Dünya enerji bazarında müşahidə edilən qiymət artımı enerji daşıyıcılarının qiymətinin yenidən tənzimlənməsi məsələsini aktuallaşdırıb. Hazırda qlobal tendensiya ondan ibarətdir ki, benzin və dizel yanacağının pərakəndə qiymətlərində, demək olar ki, dünyanın hər yerində qiymət artımı müşahdə edilir. Bunun obyektiv səbəbləri var və təcrübə göstərir ki, vaxtında bu cür qərarların qəbul edilməsi sonrakı mərhələdə müvafiq sektorda yarana biləcək mümkün risqlərin qarşısını alır.
Məlumdur ki, Tarif Şurasının qərarına əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Yanacağın qiymətinin bahalaşmasını zəruri edən səbəblərdən biri də idxal edilən avtomobillərin sayının son iki ildə artaraq 100 mini keçməsidir. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına analoji olaraq, benzinə və dizelə tələbat da yüksəlib.
Məlumdur ki, ölkədə avtomobilə tələbat artırsa, benzinə tələbat da artır. Təbii ki, belə olan halda, yanacağın qiymətinin artımı zəruri idi.
“...benzinə və dizelə tələbatı da artırıb ki, bu da qiymət tənzimlənməsini zəruri edən səbəblərdən birinə çevrilib”
NBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimli bizimlə söhbətində qeyd etdi ki, yanacağın qiymətinin qalxması bir çox səbəblə bağlıdır. Onlardan biri də son illər idxal olunan nəqliyyat vasitələrinin sayının çox olmasıdır: “Tələbin artması benzinin qiymətinin qalxmasını zəruri edirdi. Məlumat üçün qeyd edim ki, son illər Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artması analoji olaraq, benzinə və dizelə tələbatı da artırıb ki, bu da qiymət tənzimlənməsini zəruri edən səbəblərdən birinə çevrilib”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu qərar idxalın qarşısını alacaq.
Günel CƏLİLOVA