İstanbulda Suriyaya getməyə hazırlaşan və İŞİD üzvü olduqları iddia edilən 2 nəfər saxlanıb. Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanan 2 İŞİD-çinin adının "canlı bomba siyahısına" olduğu məlum olub.
Məlumata görə, İstanbulda 3 ayrı ünvanda keçirilən əməliyyatda Suriyaya getməyə hazırlaşdığı iddia edilən "Bunyod" kod adlı Tacikistan əsilli 26 yaşlı B.M. və "Zübeyr" kod adlı Özbəkistan əsilli 23 yaşlı A.B. tutulub.
“Habertürk” xəbər verir ki, tutulanlar terrorçu kamikadze olub və onlar “canlı bomba” qurğusu almaq Suriyaya getməyə çalışırmış. Məhkəmə artıq onlar barəsində həbs qətimkan tədbiri seçib.
Terrorçularla birlikdə Özbəkistan və Azərbaycan vətəndaşı da saxlanıb. Ancaq onların kimliyi açıqlanmır. Onların hər ikisi ölkədən deportasiya ediləcək.