Iraq ordusu İŞİD terror təşkilatının əlində olan Nimrud antik şəhərini geri alıb.
Baki-xeber.com bu barədə CNN Türk-ə istinadən xəbər verir. Xəbərə görə, Mosuldan 30 kilometr aralıda yerləşən şəhər tamamilə terrorçulardan təmizlənib. Ordu silah-sursatını da qoyub qaçan İŞİD-çilərin ardından onların binaların üzərindəki bayraqlarını da yığışdırıb.
Qeyd edək ki, XIII yüzilliyin antik əsərlərini özündə saxlayan şəhər 1845-1851-ci illərdə Austen Henry Layard tərəfindən aşkarlanıb. 2015-ci ilin mart ayından terrorçuların əlində olan şəhərdə ötən müddət ərzində tarixi abidələr ciddi zərər görüb. Hələlik zərərin miqyası bəlli deyil.