Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycanla Rusiya arasında bank əməliyyatları çətinləşəcək

Image


Şimal qonşumuzla Azərbaycan bankları arasında maliyyə əməliyyatları, informasiya mübadiləsi yaxın tezlikdə əhəmiyyətli dərəcədə çətinləşə bilər. Buna əsas səbəb Qərbin Rusiyanı SWIFT maliyyə sistemindən (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) kənarlaşdırmaq niyyətinin tədricən reallığa çevrilməsidir.
Moskvanın bu sistemdən çıxarılması onun digər ölkələr, o cümlədən Azərbaycanda bank əməliyyatları mübadiləsi üçün ciddi problem yarada biləcəyindən, Kreml məsələyə kifayət qədər həssas yanaşır. Xatırladaq ki, Rusiyanın SWIFT maliyyə sistemindən çıxarılması ötən ildən gündəmdədir. Sadəcə, indiki vəziyyətdə Kremlin Ukraynada işğal əməliyyatlarını genişləndirməsi məsələni yenidən aktuallaşdırıb.
Hələ ötən ilin avqustunda Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasına nail olmağa çalışıb. Daha sonra Avropa Parlamentinin üzvləri bu çağırışla çıxış edib. Həmçinin amerikalı senatorlar Maliyyə Nazirliyinə bu barədə müraciət edib. Qeyd edək ki, Avropa Birliyinin (AB) xarici işlər nazirlərinin yanvarın 29-da keçiriləcək toplantısında Rusiyaya qarşı yeni sanksiyalar müzakirə ediləcək və fevralın 12-də AB-nin sammitində sanksiyalar qəbul oluna bilər. Bundan sonra isə növbəti addım olaraq Rusiyanın SWIFT maliyyə sistemindən kənarlaşdırılması gündəmə gələ bilər. AB Rusiyaya qarşı yeni sanksiyaları tətbiq edəcəyi halda SWIFT Rusiya banklarına xidmət göstərməyi dayandıracaq. SWIFT-dən bildirilib ki, bunun üçün beynəlxalq qərarlar qurumun fəaliyyəti üçün əsas təşkil edir. Ekspertlər isə qeyd edir ki, hər hansısa ölkənin sözügedən sistemə girişi bağlanarsa, onun iqtisadiyyatını çökdürmək olar. ABŞ Dövlət Administrasiyası da Rusiyanın SWIFT sistemindən kənarlaşdırılacağına ümid edir. Dövlət Administrasiyasındakı mənbə bu xüsusda bildirib: "ABŞ Ukrayna məsələsində əvvəlki kimi diplomatik həllə üstünlük verir. Amma bu variant hələ lazımlı effekt verməyib. Başqa yola gəlincə, bizim Rusiyaya təsir imkanlarımız hələ bitməyib". Mənbə Rusiyanın SWIFT sistemindən kənarlaşdırılmasının bu ölkə üçün çox ağrılı olacağını deyib.
SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz. Bundan əvvəl Qərb İrana qarşı bu cür sanksiya tətbiq edib və nəticədə İranın beynəlxalq maliyyə əməliyyatları həyata keçirmək imkanı ciddi şəkildə məhdudlaşdırılıb. Həmin sanksiyanın nəticəsində İran satdığı neftin pulunu ala bilmirdi və məcbur olub nefti ya külçə qızıla, yaxud aşağı qiymətə digər vasitəçilərə satırdı. İran banklarının SWIFT sisteminə girişinin məhdudlaşdırılması bu ölkəni on milyardlarla dollar ziyana saldı və iqtisadiyyatına böyük zərbə vurdu. İndi Rusiyaya qarşı analoji sanksiyaların tətbiqi bu ölkənin iqtisadiyyatına ağır zərbə sayılır.
Rusiya mətbuatı yazır ki, Qərb bu addıma getsə, o zaman Rusiya ilə Qərb arasında qarşıdurma əsl müharibəyə keçə bilər. Bu günlərdə "Vneştorqbank"ın idarə heyətinin sədri Andrey Kostin Davos Forumunda bildirib ki, Rusiya banklarının SWIFT sistemindən çıxarılması ABŞ-la Rusiya arasında münasibətlərin tamamilə kəsilməsi deməkdir: "Mənim fikrimcə, bu cür sanksiyaların tətbiqi müharibə demək olacaq". Xatırladaq ki, hər gün SWIFT sistemi üzərindən 6 trilyon dollardan yuxarı ödəmələr və köçürmələr həyata keçirilir, bu əməliyyatda 210 ölkədən 10 mindən çox bank iştirak edir. Rusiyadan sistemin 600-dən çox iştirakçısı var. Bura "Bank Rossiya" və iri banklar daxildir.
Məsələyə münasibət bildirən Rusiyanın baş naziri Dmitri Medvedyev Ukrayna böhranı səbəbilə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyi və SWIFT sistemindən çıxarılacağı ilə bağlı qeyd edib ki, ölkəsinin Rusiyanın beynəlxalq banklarla inteqrasiyasını təmin edən SWIFT sistemindən çıxarılması vəziyyətində cavab çox ağır olacaq: "Biz baş verən hadisələri təqib edirik. Bu istiqamətdə bir qərar verilərsə, bizim iqtisadi və digər sahələrdə cavabımız sərhədsiz olar. "Rusiyanın SWIFT maliyyə sistemindən kənarlaşdırılması barədə düşünməyə başlayıblar. Yaşayaq, görək nə olacaq. Bu cür qərarlar qəbul olunacağı halda bizim iqtisadi və başqa reaksiyalarımız məhdudiyyətsiz olacaq".
Belçikanın La-Yulp şəhərində yerləşən SWIFT-in xidmətlərindən xarici banklara pul göndərmək üçün istifadə edilir. Sistemdən kənarlaşdırılması istənilən ölkənin maliyyə baxımından tam çökməsi deməkdir. Yuxarıda qeyd olunduğu kimi, bu vəziyyətdə Rusiyanın Azərbaycan bankları ilə əməliyyatları da çətin duruma düşəcək. Belə bir vaxtda beynəlxalq reytinq agentliklərindən olan "Standard & Poor’s"un Rusiyanın kredit reytinqini spekulyativ səviyyəyə endirməsi vəziyyəti daha da kəskinləşdirir. Agentliyin Rusiyanın kredit reytinqini aşağı salması bu ölkənin hökumətində və biznes çevrələrində ciddi narahatlıq yaradıb. Çünki agentliyin qərarı təkcə makroiqtisadi göstəriciləri pisləşdirməyəcək, eyni zamanda ölkədə işsizliyi artıracaq, rublun kursunun daha da aşağı düşməsinə səbəb olacaq. Kreml agentliyin qərarının siyasi və Rusiya iqtisadiyyatını çökdürmək üçün həyata keçirilən sistemli hücumların tərkib hissəsi olduğunu bildirir. "Standard & Poor’s" isə bildirir ki, kredit reytinqinin aşağı salınması Mərkəzi Bankın yürütdüyü pul-kredit siyasətinin nəticəsidir. Ekspertlərin qənaətinə görə, ilk növbədə iri beynəlxalq investorlar bu rəyi nəzərə alacaq və Rusiyaya yatırdıqları pulları geri çəkməyə başlayacaq. Rusiya əhalisi də Qərbin monopoliyasında olan beynəlxalq reytinq mafiyasının qərarından zərər görəcək.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ