Cümə axşamı günü, 29 oktyabr 2026
     

Prezident Azərbaycan üçün "ixrac yönümlü iqtisadiyyat" kursu təklif etdi

Image


Əli Əlirzayev: "Ölkənin ixrac imkanları bilavasitə həmin ölkənin malik olduğu və kəşf edilib mənimsənilmiş təbii resurslarının həcmi və təbii şəraitdən asılıdır"

"Qarşıya qoyulan məqsədin Azərbaycan üçün böyük faydası olar"

Məlum olduğu kimi, yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edərək bir sıra sahələrin təhlilinə dair geniş nitq söyləyib. Prezident Azərbaycanın son illər ərzində əldə etdiyi uğurlara geniş toxunub:
"...Biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Baxmayaraq, bir daha demək istəyirəm ki, ətrafda gedən xoşagəlməz proseslər mənzərəni tam dəyişmişdir. İstisna edilmir ki, gələcək illərdə bölgədə gərginlik daha da artacaq. Çünki bu vaxta qədər görmədiyimiz təhlükələr meydana çıxır. İstisna olunmur ki, böhranla, iqtisadi, maliyyə böhranı ilə bağlı bizi qarşıda daha da böyük sınaqlar gözləyə bilər. Ancaq biz bütün bu çağırışlara hazır olmalıyıq və hazırıq. Çünki vaxtında bütün tədbirləri görmüşük, heç vaxt populist bəyanatlarla çıxış etməmişik, heç vaxt xaricdə yerləşən hansısa quruma xoşa gəlmək üçün addımlar atmamışıq. Ancaq praqmatik siyasət aparmışıq, Azərbaycan xalqının maraqlarını qorumuşuq və ölkəmizi inamla idarə etmişik. Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq".
Prezident dünyanı əhatə edən iqtisadi böhranın fəsadlarından sığortalanmaq üçün bir sıra tövsiyələrini də verdi:
"... İnfrastruktur layihələrinin arasında meliorasiya layihələri də böyük önəm daşıyır. Biz bu layihələrin icrasını təmin etmişik. İki nəhəng meqalayihəni icra etmişik - Şəmkirçay və Taxtakörpü su anbarları, kanallar, elektrik stansiyaları. Bu da Azərbaycana bundan sonra xidmət edəcək. Yəni onilliklər, yüzilliklər bundan sonra bu anbarlar, çəkilən bu kanallar kənd təsərrüfatının inkişafına xidmət edəcək. Eyni zamanda, suların idarə edilməsi məsələlərinin həllində də bu layihələrin böyük əhəmiyyəti var. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq biz bunu etmişik. Bir daha demək istəyirəm ki, infrastruktura, real sektora vəsait qoyulmalıdır. Eyni zamanda, qeyd etdiyim kimi, ehtiyatlar da yığılmalıdır. İxrac yönümlü istehsalı daha da artırmalıyıq.
Bu illər ərzində biz həm ehtiyatlarımızı artırmışıq, həm də investisiya qoymuşuq. Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur. Mən hələ enerji layihələrini qeyd etmirəm..."
Prezidentin verdiyi tapşırıqların içində ixrac yönümlü iqtisadiyyatın artırılmasının zəruriliyi məsələsi də xüsusi yer tutur. Bu zərurət nədən doğur və hansı nəticələri verə bilər?
İqtisadçı Əli Əlirzayev bu amilin istənilən ölkə üçün zəruri olduğunu vurğuladı. Onun sözlərinə görə, ixrac potensialı, ölkənin iqtisadi potensialının bir hissəsi olmaqla, xalq təsərrüfatı və onun ayn-ayrı sahələrinin istehsal vasitələrindən xarici bazar istehlakçılarının tələblərinə müvafiq miqdarda və keyfiyyətdə müxtəlif növ məhsulları ixrac etmək qabiliyyəti anlamına gəlir:
"İxrac potensialını təhlil edərkən nəzərə alınmalı mühüm amillər var. Bunlar - keyfiyyət, dünya bazar standartlarına və qiymətlərinə uyğunluqdur. Məhsulun daxili bazarda qiyməti bu məhsulun beynəlxalq bazardakı qiymətindən aşağıdırsa, deməli, ixrac potensialı mövcuddur. Bu baxımdan da məhsullarının ixrac potensialını qiymətləndirərkən qiymətlər müqayisə edilməli və baxılan məhsulun beynəlxalq qiymətlərə mənfəətlə satıla bilməsi müəyyən edilməlidir.
İxrac potensialının daxili məzmunu və mürəkkəb quruluşu çoxlu sayda müxtəlif amillərin təsiri altında formalaşır. Bu amillərə elmi-texniki tərəqqi, istehsal fondlarından istifadənin yaxşılaşdırılması, işçi qüvvəsinin təkmilləşdirilməsi, istehsal vasitələrinin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq iqtisadi inteqrasiyanın inkişafı və bir çox başqaları daxil edilir. Bu amillərin hər birinin ixrac potensialına təsiri əhəmiyyətli dərəcədə fərqlənir. Onu da qeyd etmək lazımdır ki, onların hər biri ilkin olaraq bütövlükdə ixrac potensialına deyil, onu təşkil edən ayrı-ayrı elementlərinə təsir edir.
İxrac potensialının formalaşması və inkişafını müəyyən edən əsas amillərdən biri də ölkədə təbii resursların mövcudluğu və onlardan istifadə səviyyəsidir. Təbii resursların mövcudluğu və onların mənimsənilməsi səviyyəsi ölkənin məhsuldar qüvvələrinin, xüsusilə də maddi istehsal vasitələri əsasında ixrac potensialının inkişafını şərtləndirir. Buna görə də bu və ya digər ölkənin ixrac imkanları bilavasitə həmin ölkənin malik olduğu və kəşf edilib mənimsənilmiş təbii resurslarının həcmi və təbii şəraitdən asılıdır.
İxrac potensialının tərkib elementlərindən biri də bir sıra kəmiyyət və keyfiyyət göstəriciləri sistemi ilə şərtlənən əmək resurslarıdır. Buraya elmi kadrlar, sənayenin ayrı-ayrı sahələrində çalışan işçilər, məhsulların ixracı və xarici bazarda reallaşdırılması ilə əlaqədar təşkilati və idarəetmə işləri üzrə fəaliyyət göstərən şəxslər aiddir. Prezident qarşıya ölkəmiz üçün olduqca faydalı iqtisadi strategiya qoyub. Mən prosesin sırf elmi tərəfinə toxundum. Bütün bu parametrlər nəzərə alınarsa, qarşıya qoyulan məqsədin Azərbaycan üçün böyük faydası olar".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ