çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Kriptovalyuta bazarının tənzimlənməməsi dövləti böyük gəlirlərdən məhrum edir...

Image


Son günlərdə dünya miqyasında rəqəmsal pulların, yəni kriptovalyutaların sürətli bahalaşması müşahidə edilir. Ümumiyyətlə, qiymət artımı ilə əlaqədar dünyada mövcud kriptovalyutaların ümumi dəyəri iki trilyon dollara çatıb. Ekspertlərin fikrincə, kriptovalyutaların bahalaşmasına onların bəzi ölkələrdə leqallaşdırılması haqqında yayılan xəbərlər səbəb olub.

Beləliklə, bu gün kriptovalyuta dünya maliyyə bazarının əsas trendidir və onun barəsində xəbərlər dünya iqtisadiyyatının əsas gündəmindədir. Amma analitiklərin kriptovalyutanın sərfəli investisiya olub-olmaması barədə fikirləri çox fərqlənir. Onlardan bəziləri hesab edir ki, bu gec ya tez dağılacaq sabunlu qabarcıqdır və hətta onu mövcud maliyyə sistemi üçün təhlükə hesab edərək, bütün dünya iqtisadiyyatını dağıda biləcəyini düşünürlər. Bundan başqa, kriptovalyutanın kursuna təsir göstərəcək aşkar amillər yoxdur. Bu bazar iri oyunçuların spekulyasiyasından çox asılıdır. Lakin istənilən halda, bu pullara artıq böyük maraq var. Kriptovalyutalar üzrə ekspert Elnur Quliyev bildirib ki, hələ 2017-ci ilin aprel ayının 1-dən sonra Azərbaycanda da kriptovalyutalara maraq kəskin şəkildə artıb: “Həmin vaxt Yaponiya ”Bitkoin”i ölkədə ödəniş vasitəsi kimi qəbul etdi. Bu, bazara güclü impuls verdi. Azərbaycanda kriptovalyuta alanların sayında kəskin artım baş verdi. Bu ilin aprelində əsas kriptovalyuta olan “Bitkoin”in qiymətinin 63 min ABŞ dollarını keçməsi isə rəqəmsal aktivlər üçün əla piar oldu. Kriptovalyutalar haqda heç zaman eşitməyənlər, bu sahədə hər hansı bilikləri olmayanlar belə investiya etməyə başladı. Ümumiyyətlə, ölkəmizdə 18-25 yaş arasında olan kriptoinvestorların əsas hissəsi treydinqlə məşğuldur. Onlar ilkin olaraq bazara ortalama 500 ABŞ dolları ilə girirlər. Böyük investisiya edənlər isə 26-35 yaş arasında olanlardır. Bu kateqoriyadan olanların belə investisiya vərdişləri getdikcə dəyişməyə başlayır. Belə ki, artıq bu investorlar kriptovalyutaların məzənnəsində olan volatilliyi monetizasiya etməyə başlayıblar. Nəticədə kriptovalyutanın alqı-satqısı arasındakı müddət adətən 2 ayı keçmir”.

Ekspert “report”a qeyd edib ki, investorlar yatırım edən anda cəmi məbləğin beşdə biri həcmində onlardan komissiya tutulacağına hazır olmalıdırlar: “Komissiya tutumları investorları bütün mərhələlərdə gözləyir. Belə ki, hesab açdığınız birjada kriptovalyuta almaq üçün dollar kartından məxaric etdiyiniz zaman yerli banka 10-18 % həcmində komissiya ödəyəcəksiniz. Birjanın daxilində əməliyyatlar zamanı da komissiya tutulur. Birjadan aldığınız kriptovalyutanı elektron cüzdanınıza çıxaran zaman yenə komissiya tutulacaq. Kriptovalyutanı monetizasiya etmək istəsəniz, elektron cüzdanda onu istədiyiniz valyutaya konvertasiya edərkən, həmin məbləği bank kartına köçürərkən və nəhayət bankomatdan nağdlaşdırarkən də komissiya ödəməli olacaqsınız. Ümumiləşdirmiş olsaq, investisiya qoyanda məbləğin 20 %-ni, çıxaranda 5 %-ni komissiya kimi sizdən tutacaqlar. Digər tərəfdən, milli qanunvericiliyə görə, qazancın 14 %-i həcmində vergi də ödəməlisiniz. Bunun üçün VÖEN açılmalı və vergi orqanında gəlirlər bəyan edilməlidir. Lakin bu proses kriptovalyutalar sahəsində tənzimlənmə mexanizminin olmamasından dolayı könüllülük prinsipi daşıyır. Ona görə də buna nə dərəcədə əməl olunması böyük sual doğurur". Onun fikrincə, ümumiyyətlə bizdə rəqəmsal aktivlərin hüquqi statusu yoxdur: "Bu sahədə qanunvericilik səviyyəsində tənzimlənmənin olmamasından ən çox itirən tərəf isə elə dövlətin özüdür. Belə ki, kriptovalyuta bazarının tənzimlənməsi ilk növbədə statistikanın formalaşmasını təmin edəcək. Bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin sayı müəyyən olacaq. Leqal dövriyyə ortaya çıxacaq və vergiyə cəlbetmə mexanizmi reallaşdırıla biləcək. Bu gün məhz sonuncunu məlum səbəblərdən etmək mümkün deyil. Bu gün Azərbaycanda ev şəraitində qurulan mayninq fermaları leqallaşaraq vergi ödəməyə meyllidirlər. Bununla bağlı vergi orqanlarına müraciətlər də var. Lakin qanunverici bazanın yoxluğundan dolayı bunu etmək mümkün olmur. Ona görə də, dövlətin tezliklə bu sahəni tənzimlənmə altına alması bütün tərəflərin marağına qulluq edən bir zərurətdir”.

İndilikdə isə, bəzən kriptovalyutanın klassik pulları sıradan çıxaracağı deyilir. Lakin nəzərə almaq lazımdır ki, pul təkcə mübadilə vasitəsi deyil, həm də dəyər ifadə edir. Məsələn, dolların arxasında ABŞ iqtisadiyyatı durur və onu muxtəlif alətlərlə, o cümlədən faizlərlə Federal Ehtiyat Sistemi tənzimləyir. Kriptovalyutada hər hansı tənzimləmə yoxdur. Onun dəyərini yalnız tələb və təklif, yəni bazar müəyyən edir. Bitkoinin qiymətinin bir anda yüksəyə sıçramasının arxasında heç bir məntiq dayanmır. Bu, tamamilə spekulyativ xarakter daşıyır və tələb faktoruna bağlıdır. Lakin istənilən halda, ekspertlərin fikrincə, artıq bazarın tənzimlənməsi vacibdir.

Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda kriptovalyuta gəlirləri üzrə verginin ödənilməsi ancaq könüllülük prinsipi əsasında ola bilər, çünki hazırda kripto-investisiyaların və ya kriptovalyuta ticarəti üzrə əməliyyatların rəsmi izləməsi üçün hər hansı bir mexanizm yoxdur. Bundan əlavə, kriptovalyutalar mövcud qanunvericilik üzrə aktiv və ya əmlak kimi də tanınmır. Bu səbəbdən, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının kriptovalyuta ilə əməliyyatlardan aldığı gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunur. Bu zaman gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq 14% gəlir vergisi ödəməlidir. Bunu da hər bazar iştirakçısı etmir. Halbuki, müvafiq tənzimləmə mexanizmi olsaydı, dövlət bundan xeyli gəlir əldə edərdi. Hesab edilir ki, kriptovalyuta əməliyyatlarına vergi mexanizminin tətbiqi fiziki və ya hüquqi şəxs olmasından asılı olaraq konkret tariflər əsasında müəyyən edilməlidir. Bu, həm rəqəmsal valyutaların alışı, həm də nağdlaşdırılması zamanı tətbiq edilən vergi və rüsumlara aiddir. Bu halda dövlət büdcəsi daha çox vəsait əldə edə bilər.

Ramil QULİYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

12.10.2026 / 13:15
Bu şəxslər üçün bankdan kredit götürmək çətinləşir - yeni qaydalar açıqlandı...

12.10.2026 / 13:03
İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi... - VİDEO

12.10.2026 / 12:57
Mənsum İbrahimov:"Son günlər müzakirə olunan geyim normaları ilə bağlı qərara diqqət yetirdikdə..."

12.10.2026 / 12:55
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər

12.10.2026 / 12:04
"Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır" - Prezident

12.10.2026 / 11:53
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - Mərkəzi Bankdan YENİ QƏRAR...

12.10.2026 / 11:49
Prezident: "Kamboca ilə siyasi münasibətlərimiz güclüdür"

12.10.2026 / 11:44
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik" - Prezident İlham Əliyev

12.10.2026 / 11:43
Prezident: "Azərbaycan və Kamboca ikitərəfli ticarətin inkişafına yönəlmiş işçi qrupu yaratmaq barədə razılığa gəliblər"

12.10.2026 / 11:35
"Azərbaycan və Kamboca əlaqələri intensivləşdirmək barədə razılığa gəliblər" - Prezident

12.10.2026 / 11:34
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:33
Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan-Kamboca sənədləri mübadilə olunub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:31
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

12.10.2026 / 11:25
"Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır" - Prezident

12.10.2026 / 11:22
Prezident: "Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir"

12.10.2026 / 11:20
"Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib" - Prezident

12.10.2026 / 11:19
Prezident TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət etdi

12.10.2026 / 11:18
Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin ikinci görüşü keçirilir

12.10.2026 / 11:05
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb

12.10.2026 / 11:02
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

12.10.2026 / 10:57
Trampın yeni atəşkəs təklifi daha çox Moskvanın işinə yarayacaq - Ukraynanın yalnız bir neft zavodu var, Rusiyanın isə…

12.10.2026 / 10:54
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - FOTO

12.10.2026 / 10:38
İranın daxili işlər naziri Azərbaycana niyə gəlib...

12.10.2026 / 10:21
Xəzər rayonunda dörd vəzifəli şəxs cəzalandırıldı...

12.10.2026 / 10:09
Bakıda Kamboca Krallığının Baş nazirinin rəsmi qarşılanma mərasimi olub - FOTO

12.10.2026 / 09:50
"Dini hisslərdən siyasi məqsədlər üçün istifadə yolverilməzdir" - Təhsil Şurası

12.10.2026 / 09:45
Trampın xüsusi elçiləri Rusiya səfərini buna görə təxirə saldı…

12.10.2026 / 09:20
Börnemdən 2016 “Brexit” seçkiləri barədə şok iddia - “Rusiya müdaxiləsi olub…”

12.10.2026 / 09:20
Səudiyyə husilərlə müharibədə Qərb müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilmir - Ər-Riyad məyus olub…

12.10.2026 / 09:08
AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ