Filologiya elmləri namizədi, jurnalist-alim Sona Vəliyevanın "Arazbarı" şeirlər kitabının Tatarıstan Respublikasında təqdimat mərasimi keçiriləcək.
"Olaylar"ın xəbərinə görə, təqdimat mərasimi Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi və Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq. Fevralın 13-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimi paytaxt Kazan şəhərində reallaşacaq. Təqdimat mərasimi zamanı iştirakçılara Sona Vəliyevanın elmi və yaradıcılıq fəaliyyəti, müəllifi olduğu digər kitablar barədə də məlumat veriləcək.