Ağ dənizdə Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisindən havaya qalxan MiQ-29 çox keçmədən idarəetməni itirərək dənizə düşüb.
Baki-xeber.com-un CNN Türk-ə istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə nazirliyi açıqlama verib. Nazirlikdən o da bildirilib ki, qəza uçuş proqramına heç bir təsir göstərməyib və Ağ dənizdəki təyyarədaşıyan gəmi qrupu plana görə hərəkət etməkdə davam edir.