Cümə axşamı günü, 29 oktyabr 2026
     

Prezident İlham Əliyev Füzuli və Beyləqanda bir sıra mühüm obyektlərin açılışını etdi - FOTO

Image


Noyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verib ki, Ulu Öndərin abidəsinin ucaldıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Dövlətimizin başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib. Bildirilib ki, növbəti illərdə rayonda aqropark, ət və süd məhsulları istehsal edən müəssisə və istixana kompleksinin inşası nəzərdə tutulub.

 

Füzulidə “Azərxalça” ASC-nin ilk filialının açılışı oldu

Füzuli rayonunda “Azərxalça” ASC-nin ilk filialının - xalça kombinatının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev kombinatın açılışında iştirak edib.

Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub, milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, böyük diqqətə səbəb olub. Azərbaycan xalçalarının ta qədimlərdən başlayan şöhrəti bu gün yeni layihələrlə zənginləşir. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncamla “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması da məhz bu amildən qaynaqlanıb. ASC-nin əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, onların ölkə daxilində və xaricdə satışının təşkili, istehsalatda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

İqtisadiyyat naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, ilkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli rayonu ilə yanaşı, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz, Qəbələ rayonlarında da filiallarının yaradılması nəzərdə tutulub. Hazırda bu rayonlarda filial binalarının tikintisinə başlanılıb. Yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının müəyyənləşdirilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına görülən işlərlə bağlı ətraflı məlumat verdi.

Bildirildi ki, Horadizdə yaradılan filial Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən olan Qarabağ xalçaçılıq məktəbini təmsil edəcək. Filialın ümumi sahəsi 586 kvadratmetr olan binasında 150 toxucu, 10 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı və digər bölmələrdən ibarətdir. Emalatxanada 150 toxucu müxtəlif ölçülü 43 dəzgahda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxuyacaq. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Dövlətimizin başçısı kombinatın işçiləri ilə söhbət etdi, iş prosesini izlədi.

Sonda xatirə şəkli çəkdirildi.

 

Horadiz şəhərində yeni avtovağzal kompleksində yaradılan şəraitlə tanışlıq

Prezidenti İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində inşa edilən avtovağzal kompleksində yaradılan şəraitlə də tanış olub. Prezident İlham Əliyevin yürütdüyü siyasətin mühüm hədəflərindən biri də Azərbaycanda yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların xüsusi çəkisi var. Yeni və müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. Horadiz şəhərində yeni avtovağzal ən müasir tələblər səviyyəsində tikilib.

Dövlətimizin başçısı avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, Füzuli Rayon İcra Hakimiyyətinin sifarişi əsasında tikilən avtovağzal kompleksinin ümumi ərazisi yarım hektardır. Müasir memarlıq üslubunda inşa olunan avtovağzal binasının tikinti sahəsi isə 450 kvadratmetrdir.

Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılıb. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə var.

Avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 6 perron, 30 yerlik gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı inşa edilib. Burada ana və uşaq otağı da var. Kompleksin həyətində avtobuslara texniki xidmət göstərilməsi üçün açıq bokslar tikilib. Kompleksdə 25 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti avtovağzal binasının eyvanından Horadiz şəhərinin mənzərəsini seyr etdi.

Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtla yanaşı, regionlarda da yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verməkdədir. Bu cür avtovağzal kompleksinin yaradılması isə rayonun inkişafında mühüm rol oynayacaq.

 

Horadizdə Dövlət Rəsm Qalereyası açıldı

Prezident İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının açılışında iştirak edib. Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, mədəniyyətin inkişafı ilə bağlı ciddi addımlar atılır. İndi paytaxtla yanaşı, regionlarda da mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Bölgələrdə müasir tipli yeni mədəniyyət infrastrukturunun yaradılması isə, ilk növbədə, bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Horadiz şəhərində Dövlət Rəsm Qalereyasının yaradılması da ölkədə mədəniyyət və incəsənətin inkişafına göstərilən diqqətin daha bir nümunəsidir.

Prezident İlham Əliyev qalereya binasının rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Diqqətə çatdırıldı ki, binanın sahəsi 324 kvadratmetrdir. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Füzuli rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Qalereyanın ikimərtəbəli binasında rəsm əsərlərinin nümayiş etdirilməsi üçün sərgi zalı fəaliyyət göstərir.

Belə bir qalereyanın Füzuli rayonunda tikilib istifadəyə verilməsi rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən gənclər üçün son dərəcə böyük əhəmiyyət daşıyır. Gələcəkdə qalereyanın fondunun zənginləşdirilməsi nəzərdə tutulub. Rəsm qalereyasında 25 nəfər daimi işlə təmin ediləcək.

 

Prezident Füzuli rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə də tanış olub.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni evlər və mənzillərlə təmin olunması istiqamətində son illər əhəmiyyətli tədbirlər görülür. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 2,9 milyon kvadratmetr yaşayış sahəsi olan 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. İndiyədək 50 min ailə və ya 250 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün son 23 ildə 6,1 milyard manat vəsait xərclənib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin məbləği isə 4,5 dəfə artırılıb. Son 13 ildə 2 min nəfərdən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 40 milyon manat güzəştli kredit verilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizə düşüb.

Yalnız bu ilin on ayında Sabirabad rayonunda fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 440, Qazaxdakı 304, Zaqataladakı 135 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə və Bakının Ramana qəsəbəsində inşa edilmiş beşmərtəbəli binaya 50 məcburi köçkün ailəsinin, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 50 hərbçi ailəsinin yeni yaşayış binasına köçürülməsi təmin edilib. Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına Abşeron rayonu ərazisində 44 hazır mənzil alınıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün pansionatında müvəqqəti məskunlaşan məcburi köçkünlərin bu ilin noyabrında buraya köçürülməsi təmin ediləcək.

İndi Bakı da daxil olmaqla, Tərtər, Beyləqan, Şirvan, Sumqayıt, Kürdəmir və Ucarda qəsəbə, məhəllə və yaşayış komplekslərinin layihə-smeta sənədləri hazırlanır. Bundan əlavə, Gəncə, Goranboy, Bərdə və Ağcabədidə yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb. Bu ilin proqramına əsasən Horadizdə 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Bu qəsəbəyə ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcəklər.

Prezident İlham Əliyev qəsəbədəki evlərdən birində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan qəsəbədə 400 evin ümumi yaşayış sahəsi 21 min 511 kvadratmetrdir. Mənzillərdən 20-si birotaqlı, 200-ü ikiotaqlı, 168-i üçotaqlı, 12-si isə dördotaqlıdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə aparılan tikinti işləri zamanı zəruri infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilib.

Qəsəbədə 120 yerlik uşaq bağçası da salınıb. İkimərtəbəli bağça hər cür avadanlıqla təchiz olunub.

Dövlət başçısı bağçada uşaqların əyləncəsi və istirahəti üçün yaradılan şəraitlə tanış olub.

Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb. Bağçanın musiqi zalında da hər cür şərait mövcuddur.

Qəsəbədəki məktəbdə olan Prezident İlham Əliyevə məlumat verilib ki, bu təhsil ocağı 320 şagird yerlikdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Bundan başqa, burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısını və onlarla görüşlərini əks etdirən fotostendlər yaradılıb. Burada aprel döyüşlərində Ordumuzun qələbəsini əks etdirən fotolardan ibarət guşə, həmçinin indiyədək istifadəyə verilmiş yeni qəsəbələrin fotostendləri də var. Məktəbin hərbi kabineti əyani vəsaitlərlə zənginləşdirilib. Akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün bütün imkanlar var. Kompüter otağında isə şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər.

Dövlət başçısı gənclərin çağırışaqədərki hazırlıq kabinetində Azərbaycanın hərbi təhsil müəssisələrinin Füzuli rayonundan olan kursantları ilə və şagirdlərlə söhbət edib.

Azərbaycan Prezidenti məktəbin idman zalında gənc idmançıların çıxışlarına baxdı, onlarla xatirə şəkli çəkdirib.

Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasındadır. Bu siyasət təkcə paytaxtı deyil, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət göstərir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə öz nadirliyi ilə seçilir.

Məlumat verilib ki, qəsəbənin elektrik, qaz, içməli və suvarma suyu ilə təchizatı yüksək səviyyədə qurulub. Bütün zəruri infrastruktura malik qəsəbədə yol-küçə şəbəkələrinin tikintisi də uğurla yerinə yetirilib. Bu yaşayış massivi respublika üzrə qaçqın və məcburi köçkünlər üçün salınan 95-ci qəsəbədir.

Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlər ilə görüşüb.

Məcburi köçkün Elnarə Məmmədova və Rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev Füzulinin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda xatirə şəkli çəkdirilib.

 

 

Füzulidə 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanışlıq

Prezident İlham Əliyev həmcinin Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə də tanış olub. Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə inşa olunan bu yollar regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.

Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisi dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama uyğun olaraq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bildirdi ki, üçüncü və dördüncü texniki dərəcəyə uyğun olaraq layihələndirilən bu avtomobil yolunun birinci hissəsinin uzunluğu 20,5 kilometrdir və Qayıdış-Yeni Yurd arasındakı məsafəni əhatə edir. İkinci hissə Yeni Yurd-Xocavənd arasındakı məsafəni əhatə edir və uzunluğu 2,5 kilometrdir.

Qeyd edildi ki, inşaat işləri zamanı yol boyunca müxtəlif diametrli 21 suötürücü boru tikilib. Yuxarı Mil kanalı üzərində uzunluğu 18 metr, eni 12 metr olan qəzalı vəziyyətdəki körpü əsaslı təmir edilib. Yol boyunca 144 müxtəlif yol nişanı və 38 göstərici lövhə quraşdırılıb.

Bu yolun tikilməsi nəticəsində yük və sərnişin daşınması xeyli yaxşılaşacaq.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezident Beyləqan rayonunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Füzuli rayonuna səfərini başa çatdıraraq Beyləqan rayonuna gəlib. Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Beyləqan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr, o cümlədən abidənin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıqlar salınıb.

 

Beyləqanda Bayraq Muzeyi

Daha sonra Prezident İlham Əliyev Beyləqanda Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı Bayraq Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, muzeyin inşası cari il ərzində aparılıb. Rayonun daxili imkanları hesabına həyata keçirilən layihə çərçivəsində ümumi sahəsi 420 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə 129 eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, gerbləri, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur.

Azərbaycan Xalq Cümhuriyyətinə aid əsginaslar, Azərbaycan Respublikasının poçt markaları, müxtəlif güc nazirliklərinin zabitlərinin hərbi geyim formaları da burada sərgilənir. Muzeydə müstəqillik dövrümüzün tarixi hadisələrinə də geniş yer verilib.

Muzeydə nümayiş etdirilən eksponatlar həm Beyləqan gənclərində, həm də rayona gələn qonaqlarda Azərbaycanın şanlı tarixi haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

 

Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu istifadəyə verildi

Prezidenti İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunda yaradılan şəraitlə də tanış olub.

Dövlət başçısı yolun texniki göstəricilərini, görülən işləri əks etdirən stendlərə baxdı.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov yolun texniki-iqtisadi göstəriciləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncama əsasən həyata keçirilib. Yolun 22 kilometrlik hissəsinin açılışı 2014-cü ildə dövlətimizin başçısının iştirakı ilə olub. Cari ildə isə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

Bildirildi ki, dördüncü texniki dərəcəyə uyğun layihələndirilən yolun uzunluğu 39 kilometrdir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki zolaqdan ibarətdir. Yol boyunca 80 suötürücü boru tikilib, 360 təhlükəsizlik dirəyi, müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılıb. Ən əsası odur ki, 25 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu yolun tikintisi yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verəcək, nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində mühüm rol oynayacaq.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - – Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ