Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.
Baki-xeber.com xəbər verir ki, bu barədə ölkə KİV-i məlumat yayıb. Bildirilir ki, T.Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək, ləğv olunmuş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.
Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib.
İddia ərizəsi məhkəməyə daxil olub.
Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun "44 illik əmək haqqısı" olduğunu deyib.