Bu gün İzmirin Karabağlar bələdiyyəsi çox gözəl bir fəaliyyətə imza atıb.
Baki-xeber.com-a Türkiyədə yaşayan həmyerlilərimizin verdiyi xəbərə görə, İzmirin ən böyük qəsəbəsində Qarabağ Xocalı Parkının acılışı olub.
Bu işdə bələdiyyə başqanı Muhittin Selvitopu ilə Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyasının rəhbəri Isa Ambarcının xüsusi xidmətlərini qeyd edən həmyerlilərimiz qəzetimiz vasitəsilə adıçəkilən şəxslərə və bu təşəbbüsdə əməyi keçən hər kəsə təşəkkürlərini çatdırmağımızı xahiş etdilər.