çərşənbə günü, 28 oktyabr 2026
     

Yuan dolları sıxışdırır

Image


Dünya maliyyə bazarlarında son dövrlərdə dolların mövqeyinin zəifləməsi müşahidə olunmaqdadır. Bu vəziyyət isə maliyyə ehtiyatlarında dollar payı olan ölkələr üçün əlavə problemlər yaradır. Elə bu səbəbdən son dövrlərdə bir çox dünya ölkələri maliyyə ehtiyatlarında dolların payını azaltmaqda, onu başqa valyuta ilə əvəzləməkdədir. Hazırda bir sıra ölkələrin mərkəzi bankları əsas etibarı ilə qızıl alışına daha çox diqqət yetirir.
Lakin bir sıra digər valyutalara, o cümlədən Çin yuanına da böyük maraq müşahidə olunur.
Məhz belə bir vaxtda, SWIFT hesab sisteminin göstəricilərinə görə, Çin yuanı 2015-ci ilin mart ayında beynəlxalq hesablaşmalarda ən çox istifadə olunan dünya valyutaları arasında 5-ci yeri tutub. Qeyd edək ki, yuan fevral ayında 7-ci yerdə qərarlaşmışdı. İqtisadçıların fikrincə, bu geriləmə Çində ay təqvimi ilə bir həftə qeyd edilən Yeni il bayramı ərzində əməliyyatların sayının azalması ilə əlaqədar idi. Keçən ay Çin valyutasından istifadə olunmaqla həyata keçirilən köçürmələrin payı 2,03 faiz olub. Halbuki, bu göstəricilər fevral ayında 1,81 faiz təşkil etmişdi. Keçən ilin sonlarda isə yuan beynəlxalq hesablaşmalarda ən çox istifadə olunan dünya valyutaları arasında Kanada və Avstraliya dollarlarını qabaqlayaraq 5-ci yerə yüksəlmişdi. Yuandan istifadə edilən ödəmələrdə 2,17 faizlik rekord göstərici isə 2014-cü ilin dekabr ayında qeydə alınmışdı. Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertləri hesab edir ki, bu gedişlə yuan rəsmi ehtiyat valyutası elan edilə bilər. Hazırda BVF-nin valyuta səbəti ABŞ dolları, avro, yen və funt sterlinqdən təşkil edilib. Lakin yuanın da bura daxil edilməsi istisnalıq təşkil etmir. Bütün bunlar dünyada yuana marağı əhəmiyyətli dərəcədə artırır. Azərbaycan da valyuta ehtiyatlarının tərkibinə yuan daxil edilməsinə maraq göstərən tərəflərdən biri kimi çıxış edir. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov qeyd edir ki, iyun ayında Azərbaycanın Çin yuanına 500 milyon dollar yatırması ilə bağlı müqavilə imzalanacaq. Onun sözlərinə görə, hazırda qiymətli kağızların seçilməsi prosesi gedir: "Çin yuanı ilə bağlı uzun bir proses getdi. Bu proses artıq tamamlandı. Neft Fonduna 500 milyon dollar civarında kvota verildi. Biz artıq yuana investisiyalar üzrə müqaviləni imzalamışıq. Bir ay ərzində biz məlumat verəcəyik. İndi qiymətli kağızlar seçilir. Sonra alışlara başlayacağıq. Bu birinci mərhələ idi. Eyni zamanda, birinci mərhələdə Çin yuanında istiqrazlara investisiyalara başlayırıq". Ş.Mövsümov qeyd edib ki, ikinci mərhələdə Çin yuanında səhmlər bazarına da sərmayə qoymağa başlanacaq: "Bunun üçün yenə də müvafiq prosesdən keçmək lazımdır. Növbəti ay ərzində Azərbaycan hökuməti ilə Çin hökuməti arasında memorandum imzalanmalıdır ki, biz səhm bazarına çıxış əldə edə bilək".
Beləliklə, Azərbaycanın valyuta portfelinə Çin yuanı daxil etmək istəkləri reallaşır. Bu arada Avropa Mərkəzi Bankının proqnozlarına görə, yaxın illərdə Çin yuanına tələbat kəskin artacaq. Yuanın hətta ABŞ dollarını yaxın tezlikdə əhəmiyyətli dərəcədə sıxışdıracağı da proqnozlaşdırılır. Yuanın dolları sıxışdıracağı proqnozu dünya ölkələrinin öz valyuta ehtiyatları strukturuna dəyişiklik etməsini gündəmə gətirə bilər. Bütün bunlar fonunda ölkəmizin Çin yuanına yatırımları məqbul sayılır. Xatırladaq ki, Azərbaycanın valyuta ehtiyatının yarı hissəsi ABŞ dolları, 40% avro, qalan hissəsi isə daşınmaz əmlak, qızıl, lirə, rubl, funt-sterlinq və digər valyutada saxlanır. Amma valyuta ehtiyatlarının strukturunu diversifikasiya etmək dünya maliyyə bazarlarında baş verən son proseslər fonunda vacib sayılır.
Lakin bu valyutanın müəyyən problemləri olduğundan, yuana maraq həm də risqli sayılır. Söhbət ondan gedir ki, Çin ixraca meylli ölkədir. İxraca meylli ölkələrdə isə valyutanın dəyərdən düşməsinə maraq daha böyük olur. Yəni ayrı-ayrı ölkələr çalışır ki, ixraca meylli ölkənin valyutası dəyərdən düşsün və nəticədə həmin ölkələrin daha çox ixrac həyata keçirməsi imkanı yaransın. Ona görə də bu qəbildən olan məqamların nəzərə alınması vacib sayılır. Lakin ekspertlər onunla razıdır ki, Dövlət Neft Fondunun rezervlərinin müxtəlif valyutalarda saxlanması risqlərin idarə olunması baxımından müsbət haldır. Çünki bu addım imkan verir ki, bir valyutanın dəyəri aşağı düşəndə avtomatik olaraq digər dönərli valyutanın dəyərində artımlar hesabına zərər kompensasiya olunsun. Bu da birmənalı şəkildə risqlərdən sığortalanmağa imkan verir. Hələlik isə, iqtisadçı ekspertlərin apardığı araşdırmalara görə, Çin yuanının mövqeyi getdikcə daha da güclənəcək.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ