Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Pre­zi­dent Azər­bay­can­da döv­lət cə­za sis­te­mi­nin hu­ma­nistləş­di­ril­mə­si is­la­hat­la­rı­na start ver­di

Image


Toğ­rul Cə­fə­ro­vun, Vü­qar Ba­ba­ye­vin, Bəx­ti­yar Mu­ra­do­vun, Azay Qu­li­ye­vin dü­şün­dük­lə­ri...

Hü­quq mü­da­fi­ə­çi­lə­rin­dən də fə­al re­ak­si­ya­lar var...

 

Mə­lum ol­du­ğu ki­mi, fev­ra­lın 10-da Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti "Pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də" Sə­rən­cam im­za­la­yıb.

Sə­rən­ca­ma əsa­sən, cə­za­la­rın ic­ra­sı sa­hə­sin­də hə­ya­ta ke­çi­ri­lən is­la­hat­la­ra bax­ma­ya­raq, son za­man­lar apa­rıl­mış təh­lil­lər gös­tə­rir ki, mən­tə­qə tip­li cə­za­çək­mə mü­əs­si­sə­lə­ri­nin nor­mal fə­a­liy­yə­ti tə­min olun­mur, ic­ti­mai iş­lər cə­za­sı­nın ic­ra­sı pro­se­sin­də çə­tin­lik­lər ya­ra­nır, cə­za­nı ic­ra edən or­qan və mü­əs­si­sə­lər­də mü­a­sir in­for­ma­si­ya-kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı­nın im­kan­la­rın­dan ki­fa­yət qə­dər is­ti­fa­də edil­mir.

İb­ti­dai is­tin­taq və məh­kə­mə ic­ra­a­tı za­ma­nı bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən və az ağır, o cüm­lə­dən iq­ti­sa­di fə­a­liy­yət sa­hə­sin­də ci­na­yət­lə­rə gö­rə həbs qə­tim­kan təd­bi­ri­nin ge­niş tət­biq edil­mə­si, ha­be­lə hə­min ci­na­yət­lə­rə gö­rə azad­lıq­dan məh­rum et­mə­nin di­na­mi­ka­sı­nın artma­sı məh­kum­la­rın sa­yı­nın ço­xal­ma­sı­na və pe­ni­ten­si­ar mü­əs­si­sə­lə­rin yük­lən­mə­si­nə sə­bəb olur.

Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın 109-cu mad­də­si­nin 32-ci bən­di­ni rəh­bər tu­ta­raq, pe­ni­ten­si­ar mü­əs­si­sə­lə­rin fə­a­liy­yə­ti­nin tək­mil­ləş­di­ril­mə­si, mad­di-tex­ni­ki ba­za­sı­nın güc­lən­di­ril­mə­si, cə­za­nı ic­ra edən or­qan və mü­əs­si­sə­lər­də möv­cud olan nöq­san­la­rın ara­dan qal­dı­rıl­ma­sı, ci­na­yət tə­qi­bi və cə­za­la­rın ic­ra­sı sa­hə­sin­də kor­rup­si­ya­nı is­tis­na edən şə­ra­i­tin tam tə­min olun­ma­sı, mü­a­sir tex­no­lo­ji va­si­tə­lə­rin tət­biq edil­mə­si və cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si məq­sə­di­lə qə­ra­ra alı­nıb ki, 10.5. həb­sə al­ter­na­tiv olan qə­tim­kan təd­bi­ri­nin tət­biq edil­mə­si hal­la­rı­nın ge­niş­lən­di­ril­mə­si, həb­sin al­ter­na­tiv qə­tim­kan təd­bir­lə­ri ilə əvəz edil­mə­si qay­da­sı­nın sa­də­ləş­di­ril­mə­si, bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən və az ağır ci­na­yət­lə­rə gö­rə həbs qə­tim­kan təd­bi­ri­nin se­çil­mə­si əsas­la­rı­nın da­ha da məh­dud­laş­dı­rıl­ma­sı.

Məhz bu də­yi­şik­li­yin əhə­miy­yə­ti­ni hü­quq­şü­nas­lar ne­cə də­yər­lən­di­rir?

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən hü­quq­şü­nas Toğ­rul Cə­fə­rov bu sa­hə­də nə­zər­də tu­tu­lan də­yi­şik­lik­lə­rə müs­bət priz­ma­dan ya­naş­dı: "Çün­ki mü­şa­hi­də­lər gös­tə­rir ki, bir sı­ra hal­lar­da bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən ci­na­yət­lə­rə gö­rə şəxslə­rin həbs edil­mə­si­nə rast gə­li­nir. Bu da cə­miy­yət­də bir­mə­na­lı qar­şı­lan­mır. Ona gö­rə də be­lə hal­la­rın qar­şı­sı­nın alın­ma­sı məq­sə­di­lə qa­nun­da mü­əy­yən ye­ni­lik­lə­rin edil­mə­si­nə eh­ti­yac ya­ra­nıb. Qa­nun­da də­yi­şik­lik­lər­dən irə­li gə­lən mə­qam­lar im­kan ve­rə­cək ki, bu ki­mi hal­lar­da həbslə bağ­lı ol­ma­yan qə­tim­kan təd­bir­lə­ri­nin tət­bi­qi müm­kün­lü­yü araş­dı­rıl­sın. Bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən və az ağır ci­na­yət­lər ba­rə­sin­də həbs qə­tim­kan təd­bir­lə­ri gö­rül­mə­yə­cək. Tə­bii ki, müs­təs­na hal­lar çıx­maq şər­ti ilə. Bu da im­kan ve­rə­cək ki, bu əmə­li tö­rə­dən­lər yün­gül cə­za­lar­la cə­za­lan­dı­rıl­sın. He­sab edi­rəm ki, bu­nun­la bağ­lı son ye­ni­lik­lər cə­miy­yət­də bö­yük rəğ­bət­lə qar­şı­la­na­caq. Ey­ni za­man­da, bu, pe­ni­ten­si­ar mü­əs­si­sə­lə­rin yü­kü­nü yün­gül­ləş­di­rə­cək və məh­bus­la­rın sa­yı aza­la­caq".

Pre­zi­dent İl­ham Əli­ye­vin "Pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də" sə­rən­ca­mı bu sa­hə­də­ki prob­lem­lə­rin həl­li yo­lun­da mü­hüm ad­dım­dır. Bu­nu "Trend"ə açıq­la­ma­sın­da hü­quq­şü­nas Vü­qar Ba­ba­yev de­yib.

Onun söz­lə­ri­nə gö­rə, döv­lət baş­çı­sı­nın bu ad­dı­mı cə­miy­yət­də cə­za sis­te­mi­nin yum­şal­dıl­ma­sın­da bir çox müs­bət də­yi­şik­li­yə sə­bəb ola­caq: "Cə­za si­ya­sə­ti­nin yum­şal­dıl­ma­sı is­ti­qa­mə­tin­də iş­lər apa­rıl­maq­da­dır. Av­ro­pa hü­quq mə­ka­nı­nın bir par­ça­sı ola­raq, Azər­bay­can­da cə­za­la­rın li­be­ral­laş­dı­rıl­ma­sı ci­na­yət tö­rət­miş şəxslə­rin cə­miy­yət­dən təc­rid edil­mə­dən is­lah olun­ma­sı, əsas in­san hü­quq­la­rın­dan bi­ri olan azad­lıq hü­qu­qu­nun, şəx­siy­yə­tə hör­mət prin­si­pi­nin in­ki­şaf et­di­ril­mə­si ba­xı­mın­dan çox önəm­li­dir. Xü­su­si­lə qeyd et­mək ye­ri­nə dü­şər ki, qə­tim­kan təd­bir­lə­ri­nin se­çil­mə­si za­ma­nı bir çox hal­lar­da on­la­rın ara­sın­da ən ağı­rı olan həbs qə­tim­kan təd­bi­ri­nin se­çil­mə­si ci­na­yət hü­qu­qu sa­hə­sin­də fə­a­liy­yət gös­tə­rən hü­quq mü­da­fi­ə­çi­lə­ri üçün ən ağ­rı­lı mə­qam­lar­dan bi­ri­dir".

V.Ba­ba­yev bil­di­rib ki, Av­ro­pa İn­san Hü­quq­la­rı Məh­kə­mə­si­nin is­tər Azər­bay­can, is­tər­sə də bu məh­kə­mə­nin yu­ris­dik­si­ya­sı­na da­xil olan di­gər öl­kə­lər tə­rə­fin­dən "İn­san hü­quq­la­rı­nın və əsas azad­lıq­la­rın mü­da­fi­ə­si haq­qın­da" Kon­ven­si­ya­nın tə­ləb­lə­ri­nin po­zun­tu­su­nu ta­nı­dı­ğı iş­lə­rin təh­li­li də onu gös­tə­rir ki, ci­na­yət iş­lə­ri­nin ib­ti­dai is­tin­ta­qı za­ma­nı ta­nı­nan hü­quq po­zun­tu­la­rı­nın ək­sə­riy­yə­ti təq­sir­lən­di­ri­lən şəxslər ba­rə­sin­də həbs qə­tim­kan təd­bi­ri­nin se­çil­mə­si və onun ic­ra edil­mə­si ilə bağ­lı­dır: "Azər­bay­ca­nın Ci­na­yət Pro­ses­su­al Mə­cəl­lə­sin­də təq­sir­lən­di­ri­lən şəxs ba­rə­sin­də həbs qə­tim­kan təd­bi­ri­nin se­çil­mə­si qay­da­la­rı və şərtlə­ri mü­əy­yən edi­lib, Konsti­tu­si­ya Məh­kə­mə­si və Ali Məh­kə­mə­nin Ple­num Qə­rar­la­rın­da qə­tim­kan təd­bir­lə­ri­nin se­çil­mə­si­nin prak­tik şərtlə­ri izah edi­lib. Sa­da­la­nan sə­nəd­lər­də həbs qə­tim­kan təd­bi­ri­nin təq­sir­lən­di­ri­lən şəxs ba­rə­sin­də müs­təs­na hal­lar­da se­çil­mə­li ol­ma­sı, bu­na məhz şəx­siy­yət və döv­lət əley­hi­nə ağır və xü­su­si­lə ağır ci­na­yət­lə­rin tö­rə­dil­mə­si za­ma­nı di­gər qə­tim­kan təd­bir­lə­ri­nin se­çil­mə­si­nin müm­kün­süz ol­du­ğu za­man yol ve­ril­di­yi gös­tə­ri­lib. La­kin bu­na bax­ma­ya­raq, bir sı­ra hal­lar­da ye­nə də qə­tim­kan təd­bir­lə­ri se­çi­lər­kən əsas­sız ola­raq həbs qə­tim­kan təd­bir­lə­ri se­çi­lir və təq­sir­lən­di­ri­lən şəxslə­rin hü­quq­la­rı po­zu­lur­du. Bu­ra­da həm həbs qə­tim­kan təd­bi­ri­nin se­çil­mə­si ilə əla­qə­dar ola­raq məh­kə­mə­lə­rə mü­va­fiq təq­di­mat və və­sa­tət­lər ve­rən ci­na­yət tə­qi­bi or­qan­la­rı­nın, həm də bu təq­di­mat­la­rı tə­min edən məh­kə­mə­lə­rin ro­lu az de­yil".

Hü­quq­şü­na­sın fik­rin­cə, bu ba­xım­dan sö­zü­ge­dən sə­rən­cam in­san hü­quq­la­rı və əsas azad­lıq­la­rı­nın mü­da­fi­ə­si­nin cə­nab Pre­zi­den­tin bir­ba­şa diq­qə­tin­də sax­la­dı­ğı mə­sə­lə­lər­dən və onun da­xi­li si­ya­sə­ti­nin əsas pri­o­ri­tet­lə­rin­dən bi­ri ol­du­ğu­nu gös­tər­di: "Sə­rən­cam do­ğur­du­ğu hü­qu­qi nə­ti­cə­lər­lə ya­na­şı, qeyd edi­lən is­ti­qa­mət­də da­ha hu­ma­nist si­ya­sə­tin hə­ya­ta ke­çi­ril­mə­si üçün si­ya­si ira­də­nin ol­du­ğu­nu bir da­ha təs­diq et­di".

V.Ba­ba­yev həm­çi­nin bil­di­rib ki, bu sə­rən­cam cə­miy­yə­tin bü­tün tə­bə­qə­lə­ri­nin dəs­tə­yi­ni qa­za­na­caq və gə­lə­cək­də hü­quq mü­da­fiə insti­tu­tu­nun in­ki­şa­fın­da çox önəm­li ola­caq: "Ey­ni za­man­da, sə­rən­cam­da in­san azad­lıq­la­rı­nın məh­dud­laş­dı­rıl­ma­sı ilə bağ­lı tə­ləb­lə­rin sərtləş­di­ril­mə­si, hə­min hü­quq­la­rın bər­pa­sı ilə bağ­lı hal­lar­da isə da­ha da ge­niş nor­ma­tiv ba­za­nın ya­ra­dıl­ma­sı­nın nə­zər­də tu­tul­ma­sı in­san hü­quq­la­rı­nın da­ha möh­kəm qo­run­ma­sı üçün ef­fek­tiv və çe­vik me­xa­nizmlə­rin ya­ra­dıl­ma­sı­na sə­bəb ola­caq".

Pre­zi­dent İl­ham Əli­ye­vin "Pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də" sə­rən­ca­mı al­qış­lan­ma­lı­dır de­yən Azər­bay­can Və­kil­lər Kol­le­gi­ya­sı­nın üz­vü Bəx­ti­yar Mu­ra­do­vun söz­lə­ri­nə gö­rə, sə­rən­cam bu sa­hə­də prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı üçün önəm­li­dir:

"Hər bir hal­da bu sə­rən­ca­mın əhə­miy­yə­ti bö­yük ola­caq. İc­ti­mai iş­lər cə­za­sı cə­za növ­lə­rin­dən bi­ri­dir. Am­ma bu gün bu cə­za nö­vü təc­rü­bə­də de­mək olar ki, ye­ri­nə ye­ti­ril­mir. Döv­lət baş­çı­sı­nın sə­rən­ca­mın­da da vur­ğu­la­nır ki, ic­ti­mai iş­lər cə­za­sı, mən­tə­qə tip­li cə­za­çək­mə mü­əs­si­sə­lə­ri­nin fə­a­liy­yə­ti tək­mil­ləş­dir­mə­li­dir. İc­ti­mai iş­lər cə­za­sı­nın tət­bi­qi həm məh­ku­mun is­lah olun­ma­sın­da bö­yük rol oy­na­yır, həm də bu cə­za ic­ti­ma­iy­yət üçün ma­raq­lı olur. Ona gö­rə də az ci­na­yət və ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən ci­na­yət­lər edən şəxslə­rə cə­za ve­ri­lər­kən hu­ma­nizm prin­sip­lə­ri­nə üs­tün­lük ve­ril­mə­si, məh­ku­mun və­ziy­yə­ti­nin nə­zə­rə alın­ma­sı, cə­za nö­vü­nün yün­gül­ləş­di­ril­mə­si hə­min şəx­sin də is­lah olun­ma­sı­na, səh­vi­ni an­la­ma­sı­na gə­ti­rib çı­xa­rır".

B.Mu­ra­dov bil­di­rib ki, Av­ro­pa öl­kə­lə­rin­də təq­sir­lən­di­ri­lən şəx­sin ic­ti­mai iş­lə­rə cəlb edil­mə­si ge­niş for­ma­da tət­biq edi­lir: "Am­ma Azər­bay­can­da bu cür şəxslər ic­ti­mai iş­lə­rə cəlb edil­mir. İc­ra mə­mur­la­rı hə­min şəxslə­ri ic­ti­mai iş­lə­rə cəlb et­mə­li­dir. Mə­nə elə gə­lir ki, pul cə­ri­mə­si, şər­ti cə­za və sa­ir cə­za­lar­dan ən sər­fə­li­si ic­ti­mai iş­lə­rə cəl­be­dil­mə­dir. He­sab edi­rəm ki, pre­zi­dent İl­ham Əli­ye­vin sə­rən­ca­mı bu sa­hə­də­ki prob­lem­lə­rin ara­dan qal­dı­rıl­ma­sı üçün ide­al bir ad­dım­dır".

Azər­bay­can Pre­zi­den­ti­nin "Pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də" 10 fev­ral 2017-ci il ta­rix­li sə­rən­ca­mı Azər­bay­ca­nın hü­quq sis­te­min­də ye­ni bir ya­naş­ma­nın əsa­sı­nı qoy­du. Bu­nu isə mil­lət və­ki­li, Azər­bay­can Pre­zi­den­ti ya­nın­da Əfv Mə­sə­lə­lə­ri Ko­mis­si­ya­sı­nın üz­vü Azay Qu­li­yev de­yib.

A.Qu­li­yev qeyd edib ki, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si bu sa­hə­də bir in­ki­şaf mər­hə­lə­si ola­caq: "Mən bu­nu çox yük­sək qiy­mət­lən­di­ri­rəm. Bi­rin­ci növ­bə­də onu qeyd et­mək la­zım­dır ki, azad­lıq­dan məh­ru­met­mə cə­za­sı­na al­ter­na­tiv cə­za­lar mü­əy­yən­ləş­di­ri­lə­cək. Bu o de­mək­dir ki, əgər in­di­yə qə­dər hər han­sı bir ci­na­yə­tə gö­rə müt­ləq azad­lıq­dan məh­ru­met­mə cə­za­sı tət­biq olu­nur­du­sa, in­di bu­na al­ter­na­tiv cə­za dü­şü­nü­lə­cək. Bu, şər­ti cə­za və ya di­gər al­ter­na­tiv cə­za­lar ola bi­lər. İkin­ci mə­sə­lə on­dan iba­rət­dir ki, həbs qə­tim­kan təd­bir­lə­ri­nə də mü­əy­yən al­ter­na­tiv təd­bir­lər nə­zər­də tu­tu­la­caq. Elə ci­na­yət­lər var ki, on­lar­la bağ­lı dər­hal həbs qə­tim­kan təd­bi­ri gö­rü­lür, in­di isə, mə­sə­lən, gi­rov mü­qa­bi­lin­də həbs qə­tim­kan təd­bi­ri­nin də­yiş­di­ril­mə­si, ya­xud ev dus­taq­lı­ğı­nın ve­ril­mə­si ki­mi al­ter­na­tiv cə­za­la­rın tət­bi­qi üzə­rin­də iş­lə­ni­lə­cək".

Mil­lət və­ki­li­nin söz­lə­ri­nə gö­rə, Pre­zi­dent İl­ham Əli­yev öz sə­rən­ca­mı ilə Mil­li Məc­li­sə töv­si­yə edib və ai­diy­yə­ti qu­rum­la­ra tap­şı­rıq­lar ve­rib ki, Azər­bay­can qa­nun­ve­ri­ci­li­yi­nə ye­ni­lik­lər gə­ti­ril­sin, ümu­miy­yət­lə, ye­ni qa­nun la­yi­hə­lə­ri iş­lə­nib ha­zır­lan­sın: "Hə­min qa­nun la­yi­hə­lə­ri ilə xü­su­si­lə ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən ci­na­yət­lə­rin, o cüm­lə­dən iq­ti­sa­di ci­na­yət­lə­rin dek­ri­mi­nal­laş­dı­rıl­ma­sı hə­ya­ta ke­çi­ril­mə­li­dir. Yə­ni hər han­sı iq­ti­sa­di ci­na­yə­tə gö­rə əv­vəl­lər azad­lıq­dan məh­ru­met­mə cə­za­sı tət­biq olu­nur­du­sa, in­di ar­tıq bu­na al­ter­na­tiv dü­şü­nü­lə­cək. Di­gər mü­hüm mə­qam­lar­dan bi­ri bu­dur ki, Azər­bay­can­da ye­ni bir xid­mət ya­ra­na­caq - Əd­liy­yə Na­zir­li­yi­nin Pro­ba­si­ya Xid­mə­ti. Pe­ni­ten­si­ar Xid­mət­dən fərqli ola­raq, bu xid­mət şər­ti və al­ter­na­tiv cə­za­la­rın çə­kil­mə­si­nə nə­za­rə­ti hə­ya­ta ke­çi­rə­cək. Gö­rün­dü­yü ki­mi, bu­nun da mü­əy­yən me­xa­nizmlə­ri ha­zır­la­nıb".

A.Qu­li­yev vur­ğu­la­yıb ki, ən mü­hüm də­yi­şik­lik­lər­dən bi­ri də ilk də­fə ola­raq Azər­bay­can­da is­tin­taq al­tın­da olan şəxslə­rə elektron nə­za­rət sis­te­mi­nin tət­bi­qi ola­caq: "Be­lə təc­rü­bə bir çox öl­kə­lər­də var. Bu, müx­tə­lif tex­ni­ki va­si­tə­lə­rin kö­mə­yi ilə hə­min şəxslə­rin ra­hat­lıq­la nə­za­rət­də sax­lan­ma­sı­na im­kan ve­rə­cək".

Mil­lət və­ki­li əla­və edib ki, bü­töv­lük­də Azər­bay­can­da cə­za­la­rın hu­ma­nistləş­di­ril­mə­si Azər­bay­can döv­lə­ti­nin və Pre­zi­den­ti­nin hu­ma­nist si­ya­sə­ti­nin uğur­lu da­va­mı­dır: "Bu, cə­miy­yət­də ic­ti­mai ba­rı­şa, sülh və əmin-aman­lı­ğa, və­tən­daş və döv­lət ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şa­fı­na bö­yük töh­fə ver­mə­yə, hər han­sı bir sə­bəb­dən ci­na­yət, xü­su­si­lə bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən ci­na­yət iş­lə­miş şəxslə­rin cə­miy­yət­dən təc­rid olun­ma­sı­nı mi­ni­mu­ma en­dir­mə­yə im­kan ve­rə­cək. Əfv Ko­mis­si­ya­sı­nın üz­vü ki­mi de­yə bi­lə­rəm ki, bu, bü­töv­lük­də Azər­bay­can­da məh­kum­luq hə­ya­tı ya­şa­mış və­tən­daş­la­rın gə­lə­cək­də be­lə bir səhv et­mə­dən, nor­mal hə­ya­ta qo­vu­şa­raq fə­a­liy­yə­ti­ni da­vam et­dir­mə­si üçün ye­ni bir sti­mul ya­ra­da­caq. Bü­tün bun­lar Azər­bay­can döv­lə­ti­nin hu­ma­nist si­ya­sə­ti­nin tən­tə­nə­si ola­caq".

"Azər­bay­can pre­zi­den­ti İl­ham Əli­ye­vin sə­rən­ca­mı çox müs­bət ad­dım­dır". Bu­nu APA-ya açıq­la­ma­sın­da Pre­zi­dent İl­ham Əli­ye­vin "Pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də" 10 fev­ral, 2017-ci il ta­rix­li sə­rən­ca­mı­na mü­na­si­bət bil­di­rən İn­san Hü­quq­la­rı və Qa­nun­çu­lu­ğun Mü­da­fi­ə­si Bü­ro­su­nun rəh­bə­ri Sə­i­də Qo­ca­man­lı de­yib.

S.Qo­ca­man­lı bil­di­rib ki, sə­rən­cam­da nə­zər­də tu­tu­lan təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si nə­ti­cə­sin­də Azər­bay­can­da həbsxa­na­la­rın do­lu­luq sə­viy­yə­si aşa­ğı dü­şə­cək, döv­lə­tin bu sa­hə­də xərclə­ri aza­la­caq. Di­gər mə­qam odur ki, cə­za­lar ar­tıq ən yu­xa­rı həd­də ol­ma­ya­caq və bu, hu­ma­nist bir ya­naş­ma­dır: "Yə­ni in­san­la­rın tö­rət­di­yi ci­na­yət­lə­rə gö­rə qa­nun­da ək­si­ni ta­pan al­ter­na­tiv cə­za­la­ra da­ha çox üs­tün­lük ve­ri­lə­cək. Bu­ra ev dus­taq­lı­ğı, cə­ri­mə, ic­ti­mai, is­lah iş­lə­ri­nə cəl­bet­mə da­xil­dir. Bu da cə­miy­yət­də ab-ha­va­ya çox müs­bət tə­sir gös­tə­rə­cək. Hü­quq mü­da­fi­ə­çi­lə­ri bu sə­rən­ca­mı müs­bət qar­şı­la­yır və baş­qa cür də re­ak­si­ya ve­rə bil­məz­di­lər. Biz uzun il­lər­dir ki, be­lə bir sə­rən­ca­mın im­za­lan­ma­sı­nı ar­zu edir­dik. Ar­tıq bu ad­dım atı­lıb. Növ­bə­ti mər­hə­lə sə­rən­ca­ma uy­ğun ola­raq nə­zər­də tu­tu­lan qa­nun la­yi­hə­lə­ri­nin ha­zır­lan­ma­sı­dır. Ad­dım­ba­ad­dım prob­lem­lər həl­li­ni ta­pa­caq, bu­na sa­də­cə, za­man və is­tək la­zım­dır".

Di­la­rə Əli­ye­va adı­na Qa­dın Hü­quq­la­rı­nı Mü­da­fiə Cə­miy­yə­ti­nin səd­ri No­vel­la Cə­fə­roğ­lu da döv­lət baş­çı­sı­nın im­za­la­dı­ğı sə­rən­ca­mı çox yük­sək də­yər­lən­di­rib: "Sə­rən­cam pre­zi­dent İl­ham Əli­ye­vin hu­ma­nist si­ya­sə­ti­nin növ­bə­ti tə­za­hü­rü, hə­ya­ta ke­çi­ri­lən sis­tem­li və ge­niş­miq­yas­lı hü­qu­qi is­la­hat­la­rın tər­kib his­sə­si­dir. Sə­rən­cam ci­na­yət tə­qi­bi və cə­za­la­rın ic­ra­sı sa­hə­lə­rin­də hü­qu­qi is­la­hat­la­rın ye­ni mər­hə­lə­si­dir. Əd­liy­yə Na­zir­li­yi­nin Pro­ba­si­ya Xid­mə­ti ya­ra­dı­la­caq. Xid­mə­tin baş­lı­ca və­zi­fə­si cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan cə­za­la­rın ic­ra­sı­na ef­fek­tiv nə­za­rə­tin təş­ki­li və bu sa­hə­də ida­rə­et­mə­nin sə­mə­rə­li­li­yi­nin ar­tı­rıl­ma­sı­dır. Pro­ba­si­ya ter­mi­ni­nin la­tın­ca­dan tər­cü­mə­si sı­naq de­mək­dir və hü­quq nə­zə­riy­yə­sin­də bu an­la­yış şəx­sin mü­əy­yən şərtlə­rə ri­a­yət et­mə­si mü­qa­bi­lin­də cə­za­dan azad olun­ma­sı mə­na­sın­da is­ti­fa­də edi­lir. Pro­ba­si­ya insti­tu­tu ək­sər Qərb öl­kə­lə­ri­nin, İs­veç, ABŞ, Fin­lan­di­ya, Lat­vi­ya, Bö­yük Bri­ta­ni­ya, Da­ni­mar­ka, Es­to­ni­ya və di­gər öl­kə­lə­rin ci­na­yət mü­ha­ki­mə sis­tem­lə­ri­nin mü­hüm tər­kib his­sə­si­dir".

N.Cə­fə­roğ­lu bil­di­rib ki, sə­rən­cam­da nə­zər­də tu­tu­lan qa­nun­lar və hü­qu­qi aktla­rın qə­bul edil­mə­si, hü­quq-mü­ha­fi­zə və məh­kə­mə or­qan­la­rı­nın sə­rən­ca­mın ru­hu­na uy­ğun dav­ran­ma­sı nə­ti­cə­sin­də möv­cud du­rum də­yi­şə­cək: "Mə­sə­lən, nar­ko­tik­dən şəx­si is­ti­fa­də­yə, ya­xud də­lə­duz­luq­la bağ­lı yük­sək cə­za­lar yün­gül­lə­şə, həbs qə­tim­kan təd­bi­ri­nin, azad­lıq­dan məh­ru­met­mə cə­za­sı­nın həbslə əla­qə­dar ol­ma­yan cə­za təd­bi­ri ilə əvəz­lən­mə­si­nə sə­bəb olar. Ya­xud iq­ti­sa­di fə­a­liy­yət sa­hə­sin­də ci­na­yət­lə­rə gö­rə həbs edil­miş şəxs ic­ti­mai iş­lə­rə cəlb olun­maq­la vur­du­ğu zi­yan ödə­ni­lə bi­lər. Bu in­san­la­rın ic­ti­mai işə cəlb olun­ma­sı on­la­rı həbsxa­na­ya sal­maq­dan da­ha məq­sə­də­uy­ğun­dur. Həbsxa­na­da otur­maq­dan­sa, on­la­rın ic­ti­mai iş­lə­rə cəlb edil­mə­si da­ha yax­şı olar. Sə­rən­ca­mın hə­ya­ta ke­çi­ril­mə­si nə­ti­cə­sin­də çox­lu say­da in­san həbsxa­na­lar­dan çı­xa bi­lər. 1, ya­xud 2 il həbs müd­də­ti qa­lan məh­bus­la­rın da ic­ti­mai iş­lə­rə cəlb edil­mə­si ilə həbsxa­na­lar xey­li də­rə­cə­də bo­şa­la­caq, döv­lə­tin də bu sa­hə­də iq­ti­sa­di yü­kü aza­la­caq".

Hü­quq mü­da­fi­ə­çi­si ye­ni ya­ra­dı­la­caq Əd­liy­yə Na­zir­li­yi­nin Pro­ba­si­ya Xid­mə­ti­nin ef­fek­tiv fə­a­liy­yə­ti­nin önəm­li ol­du­ğu­nu da vur­ğu­la­yıb: "Döv­lət baş­çı­sı­nın im­za­la­dı­ğı sə­rən­cam çox gö­zəl bir sə­rən­cam­dır. Əd­liy­yə Na­zir­li­yi­nin Pro­ba­si­ya Xid­mə­ti­nin bu işi nə də­rə­cə­də ef­fek­tiv ic­ra et­mə­si də çox va­cib­dir".

Vi­da­di OR­DA­HAL­LI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ