Azərbaycan Mərkəzi Bankının məcmu kapital tələbini ödəyə bilmək üçün səhmlərini kənar investora satan "Kövsərbank” adını dəyişib. Bunu "APA-Economics"ə bankın İdarə heyətinin sədri Heydər İbrahimov bildirib.
"Bəli, bankın adı artıq "Caspian Development Bank"dır. Yaxın zamanlarda bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə H. İbrahimov bildirib.
O bildirib ki, artıq Azərbaycan Mərkəzi Bankı "Kövsər Bank"a adının dəyişdirilməsi ilə bağlı lisenziyanı verib.
Məsələ ilə bağlı Mərkəzi Bank rəsmi məlumat verməyib.
Yeri gəlmişkən, martın 6-da "Kövsər Bank”ın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Məlumata görə, iclasda bankın səhmlərinin bir hissəsinin satılması məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, ötən ay "Kövsərbank” səhm emissiyası hesabına nizamnamə kapitalını 4,2 dəfə - 12,02 mln. manatdan 50,02 mln. manata qədər artırıb.