Cümə axşamı günü, 29 oktyabr 2026
     

Meh­ri­ban Əli­ye­va ni­yə "Azər­bay­ca­nın məhz iyir­min­ci əsr 60-80-ci il­lə­ri" su­a­lı­na xü­su­si izah ver­di - FOTO

Image


Moskvada Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışı olub. Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

“Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə baş tutub. Bu sərgi həm də Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirir. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş olunur.

Sərginin açılışında çıxış edən Rusiya Dövlət Tretyakov Qalereyasının baş direktoru Zemfira Trequlova təqdim olunan əsərlərdən danışdı. Bildirildi ki, bu əsərlərin hər biri Abşeronun gözəlliyini, Odlar Yurdunun füsunkarlığını nümayiş etdirir. Qalereyanın baş direktoru, həmçinin vurğuladı ki, Bakı həm də maraqlı mədəniyyət mərkəzidir. Burada gözəl muzeylər və müasir incəsənət mərkəzləri var. Bakıda çevik incəsənət mühiti hökm sürür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sonra Rusiya Baş nazirinin müavini Olqa Qolodets çıxış edərək Bakıya səfərini xatırlayıb. Qeyd edildi ki, Azərbaycan mədəniyyəti hər zaman özünün qədimiliyi ilə seçilib. Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqətdən danışan Rusiya Baş nazirinin müavini Moskvanın mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə bu cür möhtəşəm sərginin açılmasının ölkələrimiz arasındakı dostluq əlaqələrinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski qeyd edib ki, Tretyakov Qalereyasının kolleksiyasına hazırda Azərbaycan rəssamlarının ən yaxşı əsərləri daxildir. Nazir vurğuladı ki, Bakının yerləşdiyi Abşeron yarımadası xüsusi yaradıcılıq mühitinə malikdir və burada bir çox tanınmış Azərbaycan rəssamları yetişib.

“Mərcani” Fondunun direktoru Rüstəm Süleymanov Abşeron rəssamlarının bu cür rəngarəng və fərqli əsərlərinin Moskvanın nüfuzlu Tretyakov Qalereyasında nümayiş etdirilməsini böyük nailiyyət adlandırıb. Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən bu layihədən məmnunluğunu ifadə edən “Mərcani” Fondunun direktoru belə sərgilərin davamlı olacağına əminliyini bildirib.

Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərgi Tretyakov Qalereyasının uzunmüddətli layihəsi çərçivəsində reallaşdırılıb. Layihə çərçivəsində keçmiş SSRİ respublikalarının tanınmış rəssamlarının həm qalereyada, həm də müxtəlif muzeylərdə və şəxsi qalereyalarda saxlanılan əsərləri təqdim olunacaq. Bu ekspozisiya həmin silsilədən təqdim olunan ilk sərgidir. Əsərlərin əksəriyyəti ilk dəfədir ki, Tretyakov Qalereyasında nümayiş olunur. Bu əsərlər məşhur Abşeron məktəbi haqqında tam təəssürat yaradır. Rəsmlərin hər birində Azərbaycan folkloru, mifoloji süjetlər, milli ornamentlər, miniatür sənəti əksini tapıb. Sərgi ölkəmizin rəssamlıq məktəbinin orijinallığı ilə bərabər, həm də Azərbaycan və Rusiya mədəni əlaqələrinin sürətli inkişafının təzahürüdür.

Sərgi gələn ilin fevralınadək davam edəcək.

Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulub. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Moskvada Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışında çıxışı zamanı deyib.

Mehriban Əliyeva qeyd edib: "Moskvada – çox səmimi və işıqlı xatirələrlə bağlı olduğum bir şəhərdə yenidən olmağıma çox şadam. Bu il 160 illiyini qeyd edən və Rusiyanın mədəni irsinin qorunub saxlanması kimi nəcib bir işə uzun illər xidmət göstərən Dövlət Tretyakov Qalereyasında olmaq mənim üçün ikiqat xoşdur. Fürsətdən istifadə edərək muzeyin bütün əməkdaşlarını bu tarixi yubiley münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Bu gün biz “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisini açırıq. Bu ekspozisiya Dövlət Tretyakov Qalereyasının, Heydər Əliyev Fondunun və “Mərcani” Fondunun birgə səyləri ilə reallaşıb. Fürsətdən istifadə edərək Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə, sərginin kuratorlarına və bu layihənin reallaşmasında zəhməti olan hər kəsə təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli Zelfira İsmayılqızı, bu layihənin həyata keçməsinə hərtərəfli köməyinizə və dəstəyinizə görə sizə xüsusilə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu tədbir Azərbaycanın mədəni həyatında parlaq hadisədir və ümidvaram ki, Rusiyanın mədəni həyatında da hadisəyə çevriləcək. Bütün qonaqlarımızı salamlamaq və bu gün axşam bizimlə birlikdə olduğunuza görə təşəkkür etmək istəyirəm".

Azərbaycan birinci xanımı bildirib ki, sərginin təşkilatçıları məhz XX əsrin 60-80-ci illəri dövrünə təsadüfən müraciət etməyiblər: "Bu dövr Azərbaycan incəsənətinin inkişafının parlaq işıq saçdığı bir dövrdür. Bu dövrdə Azərbaycanda böyük musiqiçilər, bəstəkarlar, rəssamlar, heykəltəraşlar yaşayıb-yaradıb. Onların adları respublikanın hüdudlarından çox-çox uzaqlarda tanınır. Onlar bütün Sovet İttifaqında məşhur idilər. Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əşrəf Murad, Tofiq Cavadov, Cavad Mircavadov, Rasim Babayev və bir çox başqaları kimi böyük ustadların yaradıcılığının çiçəklənmə illəri məhz həmin dövrə təsadüf edir. Bu ekspozisiyada o dövrün, həmin nəslin çox parlaq, böyük rəssamlarının əsərləri toplanıb. Bu, təkcə Azərbaycan təsviri sənət məktəbinin tarixi irsi deyildir. Bu, sonralar öz ardıcıllarını yetişdirən bütöv bir məktəb, bütöv bir istiqamətdir. Bu gün Azərbaycanda məhz həmin dövrün bədii estetikasını yaradıcılığında təcəssüm etdirən gənc və istedadlı rəssamlar çoxdur.

Əziz dostlar, bu sərginin hazırlanması bir ildən çox davam edib və sizin diqqətinizə Azərbaycan təsviri incəsənət məktəbini təmsil edən ən görkəmli, ən parlaq rəssamların işləri təqdim olunub. Bu işlər öz dövrünün meyillərini, habelə Sovet İttifaqının ən aparıcı milli rəssamlıq məktəblərindən birinin xüsusiyyətlərini əks etdirir. Burada təmsil olunan hər bir rəssam təkrarsız fərdiyyət, nadir taledir. Onların hamısı novatorlar, Azərbaycan rəngkarlığında, Azərbaycan heykəltəraşlığında bütöv istiqamətlərin yaradıcıları olub və indi də belədir. Onların hər birinin öz dəst-xətti, öz xarakteri var. Lakin mən əminəm ki, siz ekspozisiya ilə tanış olanda bütün bu işləri birləşdirən ortaq başlanğıcı görəcəksiniz. Şübhəsiz, bu, vətənə sevgi, qaynaqlara sədaqət, köklərə bağlılıq, süjetlərdə ifadə edilən vahid mentallıqdır. Bunlar doğma Qarabağ mənzərələri, Abşeronun qaynar havasıdır. Çox ümid edirəm ki, siz bu işlərin qeyri-adi energetikasını və onların emosional zənginliyini duyacaqsınız".

Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, bugünkü sərginin daha bir xüsusiyyəti möhtərəm Zelfira İsmayılovnanın bu yaxınlarda “Baku” jurnalına verdiyi müsahibədə tamamilə haqlı olaraq sərhədlərin yuyulması adlandırdığı cəhətdir: "Həqiqətən, biz yaradıcılığı sağlığında etiraf edilmiş, Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında çox böyük rol oynamış rəssamların, görkəmli sənətkarların işlərini görəcəyik. Lakin, eyni zamanda, Azərbaycanda geniş auditoriyanın tanımadığı sənətkarlar da yaşayır və yaradırdı. Onların sərgi təşkil etməyə imkanları yox idi. Çünki onların yaradıcılığı, belə desək, rəsmən qəbul edilmiş ideoloji xətt ilə üst-üstə düşmürdü. Məhdudiyyətlərə baxmayaraq onlar yaradıcı şəkildə özünü ifadə etmək vasitələri axtarışından imtina etmirdilər. Bu rəssamların işinin xüsusiyyəti mütləq yaradıcılıq azadlığı və Azərbaycan məktəbinin milli ənənələrini Avropa incəsənətinin avanqard axtarışları ilə uzlaşdırmaq cəhdi idi. Bu gün Azərbaycan onların adları ilə fəxr edir, onların yaradıcılığı Azərbaycan incəsənətinin klassikasıdır.

Əziz dostlar, Azərbaycanın görkəmli rəssamlarının işlərinin toplandığı bu cür sərgi ilk dəfə keçirilir. Mənim üçün tamamilə təbiidir ki, bu sərgi məhz Moskvada, Rusiya Federasiyasının paytaxtında keçirilir. Azərbaycan ilə Rusiya arasında münasibətlər möhkəm tarixi təməl üzərində qurulub. Bu dostluq münasibətlərinin səciyyəvi cəhəti qarşılıqlı anlaşma, sıx əməkdaşlıqdır. Bizim ölkələrimizi, xalqlarımızı, ümumi tarixi keçmişlə yanaşı, bu gün çoxlu ümumi meyillər, istiqamətlər birləşdirir. Biz bunu mədəni məkanda xüsusilə müşahidə edə bilərik. Əlbəttə, bu, hər şeydən əvvəl böyük rus dili, böyük rus ədəbiyyatıdır. Yəqin siz də bilirsiniz ki, Azərbaycan keçmiş Sovet İttifaqı məkanında rus dilində təhsilin tam həcmdə qorunub saxlandığı az sayda ölkələrdən biridir. Bizim ölkəmizdə təhsilin tamamilə rus dilində aparıldığı 300-dən çox məktəb fəaliyyət göstərir. Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Slavyan Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Keçən ildən İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyətə başlayıb. Əlbəttə, bütün bunlar onu göstərir ki, biz ümumi elmi, mədəni məkanı qoruyub saxlaya bilmişik. Şübhəsiz, bu da öz növbəsində ona təsir göstərir ki, həm dövlətlərarası səviyyədə, həm də ölkələrimizin sadə insanları, vətəndaşları arasında daha səmimi əlaqələr yaranır.

Əziz dostlar, incəsənət, ədəbiyyat, musiqi bütün bəşər tarixi boyunca mədəniyyətin, humanizmin, gözəlliyin və mənəvi dəyərlərin rəmzləri olub və yenə belədir. Məhz bu ümumbəşəri, əbədi dəyərlər bizim, təəssüf ki, bəzən mürəkkəb, proqnozlaşdırıla bilməyən, münaqişələr, qarşıdurmalar və anlaşılmazlıqlarla dolu dünyamızda şəksiz oriyentirdir. Mən həyatımızda gözəl, uca mənəvi dəyərləri yayan insanların hamısına dərin təşəkkürümü bildirmək istəyirəm. Sonda bu ekspozisiyanın reallaşması üçün zəhmət çəkmiş hər kəsə bir daha təşəkkür etmək, əziz dostlar, sizə təşəkkür etmək istəyirəm ki, bu axşam siz bizimləsiniz və sizin hamınızı Azərbaycana səfərə dəvət etmək istəyirəm. Diqqətinizə görə sağ olun".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ