. Rusiya enerjisindən asılılığın azaldılması Avropa üçün kritik məqsəd olaraq qalır, lakin əsl enerji təhlükəsizliyi balanslaşdırılmış və şaxələndirilmiş yanaşma tələb edir - bu, yalnız ABŞ də daxil olmaqla hər hansı təchizatçıya güvənməyən yanaşmadır. Bu kontekstdə Azərbaycan təkcə bərpa olunan enerji həllərini deyil, həm də təbii qaz və neft kimi ənənəvi enerji resurslarına davamlı çıxış təklif edən həyati strateji tərəfdaş kimi çıxış edir. Azərbaycanla enerji əlaqələrini gücləndirməklə Avropa dayanıqlığını artıra, iqtisadi əməkdaşlığı inkişaf etdirə və daha davamlı və təhlükəsiz enerji gələcəyinə keçidi sürətləndirə bilər”. Azərbaycanın “yaşıl hidrogen” potensialı da Avropanın diqqətini getdikcə daha çox özünə cəlb edir. Kainatın əsas enerji mənbəyi olan hidrogen iqlim böhranı ilə effektiv mübarizədə və davamlı inkişafı dəstəkləməkdə mühüm rol oynayır. O, bu gün karbonsuzlaşmaya doğru ən böyük addımlardan biri kimi görünür. Hətta gələcəyin enerji təchizatı ssenariləri arasında əsas yer tutan hidrogen enerjisi bu gün ölkələrin davamlı inkişaf layihələrinin əsas komponentləri sırasındadır. “Yaşıl hidrogen” ekoloji cəhətdən ən təmiz hidrogen növüdür. Bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisindən istifadə edilərək suyun elektroliz yolu ilə parçalanmasından alınır. Hidrogen qazı əsasən kimya sənayesi, o cümlədən xam neft emalı, ammonyak sintezi, metanol istehsalının xammalı, həmçinin yanacaq kimi də istifadə edilir və yandırıldıqda 1000 dərəcədən çox istilik yarada bilər. Bundan əlavə, hidrogenin yanacaq elementləri vasitəsilə oksigenlə kimyəvi reaksiyasından elektrik enerjisi və su alınır. “Yaşıl hidrogen”in istehsalı digər növlərlə müqayisədə baha başa gəlir. Bununla belə, gələcəkdə elektrolizatorların dəyərinin azalması “yaşıl hidrogen”in istehsal xərclərinin də aşağı düşməsinə səbəb olacaq. Hidrogenin istehsalı və istifadəsi, Azərbaycanın təmiz ətraf mühitə malik yaşıl artım ölkəsi kimi inkişafı, eləcə də azad edilmiş ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas prioritetdir. Ölkəmizin əsas iqtisadi inkişaf strategiyası təkcə hidrogenin istehsalı və istifadəsini deyil, həm də istehsal və ixrac imkanlarının öyrənilməsini özündə ehtiva edir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ