Cümə axşamı günü, 29 oktyabr 2026
     

Nəsimi rayonu San Dieqo şəhəri ilə əlaqələri genişləndirir...

Image


Bakı və San Dieqo şəhərləri arasında yaranmış münasibətlərin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, eləcə də böyük sayda erməni icmasının mövcud olduğu Kaliforniyada Azərbaycanın təbliği məqsədilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının rəhbərlik etdiyi 4 nəfərdən ibarət nümayəndə heyəti cari ilin 23-31oktyabr tarixlərində ABŞ-ın Kaliforniya ştatına səfər edib.

 Nəsimi Rayon İcra Hakimiyyətindən baki-xeber.com-a verilən xəbərə görə, rayonun icra başçısı Asif Əsgərovun başçılıq etdiyi nümayəndə heyətinə Milli Məclisin deputatı Asim Mollazadə, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev və Nəsimi RİH başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Məmmədli daxil olub.

Xatırladaq ki, 2011-ci ildən etibarən Kaliforniyanın San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma münasibətləri qurulub. Əhalisinin sayına görə Kaliforniyanın ikinci, ümumilikdə ABŞ-ın səkkizinci ən böyük şəhəri olan San Dieqo Kaliforniya ştatının siyasi və iqtisadi həyatında mühüm rol oynayır.

Oktyabrın 24-də nümayəndə heyəti Los Anceles şəhərində keçirilən Asiya Filmləri Dünya Festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə ərsəyə gəlmiş «Əli və Nino» bədii filminin premyerasında iştirak edib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun dəstəyi ilə keçirilən premyerada Hollivud kino sənayesinin tanınmış nümayəndələri, Oskar və Emmi mükafatçıları və nominantları, müxtəlif kino prodüserləri, rejissorları və aktyorları və digər şəxslər iştirak edib.

Nəsimi rayonunun nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də San Diyeqo Şəhər Şurasında xüsusi mərasim keçirilib. Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə nümayəndə heyətimizlə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev iştirak edib. Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim edib. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda Azərbaycanın Müstəqillik Günü elan olunub. Tədbirdə nümayəndə heyətinin rəhbəri Asif Əsgərov çıxış edərək, Prezident İlham Əliyevin davamlı və dinamik inkişaf məntiqinə əsaslanan siyasətinin həyata keçirilməsi nəticəsində qazanılmış uğurları, Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi, Bakı-San Dieqo münasibətlərinin ötən 5 il ərzində inkişafı, San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyi, Azərbaycan-ABŞ münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğu, bu baxımdan Bakı-San Dieqo dostluğunun gözəl bir nümunə təşkil etdiyini vurğulayıb və ölkəmizdəki dini tolerantlıq, multikulturalizm ənənələrindən danışıb. Mərasimin sonunda San Dieqo Şəhər Şurasına Nəsimi Rayon İcra hakimiyyətinin hədiyyələri təqdim olunub. Səfər zamanı Kaliforniya Ştat Senatoru Marti Blok və onun ofisinin aparatının rəhbəri Kris Vard ilə görüş, San Dieqonun müharibə icması veteranları, daha sonra Tomas Jeferson Hüquq İnstitutunun rəhbəri Tomas Guernsey və institutun digər ziyalıları ilə birlikdə görüşlər keçirilib. Həmçinin Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin liderləri ilə görüş olub. Tədbirlərdə Azərbaycan milli sənət əsərlərindən ibarət hədiyyələr təqdim edilib. Oktyabrın 26-da səfər proqramı çərçivəsində San Dieqo Vilayəti Yəhudi Federasiyasının sədri Maykl Sonduk ilə San Dieqo Limanı Administrasiyası idarə heyətinin sədri Marşal Merifild ilə görüş keçirilib. Daha sonra San Dieqo Cevish Cournalda, San Dieqo Vilayəti Nəzarətçilər Şurasının sədri Ron Robert, Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez ilə görüş olub. Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə və Bakı-San Dieqo münasibətlərinin yaradılmasının 5-ci ildönümü münasibəti ilə keçirilən ziyafətdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak edib. Ziyafətdə Nəsimi rayon nümayəndə heyəti tərəfindən çıxışlar edilərək Azərbaycanın qədim dövlətçilik ənənələrindən, müstəqilliyinin bərpasından, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dərin böhrandan xilas olmasından, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrilməsindən, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsindən danışılıb. Tədbirdə, həmçinin, San Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğu qeyd edilib. Kaliforniya Ştat Assambleyasının üzvü R.Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merifild öz çıxışlarında əldə etdiyi mütərəqqi nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, çətin bir bölgədə yerləşən və yüksək strateji önəm daşıyan Azərbaycanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu qeyd edilərək, dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə yaxın aylarda San Dieqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri üzərində düşündüklərini bildiriblər. Çıxışının sonunda Azərbaycanın Müstəqillik Günü ilə bağlı R.Çavez Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsini təqdim edib. Oktyabr ayının 27-də nümayəndə heyəti Los Anceles şəhərinə yola düşüb, 28-i tarixdə Los Anceles Amerika Yəhudi Komitəsinin üzvləri ilə, sonra isə İsrail Konsulu ilə görüşlər keçirilib. Nəsimi rayon nümayəndə heyətinin San Dieqoya səfəri zamanı keçirilən görüşlərdə və həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr zamanı San Diyeqolu iş adamları ölkəmizə investisiyalar yatırılmasına dəvət edilib və əlaqələrin qarşılıqlı davam etdirilməsi qərara alınıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ